3. ƏSAS DİNİ CƏRƏYANLAR, ONLARIN XÜSUSİYYƏTLƏRİ VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ Məşhur amerikan sosioloqu Bellahın fikrincə dini təsəvvürlər və baxışlar öz inkişafında beş əsas
mərhələdən keçmişdir və buna müvafiq olaraq aşağıdakı din tipləri mövcuddur:
a) primitiv, burada hələ sosial strukturlar mövcud deyil və din öz əksini sitayişlərdə tapır.
b) arxaik, burada din öz əksini müxtəlif ayinlərin icrasında büruzə verir. Ayinlər isə cadugərlik və
mərhəmət ayinlərinə bölünür.
c) tarixi, müxtəlif dövrlərdə meydana gələn və tez unudulan dinlər.
d) ilk modern, məsələn, Reformasiya dövründə meydana gələn Protestant dini cərəyanı.
e) modern, yəni müasir dinlər. Əsas vəzifələri şəxsiyyətlə onun məsuliyyəti, mənəvi borcu arasındakı
nisbəti müəyyən etməkdir.
Dinin sosiologiyasını tədqiq edərkən sosioloqlar əsas diqqəti müasir dinlərin öyrənilməsinə yönəldirlər.
Buddizm – b.e.əvvəl VI əsrdə Hindistanda medyana gəlsə də hazırda burada ona etiqad edənlər əhalinin
yalnız bir faizini təşkil edir. 45 yaşlı Mayya adlı qadının yuxuda ağ fil mələk görməsi nəticəsində hamilə olması
və Qautamanı dünyaya gətirməsi haqqında rəvayətə əsaslanır. İlk vaxtlar cah-cəlal içərisində yaşayan Qautama
29 yaşında sarayı tərk edərək 6 il ərzində meşələrdə tərki-dünya həyat tərzi keçirir və nəticədə insanların nicat
yolunu Nirvanaya(sükunət) nail olmaqda tapır. Onun təliminə görə bütün maddi varlıq daim sükunət halında
olan mistik varlığın (Budda) təzahurudur. Nirvanaya çatmağın yolu isə aşağıdakı 4 həqiqəti dərk etməkdən
keçir:
1. başa düşməli ki, həyat əzab-əziyyətdir.
2. əzabın səbəbi isə arzular və ehtiraslardır.
3. əzabdan qurtarmaq üçün arzu və ehtirasları boğmaq lazımdır.
4. arzuları boğmaq üçün Qautamanın göstərdiyi nicat yolu ilə – Nirvanaya gedən yolla getmək lazımdır.
Buddizmin əsas dini kitabı «Kanon» (Qanun) adlanır. Bu din hazırda Çin, Vyetnam, Birma, Nepal, Laos,
Tailand, Yaponiya kimi ölkələrdə geniş yayılmışdır.
Xristianlıq– eramızın I əsrində yaransa da yalnız VIII əsrdə İsanın çarmıxa çəkilmiş obrazı meydana
çıxır. F.Engels «İlkin xristianlığın tarixinə dair» adlı əsərində göstərir ki, Eramızın I əsrində Romada əhalinin
ağır vəziyyəti zülmdən çıxış yolunu xilaskarda görməyə vadar edirdi. Bu dinin əsas ehkamları bunlardır: İsanın
doğulması və ölümü ilə bəşəriyyətin öz günahlarını yuması; axirət (qiyamət) günü onun yenidən zühur
etməsinə, dindarların diriləcəyinə və kafirlərin cəzalanacağına inam.
«Bibliya»nın birinci hissəsi-»Əhdi-Ətiq» həm xristianlığın, həm də iudaizmin müqəddəs kitabı hesab
olunur. «Əhdi-cədid» adlanan ikinci hissə isə yalnız xristianlığın kitabıdır və buraya 27 əsər daxildir: Matfeyin,
Markın, Lukanın və İsanın incilləri, Apostolların əməlləri, 21 müraciətnamə, İsanın vəhyi və ya Apokalipsis.
Roma imperiyası iki yerə parçalandıqdan sonra 1054-cü ildə xristianlıqda da 2 cərəyan əmələ gəldi: