1-ci mövzu Turizm haqqında ümumi anlayışlar Turizm və mehmanxana təsərrüfatının tarixi


-ci mövzu Turistlərin qidalanmasında zülal və aminturşuların rolu və əhəmiyyəti



Yüklə 39,02 Kb.
səhifə11/17
tarix02.01.2022
ölçüsü39,02 Kb.
#46352
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
muhazire.-mehmanxana-ve-turizm-komplekslerinde-qidalanmanin-teshkili

7-ci mövzu

Turistlərin qidalanmasında zülal və aminturşuların rolu və əhəmiyyəti

Qida məhsulları kompleks olaraq sadə və mürəkkəb xassələri ilə (kimyəvi,fiziki,texnaloji və s.) xarakterizə olunur.Bu xassələr birlikdə onların insana olan faydasını müəyyən edir.Qida məhsullarının faydalılığını,bioloji,fizioloji zərərsizliyi və orqanometrik xüsusiyyətləri ilə,habelə,enerji dəyəri ilə xarakterizə olunur.
Məhsulun qidalılıq dəyəri-daha geniş anlayışa malik olub məhsulun kimyəvi tərkibini,onların orqanizm tərəfindən mənimsənilmə dərəcəsini və enerji dəyərini,habelə,dadı əks etdirir.Məhsulun qidalılıq dəyəri nə qədər yüksək olarsa orqanizmin təələbatını bir o qədər çox təmin etmiş olur və balanslaşmış qidalanma prinsipinə tam uyğun gəlir.
Məhsulun bioloji dəyəri-hər şeydən əvvəl onların tərkibində olan zülalların keyfiyyəti,amin turşuların tərkib hissəsini və həzm olma qabiliyyətini özündə əks etdirir.Daha geniş mənada bu məhfum özündə qida məhsullarının tərkibində həyat üçün ən vacib olan bioloji aktiv maddələri (mikroelementlər,əvəzolunmaz amin turşuları,vitaminlər və s. birləşdirir.)
Enerji dəyəri-məhsulun tərkibində olan yağların,karbohidratların və zülalların bioloji oksidləşməsi zamanı yaranan enerjinin miqdarıdır və orqanizmin fizioloji funksiyasıdır.Qida rasionu tərkibinə daxil olan məhsulların tərkibi lazımi miqdarda maddələrlə təmin olunmalıdır ki,alınan enerji orqanizmin toxumalarının və hüceyrələrinin qurulmasını təmin edə bilsin.
Zərərsizlik-elə qida məhsullarına aid edilir ki,onların tərkibində insan orqanizmi üçün təhlükəli və zərərli maddələr olmasın (ağır metalın duzları,üzvi birləşmələr və s.)
Zehni əməklə məşğul olan insanlar fiziki əməklə məşğul olanlardan xeyli az enerji sərf edirlər,bununla belə onların sağlamlığı və iş qabiliyyəti düzgün qidalanmadan aslıdır.Bu kateqoriyaya aid insanların həyat tərzi elə formalaşır ki,onlarda əzələ işi zəifliyi,lazım olandan artıq qidalanma və s. kimi mənfi hallar baş verir.Zehni əməklə məşğul insanlar üçün gündəlik qida rasionları tərtib edilərkən nəzərə almaq lazımdır ki,onların gündəlik qidasının enerji dəyəri 2500-3400kq/kal çatsın.Bu kateqoriyalı insanlar gündə 78-91 qr.zülal,83-100qr.yağ,330-380qr. karbohidrat qıbul etməlidirlər.Kişilərin gündəlik qidalanmasında ayrı-ayrı vitaminlərin norması adi adamların qidalanmasındakı normadan yüksək olmalıdır.Xüsusiylədə,b-1,b-2,b-6,pp və C vitaminlərinin normal miqdarının yüksək olmasına fikir verilməlidir.Göstərilən əhali qrupu üçün qidalanma rejimi mühüm əhəmiyyət kəsb edir.Ona görə bu qrupa aid insanlar üçün ən rasional qidalanma 4-5 saatlıq fasilələrlə,gün ərzində 4 dəfə qidalanmaqla həyata keçirilir.

"Aminturşuları - orqanizmin quruluşunun “atomları” adlandırırlar. Məcazi mənada aminturşular “tikinti materialı” hesab olunurlar, hansından ki, orqanizm, fizioloji fəaliyyətə malik olan xüsusi zülal toxumaları, peptid hormonları, fermentləri və digər birləşmələri sintezləşdirir. Bundan başqa, aminturşular zülalların yaranması üçün vacibdirlər, həmçinin neyromediatr funksiyasını da yerinə yetirirlər. Neyromediatr kimya maddəsi olaraq, sinir impulslarını bir sinir hüceyrəsindən digərinə ötürülməsini təmin edir. Nəticədə insan beyninin normal fəaliyyəti müəyyən aminturşuların mövcud olmasından aslıdır. Aminturşuların mövcud olması səbəbiylə bədəndə olan vitaminlər və minerallar da öz funksiyalarını adekvat şəkildə yerinə yetirirlər.

Elm dünyasına tanınmış olan aminturşuların sayı 20-dən çoxdur. Bitkilərin və bakteriyaların çoxu onların həyatı üçün zəruri olan, adi orqanik olmayan birləşmələrindən bütün aminturşuları sintez etməyi bacarırlar. İnsan və heyvan bədənində aminturşuların böyük əksəriyyəti orqanik məhsullardan və azotdan sintez olunur. Belə aminturşuları “əvəzolunan” adlandırılar. İnsan orqanizminə və onun həyat fəaliyyəti üçün zəruri olan bəzi aminturşular insan bədənində sintez olunmurlar. Belə aminturşuları isə "əvəzolunmayan” adlandırırlar. Bu cür aminturşular insan orqanizminə qida tərkibində daxil olmalıdırlar. Bədəndə zülallar dayanmadan sintez olunurlar, lakin hansısa bir əvəzolunmayan aminturşusunun olmayan hallarında sintez prosesi dayandırılır. Əgər bədəndə əvəzolunmayan aminturşular yoxdursa və ya onların miqdarı azdırsa, insanın artımı dayana, çəki isə azala bilər və maddələr mübadiləsində pozuntular yarana bilər. Tələb olunan əvəzolunmayan aminturşuların miqdarı insanın yaşından, cinsindən və digər hallardan aslıdır. Böyüklər gün ərzində təxmini hər əvəzolunmayan aminturşularından 1 qram qəbul etməlidirlər. Əvəzolunmayan aminturşular orqanizmə yemək tərkibində daxil olurlar və onların miqdarı yeyilmiş zülalların tərkibində onların nə qədər olmasından aslıdır. Bu parametrlər düzgün qidalanma prosesinin təşkilində və əhalinin müxtəlif yaş qrupları üçün optimal rasionu hazırlayanda nəzərə alınmalıdırlar. İnsan üçün vacib və yemeklərin tərkibində olan aminturşuları tamamilə aminturşular qarışıqları ilə əvəz oluna bilər, bu təcrübə tez-tez klinik qidalanma təşkilində tətbiq olunur. Yadınızda saxlamaq vacibdir ki, söhbət “əvəzolunan” və “əvəzolunmayan” aminturşulardan gedəndə, 20 növ aminturşuların hamısı bioloji əhəmiyyətə malikdirlər və insan həyatı üçün vacibdirlər.

Kifayət qədər zülal (protein) qəbul edilməlidir. Hər kiloqrama orta hesabla 0.9 qram zülal qəbul etmək lazımdır. 60 kq çəkidə olan bir qadın üçün bu 54 qram, 80 kq olan kişi üçün isə təxminən 72 qram zülal deməkdir.
Orqanizmin öz-özünə yığdığı ehtiyatdan zülal ifraz etmək qabiliyyəti yoxdur. Ona görə də, zülalın qida yoluyla alınması önəmlidir. Ancaq qəbul edilən zülalın da miqdarı normada olmalıdır. Cəmi enerji qaynağımızın 10 faizinin zülal ilə təmin edilməsi sağlam bəslənmək üçün əhəmiyyətlidir. Sağlam qidalanma baxımından həftədə 2 pay ətli yemək zülal ehtiyatı üçün yetərli olacaq. Çox istehlak edilən zülal dərhal yağa çevrilib orqanizmdə yığıldığı üçün çox yeməkdən qaçmaq lazımdır.
İstehlak edəcəyiniz yağ miqdarına nəzarət edin. Quru yeməklərdə yağ faizi daha çox olur. Qızartma, sous, kolbasa, sosiska, əlüstü yeməklərdən mütəmadi olaraq tez-tez istifadə etmək orqanizm üçün zərərlidir. Quru və sulu xörəklər bir-birini tarazlamalıdır.
Oturaq həyat tərzi keçirənlər xüsusilə yağlı yeməklərdən qaçmalıdırlar. Çünki, onlarda piylənmə riski daha çox olur.


Yüklə 39,02 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin