Su insanın normal həyat fəaliyyətinin saxlanılması üçün lazımdır.Bu orqanizmin bütün kimyəvi parçalanmasında iştirak edir.Bundan başqa suyun əhəmiyyəti onun fiziki və kimyəvi xüsusiyyətləri ilə müəyyən edilir.Belə ki,o,kimyəvi cəhətdən neytraldır,yaxşı həlledicidir,özlülüyünün az olması mayelərin qan damarlarında hərəkətini asanlaşdırır,qidalı maddələrin toxumalara sorulmasına köməklik edir,nəhayət,mübadilənin sonunda məhsulun kənar edilməsinə təsir edir.Dəridən suyun buxarlanması müəyyən hədd daxilində insanın bədən tempraturunun normal qalmasını təmin edir.Su insanın bədən kütləsinin 65 %-ni təşkil edir.Orqanizm toxumalarında suyun miqdarı müxtəlifdir: 1)Ən çox qanda-83% 2)Böyrəklərdə-82,7% 3)Birləşdirici toxumalarda-80% 4)Ağ ciyərdə-79% 5)Dəridə-72% Su ən az yağ toxumalarında və sümük toxumalarında 46% təşkil edir. Yadda saxlamaq lazımdır ki,insan qidasız bir neçə həftə yaşaya bilər,amma,susuz isə cəmi bir neçə gün yaşayar.İnsan orqanizminin suya olan tələbatı 2,5 L. təşkil edir.Qeyd etmək lazımdır ki,orta fiziki yüksəkliklərdə normal iqlim şəraitində su sərfi 2,8-3,5 L. ola bilər.Ekskursiyalar zamanı,xüsusən,ekstermal marşrutlar vaxtı susuzluğun həcmi artır.Susuzluğun əsas səbəblərində biriqanın tərkibində su-duz tarazlığının pozulmasıdır.Bu tarazlıq son dərəcə müşahidə olunur.Qanda duzun qatılığı 2 səbəbdən ola bilər: -Xörək hədsiz duzlu olduqda -Su orqanizmdən həddən artıq xaric olduqda Çox su qəbul etdikdə ürək çox yüklənir,tər ifrazı artır.Bu zaman orqanizmdən çoxlu duz xaric olunur.Natrium duzu orqanizmin saxlanma qabiliyyətidir.Ekskursiyalar zamanı turistlərin rasional qidalanması orqanizmin suya olan tələbatının hərəkətlərdən əvvəl və sonra normal qalması nəzərə alınır.Hərəkət proseslərində su içməkdən imtina etmək heç cür ola bilməz.Ancaq bir şərtlə norma və rejimə düzgün riayət etməklə.Susuzluğu söndürmək üçün mineral sualrdan istifadə etmək lazımdır.(Əgər ekskursiya zamanı marşrut mineral bulaqların yanından keçirsə)Mineral sular qəbul etdikdə orqanizm toxumaları lazımi duzlarla zənginləşir.Bundan başqa suya duz əlavə edilməsi məsləhət görülür.Xüsusiylə qar suyunun hər 1 L-nə 0,5qr.duz əlavə etdikdə dadı dəyişir.Kim çox tərləyirsə səhər yeməyindən qabaq 10-15 qr.duzu suda həll edib içməlidir.Yadda saxlamaq lazımdır ki,marşruta çıxmazdan qabaqorqanizmdə suyun normadan artıqlığı ürəyin və böyrəklərin əlavə yükləməsinə səbəb olur.Xizəksürmə və yüksək dağ səyahətlərində orqanizmdə su itməsi çox mürəkkəb çətinliklər yaradır.Bu tip ekskursiyalar zamanı turistlər qar suyu içirlər.Ona görə də yük çantası ağır olsa belə qrupun adambaşına 0,75-1 L. olan termos olmalıdır.