Kodlaşdırma müasir dövrdə malların nəqliyyat, satış, identifikasiya, məlumatların mübadiləsi əməliyyatlarında istifadə olunur. Cizgili identifikasiyanın əsasını təşkil edən xətti kod 1932-ci ildə işlənmişdir. Cizgili kod həqiqi şəkildə öz tətbiqini Böyük Britaniyanın yeyinti sənayesində xətti kodun «Point of sale» sisteminin tətbiqi ilə toplanmışdır. Yeni tətbiq olunan bu sistem pərakəndə və topdan satış ticarətdə, kitab nəşrində, qablaşdırma işlərində yayılmağa başlanmışdır. 1960-cı illərdə cizgili kod ABŞ-ın Dəmiryol nəqliyyatında dəmiryol vaqonlarının identifikasiyasında tətbiq olunmuşdur. 70-ci illərin əvvəllərində ABŞ-da universal kod UPC (Universal Produkt Code) qəbul olunur ki, o həm sənayedə həm də ticarətdə tətbiq oluna bilir. Hazırda UPC ABŞ-da qəbul olunan standart kod hesab olunur. 1977-ci ildə Avropada Avropa kodlaşdırma sistemi EAN (European Article Numberinq) hazırlanır ki, bu da kodlaşmanın Avropa standartlarını təşkil edir. Baxmayaraq ki, bütün qitələrldə cizgili kodların çox böyük müxtəliflikləri vardır. Təcrübədə malların identifikasiyasında EAN koduna, başqa kodlara o, cümlədən ABŞ, Yaponiya və başqa ölkələrin kodlarına nisbətən üstünlük verilir. EAN və UPC kodlarının oxşarlığı ondadır ki, onlarda kodlaşma üçün eyni işarələrin yığımından-müəyyən cizgilər və onların boşluqları yığınından istifadə olunur. Cizgili kodlar iki qrupa bölünürlər: əmtəə və texnoloji. Əmtəə cizgili kodları malların istehsalçılarını identifikasiya etmək üçün istifadə olunur. Buna misal olaraq EAN əmtəə kodunu göstərmək olar. Texnoloji cizgili kodlar hər hansı bir obyektə onların yerdəyişməsini və sonradan istehlakçılara çatdırılması haqqında informasiya toplusu üçün vurulur. Bu kodlar ayrılıqda və ya birlikdə EAN əmtəə kodları ilə istifadə oluna bilərlər. Texnoloji kodlar obyektlərin saxlanma yerlərinin, taraların, detalların, hissələrin, materialların identifikasiyasında müəssisələrin avtomatik idarəetmə sistemlərinin elementi kimi tətbiq olunur. Əmtəə cizgili kodlar. EAN/UCC- qlobual beynəlxalq əmtəə nömrələri sistemidir. Bu Avropa (European Article Numberinq Assocation- EAN International) və Şimali-Amerika (Uniform Code Council-UCC) assosasiyalarının əmtəə nömrələnməsi sistemləri əsasında yaradılmışdır. Bu təşkilatların cizgili kodlarının nümunələri şəkildə verilmişdir. EAN sistemində 13 və 8 rəqəmdən ibarət cizgilərdən istifadə etmək olar. EAN-8 kiçik həcmli qabların və ya malların, EAN-13 isə istənilən qab və ya malların markalanmasında istifadə olunur. EAN-14 isə yalnız nəqliyyat qabları üçün tətbiq olunur. EAN-13 cizgili kodu 13 rəqəmdən ibarət olur. EAN-13 cizgili kodunda malların nömrəsi informasiya üçün açar rolunu oynayır. EAN-13 nömrələrinin quruluşu aşağıdakı kimidir (soldan sağa) -ilk 2-3 rəqəm-perfiksdir və ya EAN International üzvü olan Milli təşkilatın koldu (Azərbaycan üçün-470 ); -birinci 7-9 rəqəm, perifiks də daxil olmaqla –Milli təşkilat daxilində müəssisənin qeydiyyat nömrəsidir; -sonrakı qrup rəqəmlər-müəssisə daxilində məhsulların nömrə-ləridir;
Misal olaraq aşağıda göstərilən malın etiketinə yapışdırılmış cizgili kodu nəzərdən keçirək: 30 45214 834 12 3 Burada: 30- Fransanın kodu 45214-hazırlayıcı müəssisənin kodu 83412-müəssisələrin siyahıya uyğun istehsal etdiyi məhsulun kodu 3-nəzarət rəqəmidir. Nəzarət rəqəmi adi riyazi üsulla yoxlanılır: 1.Sağdan sola kodun cüt mövqeli rəqəmlərini toplayaraq: 2+4+8+1+5+0=20 2.Alınan cəmi 3 rəqəminə vuraq: 20*3=60 3.Sağdan sola cüt mövqeli olmayan rəqəmlərini toplayaraq (nəzarət rəqəmi nəzərə olınmadan): 1+3+4+2+4+3=17 4.2-ci və 3-cü bəndə alınan nəticələri toplayaq: 60+17=77 5.77-dən onluqları ataq alınır 7 6.10 nəticəsindən 5-ci bəndə alınan 7 rəqəmini çıxaq 10-7=3 Bu rəqəm kodun nəzarət rəqəmidir . Əgər alınan rəqəm nəzarət rəqəmindən fəarqli olarsa,deməli kod, yaxud bütövlükdə malın özü saxtalaşdırılmış hesab olunur. Qeyd etmək lazımdır ki, cizgili kodun məhsulun etiketinə vurulma texnilogiyası dəqiq yerinə yetirilmə-lidir.Belə ki, poliqrafiya nöqsanları olduqda onlar skanerdə hesablanmır. Məsələn, cizsgilər aydın görünmürsə, yaxud rənglər uyğun gəlmirsə (qırmızı cizgilər yaşıl rənglə və göy fonda: qara, narıncı və qırmızı cizgilər qızılı fonda; sarı, qırmızı, narıncı, açıq qəhvəyi və qızılı cizgilər ağ fonda). Buna görə də etike-tin, yaxud qutuların dizaynı istənilən zaman tiraj təyin edilməzdən qabaq cizgili kodun təsvirinin ziddiyyətli olub-olmaması yoxlanılmalıdır ki, artıq xərclər sərf olunmasın.