1-Cİ MÖvzu sosiologiya elminin meydana gəlməsi, predmeti, metodu, funksiyaları, strukturu



Yüklə 206,29 Kb.
səhifə33/41
tarix26.11.2022
ölçüsü206,29 Kb.
#70653
1   ...   29   30   31   32   33   34   35   36   ...   41
sosiologiya

DİNİN SOSİOLOGİYASI
1. DİNİN SOSİOLOGİYASININ PREDMETİ VƏ TƏDQİQAT OBYEKTİ
İnsanın yer üzərində mövcüdlüğü milyon illərlə ölçülsə də ilkin dini təsəvvürlər 40-18 min il bundan əvvəl
yuxarı paleoloit dövründə yaranmışdır.
Elmi-tədqiqatlar göstərir ki, dini təsəvvürlərin meydana gəlməsi hələ ibtidai icma cəmiyyəti dövründə
insanların təbiət qüvvələri qarşısında aciz qalmaları ilə əlaqədar olaraq müəyyən qüvvələrə sitayiş etmələri ilə
bağlıdır. İbtidai insanların müxtəlif fövqəltəbii qüvvələrə inamı öz əksini dinin ilkin-primitiv formalarında -
animizm, fetişizm və totemizmdə tapdı.
Animizm – ruhlara, onların qeyri-adi qüvvəsinə olan inamdır. «Animizm» anlayışını elmə ingilis alimi
E.Teylor gətirmişdir. Onun fikrincə ibtidai insan-»vəhşi filosof» ruhun bədəndən ayrılıqda mövcudluğu
haqqında fikir yürütməklə dinin əsasını qoymuş oldu. Ruh insanın nəfəsi, beyni, ürəyi şəklində təsəvvür edilirdi.
Pis, zərərli ruhlar haqqında baxışlar formalaşdı. Bu dini təsəvvürə görə bütün aləm ruhi mövcudatla dolu hesab
olunur. Hər cür inkişaf və dəyişiklik həmin rühi varlıqların fəaliyyətinin təsiri sayılır.
Fetişizm – ayrı-ayrı əşyaların, predmetlərin hadisələrə təsir göstərmə qüvvəsinə olan inamdır. «Fetişizm»
anlayışını ilk dəfə XVIII əsrin əvvəllərində holland səyyahı V.Bosman Qərbi Afrikada Qvineya əhalisinin
sitayişi haqqında işlətmişdir. Fransız alimi Ş.Bros isə «Fetiş allahlarına pərəstiş haqqında» əsərində qədim
misirlilərin, yunanların, romalıların dinləri nümunəsində fetişizmi təhlil etmişdir. Fetişizmin meydana
çıxmasının əsasında ibtidai insanın təbiət hadisələrinə əsrarəngiz, sirli bir mahiyyət kimi baxması, onları
canlandırması meyli, daşa, torpağa, bitkiyə, heyvana və s. fövqəltəbii qabiliyyət istinad etməsi durmuşdur.
Fetişist etiqadlar çox müxtəlifdir və bütün dinlərdə cürbəcür formalarda təzahür edir.
Totemizm – müxtəlif canlıların müqəddəsləşdirilməsi deməkdir. «Totem» Şimali Amerika hindularının
dilində «Onun qəbiləsi» deməkdir. Totemizm ibtidai insan qrupu ilə, müəyyən tayfa və qəbilə ilə hər hansı
heyvan, bitki, əşya arasında fövqəltəbii qohumluq əlaqəsi olmasına dair etiqaddan ibarət fantastik dini
təsəvvürlərdir. Avstraliya tayfalarında totemizm etiqadları çox yayılmışdır. Burada hər qəbilənin öz totemi
vardır və qəbilə totem kimi seçilmiş heyvanın da adını daşıyır.
Müasir dinlərdə ibtidai dinlərin bəzi elementləri özünü büruzə verməkdə davam edir.
İctimai həyatın bütün digər sferalarında olduğu kimi, dini təsəvvürlərin də təkamülü prosesi onun yeni,
daha bitkin formalarını meydana gətirdi. Hazırda dünyada mövcud olan çoxlu sayda dini cərəyanlar, təriqətlər
içərisində «dünya dinləri» hesab olunan 3 əsas din vardır: buddizm, xristianlıq və islam.
Dinin əsas məzmununu ətraf aləmin, gercəkliyin ilahi qüvvə tərəfindən yaradılması və idarə olunması
ideyası təşkil edir. Ərəb dilində «dinun» anlayışı inam, etiqad mənasını bildirir. Latın dilində «reliqare» sözü
isə əlaqə, ittifaq deməkdir. Dinin sosiologiyasının məqsədi onun cəmiyyətdə yerini və rolunu müəyyən
etməkdir. Dinin predmetini onun sosial institut kimi genezisini, mövcudluğu və inkişafı qanunauyğunluqlarını,
digər sosial institutlarla qarşılıqlı əlaqələrini öyrənmək təşkil edir.
Dinin sosial mahiyyətini və təbiətini öyrənmək sosiologiya elminin ən mühüm vəzifələrindən biridir.
Hələ qədim yunan filosofları- sofistlər, qədim Çin mütəfəkkiri Syun-Tszı, XVII-XVIII əsrlərdə Spinoza və
digər qərb filosofları dinin sosial mahiyyətini, cəmiyyətdə yeri və rolunu aşkara çıxarmağa cəhd göstərmişlər.
Volter, Melye və digər filosoflar dinin yaranma səbəbi kimi kütlələrin avamlığını və din ideoloqları tərəfindən
onların məqsədyönlü şəkildə aldadılmasını göstərdikləri halda, Holbax, Feyerbax və b. hesab edirdilər ki, dinin
meydana gəlməsinin əsas səbəbi insanların nadanlığı və təbiət qüvvələri qarşısında acizliyidir. Elmin hələ təbiət
sirləri barədə məlumatsız olduğu bir zamanda cəhalət dini təsəvvürləri doğurmaya bilməzdi. Müasir Qərb
fəlsəfəsinin ən görkəmli nümayəndələrindən biri olan B.Rassel də dinin yaranma səbəblərinin izahı zamanı
məhz bu mövqedən çıxış edir.
XIX əsrin ortalarından etibarən sosioloqlar dini proseslərin tədqiqinə dair elmi tədqiqatlar aparmağa
başlayırlar. Məsələn, «sosioloji məktəb» adlanan cərəyanın nümayəndələri olan fransız sosioloqları
E.Dyürkheym, L.Brül və b. dini fərdi psixologiyanın deyil, ictimai psixologiyanın məhsulu olan ictimai hadisə
hesab edirdilər. Onların fikrincə dində «kollektiv təsəvvürlər» fəaliyyət göstərir.
92
F.Engels «Anti - Dürinq» adlı əsərində yazır ki, «heç bir din insanların gündəlik həyatında onlara
hökmranlıq edən xarici qüvvələrin insanların beynindəki fantastik inikasından, yer üzərindəki qüvvələrin səma
qüvvələri şəkli aldığı inikasdan başqa bir şey deyildir».
Görkəmli alman sosioloqu M.Veber «Xristianlığın tarixi», «Asket protestançılıq və kapitalizmin ruhu»,
«Protestant əxlaqı və kapitalizmin ruhu» və s. əsərlərində dinin sosioloji tədqiqinə geniş diqqət yetirmişdir. O,
sosial quruluşla dini inamlar arasında qarşılıqlı əlaqənin öyrənilməsinə üstünlük verirdi. Veber hesab edirdi ki,
din hətta iqtisadi inkişaf üçün stimul rolunu da oynayır. Məsələn, Avropada kapitalist istehsal üsulunun
təşəkkülünə o, protestant dini - əxlaqi kompleksinin təsirinin nəticəsi kimi baxırdı. Veberə görə, düzgünlük,
əməksevərlik, qənaətcillik və s. əxlaqi keyfiyyətlər məhz protestantçılıqdan irəli gəlir.
Dinin sosioloji tədqiqi XX əsrdə də, daim sosioloqların diqqət mərkəzində olmuşdur. Polyak alimi N.
Lenski dinə bu cür qiymət verir: «Din insan taleyini idarə edən qüvvəyə inamlar sistemi olub bununla bağlı
həyata keçirilən ritualların məcmusudur».
Amerikalı sosioloq R. Constoun «Din və cəmiyyət» adlı əsərində dinə aşağıdakı kimi tərif verir: «Din
böyük insanlar qrupunun fövqəltəbii və müqəddəs hesab etdikləri qüvvələrə yönəlmiş inamlar və ayinlər
sistemidir». Constounun fikrincə aşağıdakı beş əsas element dinin inamlar sistemi olduğunu sübut edir:
1. Din şəxsi inamla bağlı olsa da dindar qrupların mövcudluğunu tələb edir.
2. Din müqəddəs hesab edilən anlayışlarla eyniləşdirilir. Müxtəlif dinlərdə müqəddəs predmetlər və
hadisələr müxtəlif olur. Məsələn, inəyə Hindistanda və başqa ölkələrdə olan münasibət.
3. Din müqəddəs inamların məcmusunu tələb edir. Fransız sosioloqu E.Dyürkheymin fikrincə dünyada
elə bir şey yoxdur ki, öz-özlüyündə müqəddəs olmasın. Məsələn, nexiren qəbiləsindən olan buddistin
fikrincə insanların ruhları başqa-başqa formalara düşə bilər. Buna görə də dünyanın yaranması
sistemində adi böcəklə prezident arasında heç bir fərq yoxdur. Müqəddəslik o vaxt meydana gəlir ki,
gerçəkliklə bu və ya digər formada əlaqə özünü büruzə versin.
4. Din müqəddəs ayinlərın və mərasimlərin məcmusunu tələb edir. Dyürkheym hesab edir ki, ayinlər
adamlara müqəddəs əşyalara rast gələrkən özünü necə aparmağı göstərən sərvətlərdir.
5. Hər bir din düzgün həyat tərzi haqqında təsəvvürlərdən ibarətdir. Dini normalar sistemi də bu işə
xidmət edir. Məsələn, adam öldürmə, özünəqəsd, günahabatma və s. bütün dinlərdə qadağan olunur.
Bu dini elementlər insanı mömin həyat tərzi sürməyə sövq edir.
Göründüyü kimi din obyektiv gerçəkliyin qeyri-dini qüvvələrə, şəxsi inama əsaslanan inikasını verən
ictimai şüur formasıdır. Onun başlıca səciyyəsi fövqəltəbii qüvvələrə etiqad gətirilməsindən ibarətdir. Burada
elmi, bədii və dini fantaziyalar arasında ziddiyyət yaranır. Belə ki, elmi və bədii fantaziya obyektiv reallığa
əsaslanmaqla insanı həyatı idealar uğrunda mübarizəyə səslədiyi halda, dini fantaziya isə onu real zəmindən
ayrı salaraq bütün prosesləri fövqəltəbii qüvvələrin təsir gücü ilə izah edir. Dindar şəxs müxtəlif dini əfsanələrə
və rəvayətlərə qarşı dərin inam nümayiş etdirir. O, fövqəltəbii qüvvələrin mövcudluğuna şübhə etmir, əksinə
onlara sitayiş edir və həyatın ən çətin anlarında məhz onların köməyinə ümid bağlayır.
Dini təlimlərin, cərəyanların və təriqətlərin təsnifatı bir neçə amil üzrə yanaşılmaqla aparılır. Bəşəriyyətin
tarixi təkamülü nöqteyi-nəzərindən dinlərin iki əsas qrupunu göstərmək olar:
1) İbtidai dinlər: animizm, fetişizm, totemizm, bütpərəstlik, sehrbazlıq, atəşpərəstlik, zərdüştlük və s.
2) Siniflərin meydana gəlməisndən sonra yaranan dinlər. Onları da 2 yerə ayırmaq mümkündür: a) Millidövlət
dinləri, məsələn, iudaizm, induizm, sintoizm, konfutsiyaçılıq, daosizm və s. b) dünya dinləri:
buddizm, xristianlıq və İslam.
Elmi ədəbiyyatlarda dinin strukturu aşağıdakı kimi müəyyən edilir:
1) dini şüur;
2) dini fəaliyyət;
3) dini münasibətlər;
4) dini institutlar və təşkilatlar.
Dini təsisatlar müəyyən etiqad əsasında birləşən dindar insanların fəaliyyətini tənzim edərək, onlara
düzgün istiqamət verir.

Yüklə 206,29 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin