1-ci mövzu Turizm haqqında ümumi anlayışlar Turizm və mehmanxana təsərrüfatının tarixi


Müxtəlif əhali qrupu üçün diferensial qidalanma



Yüklə 39,02 Kb.
səhifə10/17
tarix02.01.2022
ölçüsü39,02 Kb.
#46352
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
muhazire.-mehmanxana-ve-turizm-komplekslerinde-qidalanmanin-teshkili

Müxtəlif əhali qrupu üçün diferensial qidalanma

Əhalinin normal qidalanmasının elmi əsaslarının işlənib hazırlanması mühüm


sosial vəzifə olmaqla yanaşı, həm də mühüm tibbi əhəmiyyətli məsələdir və ölkənin
iqtisadi və səhiyyə sahələrində inkişäfının səviyyəsini əks etdirən göstəricilərdən
biridir. Bir sıra inkişaf etmiş ölkələrdə bu problemə xüsusi diqqət yetirilir və onun
elmi-praktiki aspektlərinin hərtərəfli həlli istiqamətində xeyli işlər aparılır.
Qidalanma problemi və onun sosial-tibbi məsələləri ilə bilavasitə məşğul olan elmi-
tədqiqat müəssisələri arasında artıq qeyd edildiyi kimi, Rusiya (keçmiş SSRİ) Tibb
Elmləri Akademiyasının Qida İnstitutu mühüm yer tutur. Əhalinin müxtəlif yaş və
peşə qruplarının optimal qidalanmasına dair bu institutun hazırladığı tövsiyyə və
normativlər sosial və tibbi praktikada geniş tətbiq edilə bilər.
Fiziologiyada, ələlxüsus yaş biokimyası və yaş fiziologiyasında fərdi inkişaf
prosesindən asılı olaraq insanın qidalara olan tələb və ehtiyacları öyrənilir. Bu
məsələnin obyektiv həlli, ilk növbədə insanın həyat ömrünün düzgün olaraq dövrlərə
(faza, mərhələ) təsnif edilməsindən çox asılıdır. İnsan orqanizmində yaşla əlaqədar
baş verən biokimyəvi, fizioloji və morfoloji dəyişiklikləri öyrənən mütəxəssislər
(palentoloqlar və b.) insanın həyatda bir neçə, müəyyən xüsusiyyətlərlə fərqlənən
yaş dövrünü ayırd edirlər. Aşağıda insanın əsas yaş dövrlərinin sistematikasına dair
geniş yayılmış fikirlərdən birini veririk. Amma yadda saxlamaq lazımdır ki, müxtəlif alimlər tərəfındən tərtib edilmiş yaş xronologiyaları üst-üstə düşmür, bir-birindən
bəzi uyğunsuzluqlarına görə fərqlənirlər.
Qida fıziologiyası üçün insan həyatının uşaqlıq, məktəbəqədər, məktəb,
yeniyetməlik, cavan, yaşlı və qocalıq dövrləri daha çox əhəmiyyət kəsb edir.
Çünki, bu dövrlər orqanizmdə müəyyən funksiya və proseslərin formalaşması,
yetginləşməsi, böhran (kritik) və keçid vəziyyətlərində dövran etməsi və nəhayət
zəifləyib sönməsi ilə əlaqədardır. Qida fıziologiyası keçid dövrlərinin və cinsdən
asılı yaş xüsusiyyətlərinin özünəməxsusluğunu da nəzərdə tutur.


Yüklə 39,02 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin