Ayrı-ayrı insan orqanizminin üzv və sistemlərinin normal funksiyası xəstəliklərə qarşı müqaviməti qidalanmadan asılıdır. Bu da əsasən uşaqların normal böyüməsi onların psixi fiziki inkişafı üçün vacib şərtdir. Uşaqlar üçün menyu tərtib edildikdə bu zaman onların mütləq zövqü və meylləri nəzərə alınmalıdır. Xüsusilə uşaqların səyahəti zamanı onların qidalanmasına diqqət etmək lazımdır. Çünkü uşaqlar gündə ən azı 3 dəfə yemək yeməlidir. Bəzən elə uşaqlar vardır ki, onlara xüsusi qidalanma rejimi lazım gəlir. Uşaqların səyahəti zamanı bunu da hər restoran kafe edə bilmir. Buna görə də bu cür uşaqların qidalanması üçün yerlərin əvvəlcədən seçilməsi yəni daha ucuz uyğun keyfiyyətli variant tapmaq lazım gəlir. Bu vaxt ən uğurlu, keyfiyyətli yerlərdən biri ailəvi kafelərdir. Burada rəngarəng menyulardan istifadə olunur. Həm də burada uşaq meydançaları fəaliyyət göstərir. Əgər ailəvi kafelərdə uşağın hər hansı bir istədiyi məhsul olmazsa, bu zaman bu kafelərin yanında yerləşən marketlərdən istifadə olunur və uşağın istəyi yerinə yetirilir. Uşaqları səyahəti çıxardılan zaman çantasına əsasən su, dərman qutusu, yoqurt, sevdiyi peçenyelər və s götürülür. Bundan başqa səyahət edəcəyiniz ölkənin iqlim şəraitindən asılı olaraq uşaq üçün təyinat yerinə çatana qədər lazım olan bütün qida məhsulları eyni zamanda ayaqqabı, paltar götürülməlidir. Eyni zamanda səyahət zamanı uşağın sənədləri yəni doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, xarici pasport və eyni zamanda valideynin icazəsi əsas götürülür.