1-ci mövzu Turizm haqqında ümumi anlayışlar Turizm və mehmanxana təsərrüfatının tarixi


-cu mövzu Turistlərin qidalanmasında yağların əhəmiyyəti və rolu



Yüklə 39,02 Kb.
səhifə13/17
tarix02.01.2022
ölçüsü39,02 Kb.
#46352
1   ...   9   10   11   12   13   14   15   16   17
muhazire.-mehmanxana-ve-turizm-komplekslerinde-qidalanmanin-teshkili

10-cu mövzu

Turistlərin qidalanmasında yağların əhəmiyyəti və rolu

Yağlar- qliserin və piy turşularından ibarət olub, suda həll olmayan maddələrə deyilir. Zülal və karbohidratlarla yanaşı, yağlar da qidamızın əvəz olunmaz bir hissəsidir. Yağlar, orqanizmimizin əsas enerji mənbəyidir. Lakin, yağlar, yalnız enerji resursu deyil, həmçinin hər bir hüçeyrənin qurulmasında iştirak edir və orqanizmdə baş verən bir çox proçeslərdə də iştirak edirlər.
Yağlar saçların və dərinin sağlam qalmasında iştirak edirlər, bir neçə vitaminlərin, məsələn A, D, E və K, mənimsənilməsində iştirak edirlər, hüceyrəni kənar təsirlərdən (bakteriya və viruslardan) qoruyan hüceyrə membranının tərkibinə daxildilər.

Məsələ orasındadır ki, yağlar yüksək kalori dəyərinə malikdirlər. Hər 1 qram piydə 9 kkal var. Müqaisə üçün deyə bilərik ki, 1 qr zülal və ya karbohidratda 4 kkal var. Beləliklə, bir xörək qaşığı yağ 120 kkal edir ki, bu da iki qab meyvə və yaxud da iki qab tərəvəzi əvəz edir. Yağların həddən çox istifadəsi artıq çəkiyə və piylənməyə gətirib çıxardır. Buna baxmayaraq, piy və yağlar qida rasionumuzun vacib bir hissəsidir ki, onların qdamızdan tamami ilə çıxardılması yola verilməzdir.
Kişilər üçün gündəlik yağ norması 70-154 qr, qadınlar üçün isə 60-102qr edir. İstifadə edilən yağın miqdarı ilə yanaşı, hansı növ yağın da istifadəsi çox vacibdir. Bioloji faydalı yağlardan istifadə etməliyik, hansı yağların bədənimizə lazım olduğunu bilməliyik.
Yağlar doymuş və doymamış yağlar olaraq iki yere bölünür. Doymamış yağar da özləri iki yerə, polidoymamış yağlar və monodoymamış yağlar olaraq iki yerə bölünür.
Doymuş balıq yağları əsasəb heyvan mənşəli qidalara olan bərk yağlardır. Bunnara nümunə olaraq yağlı ət və ət məhsullarını (sosiska, kolbasa və s.), kərə yağı, qaymaq (slivki), və yağlı pendir növlərini göstərmək olar. Doymuş yağlar qanda xalesterinin miqdarını artırır. Doymuş yağların normadan çox istifadəsi qan damar sistemi xəstəliklərinin əsas səbəblərindən biridir. Kişilər gündə 30 qr doymuş yağ yeməlidirlər, qadınlar isə, 20 qr.
Unutmamalıyıq ki, müasir qidalarımızda çox miqdarda gizli yağlar da vardır. Gizli yağları görmək olmur deyə, onların istifadəsinə də nəzarət etmək çox çətindir. Gizli yağlar adətən ət məhsullarında (məsələn sosiska və kolbasa), xəmir və şirniyyat məhsullarında olurlar.
İsan özü də hiss etmədən gündə 100 qr və daha çox gizli yağ istifadə edə bilər. Məsələn iki sosiskada çay qaşığı yağ var ki, bu da 30 qr edir. Bir dilim tortda isə 12 çay qaşığı yağ var ki, bu da 60 qr yağ edir.
Doymamış yağlar, doymuş yağların əksinə olaraq xalesterinin miqdarını azaldırlar ki, buna görə də onlara faydalı yağlar deyilir. Bizim orqanizmimiz müəyyən miqdarda doymuş yağ sintez edə bilir, lakin doymamış yağlar orqanizmimiz istehsal edə bilmir deyə bu yağlar, əvəz olunmaz hesab olunur və orqanizmimizə kənardan qida şəklində daxil olmalıdır.
Monodoymamış yağlar zeytunda və zetun yağında, avakado və və çərəzlərdə (məsələn badam tumu və ya qoz) olur.
Polidoymamiş yağlar sayılan Omega-3 və Omega-6 orqanizmimizin bütün hüceyrələrin formalaşmasında iştirak edirlər. Bununla yanaşı bu yağlar, ürəyin sağlam qalmasında, göz və beynin fəaliyyətində, dəri, oynaq və vətərlərin sağlam fəaliyyətində, immunitetin güclənməsində iştirak edirlə. Omega-6 adətən olaraq zeytun, günə baxan və kətan yağında olur. Omega-3 isə, yağlı balıqda, balqabaq (boranı) tumunda, soyada, qozda və tünd yaşıl rəngdə göyərtilərdə olur.
Omega-3 və Omega-6 düzgün şəkildə qəbul olunarsa, orqanizmamızın immun sisteminə dəstəy olur. İmmun sistemimiz bizi infeksiyalardan qoruyur. Omega-3, xolesterinin miqdarını və ürək xəstəlikləri riskini azaltdığı üçün orqanizmin sağlamlığının qorunub saxlamasında çox vacib rol oynayır.
Xalesterin, bütün toxumaların strukturunda vardır. Xalestirinin böyük bir hissəsi doymuş yağlardan alınır. Normadam çox doymuş yağlardan istifadə xalesterinin artmasına səbəb olur.
Omega-6-nın Omega 3-ə nəzərən optimal nisbəti 4-ün 1-ədir. Omega 3-ün normasını bərpa etmək üçün həftədə 1.5-2 kg yağlı balıq yeyilməlidir ki, bu da 12 porsiya edir. Təəcübləndirici hal deyil ki, müasir insanın rasionunda Omega-3 çatışmır


Yüklə 39,02 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin