1-ci mövzu Turizm haqqında ümumi anlayışlar Turizm və mehmanxana təsərrüfatının tarixi


-cü mövzu Sanatoriya-kurort müəssisələrində turistlərin müalicəvi qidalanmanın təşkili



Yüklə 39,02 Kb.
səhifə8/17
tarix02.01.2022
ölçüsü39,02 Kb.
#46352
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
muhazire.-mehmanxana-ve-turizm-komplekslerinde-qidalanmanin-teshkili

4-cü mövzu

Sanatoriya-kurort müəssisələrində turistlərin müalicəvi qidalanmanın təşkili

Kurort-müalicə turizmi təbii müalicəvi amillərə görə fərqlənir. Bu amillər əsasən iqlim, müalicəvi palçıq, mineral sulardır. Müalicəvi kurort turizminin (rekreasiyanın) şərtləri tibbi-bioloji normalara uyğun olmalıdır. Bunlar daha çox turizm-ekskursiya xidmətləri də daxil olmaqla müəyyən marşrutlar üzrə profilaktik müalicə məqsədilə həyata keçirilən səfərlərdir.

Rekreasiya turizminin bu növü insan orqanizminə müxtəlif təbii-miialicəvi vasitələrin (iqlim, müalicəvi neft, palçıq, mineral su və s.) müəyyən dərəcədə təsirinə əsaslanır. Kurort-sanatoriya müəssisələrində müalicə və sağlamlığın bərpası bir həftədən bir ayadək davam etdirilir. Bu cəhətdən kurort-miialicə müəssisələri uzunmüddətli turizm fəaliyyətinə aid edilir. Kurort-sanatoriya müəssisələrində istirahət edənlərə qoyulmuş diaqnozdan asılı olaraq, onlardan istifadə müddəti dəyişir. Kurort-sanatoriya müəssisələrində xidmətlərin qiyməti digər turizm növlərinə nisbətən yüksək olur. Bunun da səbəbi müalicə və sağlamlığın bərpasının uzunmüddətli olması, tibbi diaqnoza uyğun müalicənin aparılmasıdır. Əksər ölkələrdə kurort müəssisələrinin rentabelliyini təmin etmək üçün sosial turlara üstünlük verilir. Belə turların təşkili daha çox yerli əhaliyə istiqamətlənir.

Sanatoriya kurort müəssisələrində dietik qidalanma müəssisələri yəni ayrıca mətbəx və zalların təşkili nəzərdə tutulur. Sanatoriya kurort müəssisələrində xüsusi müalicə və profilaktiv xidmətlər göstərilir. Müalicə məqsədli səbəblər turizmin digər növlərindən xüsusilə fərqlənir. Çünki bu olduqca böyük fərdi səyahət növüdür. Lakin nəqliyyat xərcində güzəştlər etmək məqsədilə ayrı ayrı turistlər, turist firması vasitəsilə qrup şəklində birləşirlər. Müalicə turlarının davamiyyət müddəti 24-28 gündür. Bu isə turizmin digər növlərindən xeyli artıqdır. Göstərmək lazımdır ki, vətəndaşların sanatoriyalara gəlişi xəstə üçün yerin olub olmamasından asılı olmayaraq turizmə aid edilmir. Çünki sanatoriyalar xəstəxanaların bir növüdür. İstirahət etmək, əylənmək, idmanla məşğul olmaq məqsədilə istirahət günlərində hər hansı bir yerə getmək həftə sonu turizmi adlanır. Son illər sutka ərzində qəbul edilmiş rejim şərtləri yəni, qida qəbulunun vaxtı, qidanın neçə dəfəlik olması, yəni komponentlərinin qəbul olunma ardıcıllığı və s bu kimi hallar nəzərə alınır. Bundan başqa yaşlı iş qabiliyyəti olan əhali qrupu üçün yaxud da pəhriz qidalanması üçün qida rasionlarını tərtib edirlər. Bu sutkalıq qida rasionlarını tərtibi üçün əvvəlcə qida maddələrinə olan ümumi tələbat qida qəbulu vaxtları üzrə bölüşdürülür və bundan sonra enerji dəyəri hesablanır. İaşə sistemli müəssisələr məsələn sanatoriyalar uşaq düşərgələri və s yerlər müalicə müəssisələri üçün qida rasionları tərtib edilən zaman həmin bu buruq müəssisələr üçün hazırlanmış texnoloji təlimatlardan istifadə olunur. Məsələn, xorəklərin reseptlərinin məcmualından istifadə olunur. Müalicə olunan üçün xüsusi pəhriz yeməkxanaları, yeməkxanalarda pəhriz şöbələri təşkil olunur. İctimai iaşə müəssisələrinin hamısı üçün vacib olan ümumi binalarda həkim otağı olur. Burada qonaqları 2 dəfədən az olmayaraq müalicə əhəmiyyətli xorəklərlə təmin edirlər. Bu zaman həkim göstərişləri əsas götürülür. Müalicə qidasına ehtiyacı olan qonaqlar xəstəliklərinə görə qruplaşdırılır. Hər bir qrup müştəri üçün ayrıca həftəlik menyu tərtib olunur. Belə müəssisələr qidalanmanın tələblərinə uyğun çeşidlərinə məhsul olunur. Bu yeməkxanaların iş rejimi müəssisələrin iş trafikinə uyğun təşkil olunmalıdır. Həkim və tibb bacıları yeməkxanaya daxil olan məhsullardan hazırlanan yeməklərin keyfiyyətinə nəzarət edirlər. Bundan başqa pəhriz yeməklərinin təşkilinə müəssisə işçiləri tərəfindən müəyyən olunmuş sanitariya qaydalarına riayət olunmasına nəzarət edirlər. Deməli müalicəvi profilaktikel qidalanma orqanizmə yad maddələrin düşməsinin qarşısını alır.


Yüklə 39,02 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin