1-ci mövzu Turizm haqqında ümumi anlayışlar Turizm və mehmanxana təsərrüfatının tarixi



Yüklə 39,02 Kb.
səhifə5/17
tarix02.01.2022
ölçüsü39,02 Kb.
#46352
1   2   3   4   5   6   7   8   9   ...   17
muhazire.-mehmanxana-ve-turizm-komplekslerinde-qidalanmanin-teshkili

B1 vitamini dözümlülüyü və iştahanı yüksəldir, sinir sisteminə yaxşı təsir edir, soyuğa davamlılığı artırır. Bu maddəyə ən çox taxılların üz pərdəsində rast gəlinir. Sözü gedən vitaminin çatışmazlığı zamanı iri döyülmüş undan hazırlanan çörək yemək məsləhət görülür. B1 paxlalılarda, qaraciyərdə, mayada da olur. Yetkin insanın gündəlik qidasında B1 vitamininin miqdarı 2 milliqram nəzərdə tutulur.
B12 viatmini gözlərin və dərinin sağlamlığı üçün vacibdir. Onun mövcudluğu qidanın orqanizm tərəfindən yaxşı həzm olunması üçün də lazımdır. Bu vitamin süddə, ət məhsullarında (qaraciyər, ürək və böyrəkdə), kələmdə, yumurtada, mayada və kahıda olur. Sutka ərzində 2 milliqram B12 vitamini qəbul etmək lazımdır. C vitamini orqanizmin infeksion xəstəliklərə qarşı mübarizə gücünü və immuniteti artırır, skorbutdan (diş ətinin xəstəliyi) müdafiə edir. Bu vitaminə ən çox meyvə, tərəvəz və giləmeyvələrdə - kələm, kartof, pomidor, soğan, qırmızı bibər, kahı, alma, qara qarağat, itburnu, limon, portağal və başqalarında rast gəlinir. S vitamininin gündəlik norması 50 milliqramdır.

Yüklə 39,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin