1-ci mövzu Turizm haqqında ümumi anlayışlar Turizm və mehmanxana təsərrüfatının tarixi



Yüklə 39,02 Kb.
səhifə6/17
tarix02.01.2022
ölçüsü39,02 Kb.
#46352
1   2   3   4   5   6   7   8   9   ...   17
muhazire.-mehmanxana-ve-turizm-komplekslerinde-qidalanmanin-teshkili

D vitamini kalsium və fosforun sümüklərdə toplanması prosesini təmin edir. Bu maddə ən çox körpə uşaqlara lazımdır. Onun çatışmamazlığı körpələrdə raxit xəstəliyinin əmələ gəlməsinə səbəb olur. D vitamininə yumurta sarısı, kərə yağı və balıq yağında rast gəlinir.
P vitamini kapilyarların divarlarını möhkəmləndirir. O, limon, portağal, qırmızı bibər, itburnu, çay yarpaqları və üzümdə mövcuddur.
PP orqanizmi sinir sistemi xəstəliklərindən qoruyan vitamindir. Ona daha çox süddə, qaraciyərdə, böyrəkdə, göbələkdə, mayada, yer fındığında rast gəlinir. Vitaminin gündəlik qəbul miqdarı 15 milliqramdır. Gərgin əməyin kəskin artması zamanı, hamiləlik dövründə və uşağa süd verərkən orqanizmin vitaminlərə tələbatı yüksəlir. Uşaqların inkişafı dövründə də vitaminlərin gündəlik norması artırılmalıdır. Yuxarıda sadalanan vacib maddələr orqanizmdə parçalanaraq kaloriyə çevrilir. Məsələn 1 qram zülalın parçalanmasından 4,1 kalori, 1 qram yağın parçalanmasından isə 9,3 kalori ayrılır.

Hər bir insan üçün lazım olan gündəlik kalorinin miqdarı orqanizmin "daşıdığı yükdən" asılıdır. Əqli işlə məşğul olan insanlara gündə 3000, mexaniki fiziki işlə məşğul olanlara 3500, ağır fiziki əməklə məşğul olanlara 5000, idmançılara isə 6500-7000 kalori lazımdır. Ailə üçün nəzərdə tutulan menyuda bu maddələrin hər birinin zəruri miqdarda olmasına diqqət yetirmək lazımdır. Kənardan çətin görünən bu iş əslində çox asandır. İstifadə etdiyimiz bütün qablaşdırılmış məhsulların üzərində onların kalori dəyəri və tərkibi qeyd olunur. Açıq şəkildə aldığımız məhsulları isə xörəyə vitamin tərkibinə əsasən daxil etmək olar. Əvvəllər bir az vaxtınızı alacaq bu iş, tezliklə adət halına keçəcək və siz məhsulların üzərinə baxmadan belə onların qidalılıq dəyərini biləcəksiniz.

Mürəkkəb karbohidratlara nişasta,qlikogen,sellüloza və pektiv maddələr daxildir.Nişasta əsasən bitkilərdə:taxıl və paxlalı bitkilərdə olur.İnsan orqanizmi üçün nişasta,əsasən,qlükoza mənbəyidir.Bitki qidasının yarısına qədəri sellülozanın payına düşür.Sellüloza insanın nazik bağırsağında həll olunmur.Çünki burda onu parçalayan ferment yoxdur.Qidadakı sellüloza ancaq yoğun bağırsaqda onun mikroflorası tərəfindən dağılır,parçalanır və həzmə məruz qalır.Pektiv maddələr yaxşı həll olmaq qabiliyyətinə malikdir və hüceyrə şirəsinin tərkibinnə daxildir.Bəzi qənnadı və şirəli məmulatların (marmalad) hazırlanmasında ondan istifadə olunur.Alma,portağal,armud,yerkökü və digər bu kimi meyvə və tərəvəzlərdə pektiv maddələr yüksək miqdarda olur.Bunu nəzərə alaraq mədə-bağırsaq xəstəliklərinin müalicəsində bitki məhsullarının istifadəsinə geniş yer vermək məqsədəuyğun sayılır.Orqanizmdə normal həyat fəaliyyətinin getməsi üçün qida ilə daxil olan karbohidratların 83-85 %-i polişəkərlərdən,xüsusiylə,nişastadan ibarət olmalıdır.Yaşlı turistlər üçün rasionda şəkərlilik miqdarı 15-17%,uşaq və yeniyetmələrin qidalanmasında isə onun miqdarı 25%-ə qədər artırıla bilər.Karbohidratların mənbəyi,əsasən,çörək,bulka,taxıl,yarma,makaron və kartofdadır.Qara çörəkdə 40-49%,ağ çörəkdə 42-50 %,qarğıdalı yarmasında 68 % və s.karbohidrat təşkil edir.


Yüklə 39,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin