1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-cu sual. Tarixi tədqiqatlarda fərqlilik metodu



Yüklə 69,82 Kb.
səhifə14/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   ...   10   11   12   13   14   15   16   17   ...   45
ttm

13-cu sual. Tarixi tədqiqatlarda fərqlilik metodu

Əgər bir –birilə tam oxşarlıq təşkil edən iki hadisədən biri baş verərsə, o birisi isə baş verməzsə, onda həmin hadisələr arasında fərq birinci hadisədəki vaqeədir, yəni hadisəınin baş verməsidir. Daha doğrusu bu iki hadisə arasındakı fərq birinci halda hadisənin baş verməsini doğuran səbəbdir.

Yeganə fərq metodundan istifadə zamanı iki hal nəzərdən keçirilir. Birinci halda A, B, S, vəziyyətləri b hadisəsindən əvvəl mövcud olmuşlar. İkinci halda isə əgər B vəziyyəti, yaxud halı yoxdursa o zaman b hadisəsi də baş vermir, yəni yoxdur. Belə olan halda mövcud olmayan B vəziyyəti b hadisəsini doğuran səbəb qismində çıxış etmiş olur. Başqa sözlə b hadisəsinin baş verməsi səbəbinin B olması qənaətinə nəticəsinə gəlirik.

Qeyd etmək lazımdır ki, həyatda tam eynilə iki oxşar yaxud iki fərqli hadisə yoxdur. Ən azından yuxarıdakı nümunədə fərqli cəhətin yaranmasına yalnız B səbəb oldu. Deməli, A və S fərqli hadisələr üçün oxşar vəziyyətlər, elementlər qismində çıxış etmiş oldular.

İstənilən halda oxşar və ya fərqli cəhətləri müqayisə edilən hadisə və ya obyektlərin elə məlum xüsusiyyətləri götürülür ki, onlar sözügedən hadisə və obyektlərin həmin cəhətlərini təsdiq etməyə imkan versin, təsdiq etsin. Çünki, məhz həmin məlum xüsusiyyətlə tədqiqatçı öyrəndiyi obyektin əsas cəhətlərini müəyyənləşdirirmiş olur.

Daha dolğun elmi nəticələr əldə etmək üçün isə bir yox, bir sıra belə məlum xüsusiyyətlərrin əldə olunması daha qənaətbəxş hesab edilir. Məlum xüsusiyyətlərin yetərli sayı və rənarəngliyi də bu işdə böyük əhəmiyyət kəsb edir.

Məslən, əhalinin sürətli tədqiq edərkən demoqraflar yüksək doğum səviyyəsinə diqqət edirlər. Yüksək doğum şəraitində ( əsasən də inkişaf etməkdə olan ölkələrdə) əhalinin sürətlə artımı müşahidə olunur. Lakin yüksək doğumun olmadığı inkişaf etmiş ölkələrdə isə əhalinin sürətli artımı müşahidə olunmur. Buradan belə bir əqli nəticəyə gəlmək olar - əhlinin yüksək sürətlə artımının əsas səbəbi yüksək doğum şəraitinin, amilinin mövcud olmasıdır. Yəni əslində doğum şəraiti əhalinin çox və ya az sürətlə artımını müəyyənləşdirən əsas fərq və ya məlum xüsusiyyətdir. Lakin qeyd etmək lazımdır ki, belə analiz səthi xarakter daşıyır. Çünki onun aparılması zamanı heç də bütün zəruri cəhətlər nəzərdən keçirilməmiş, inkişaf etmiş ölkələrin əvvəllər mövcud olan demoqrafik xüsusiyyətlərinin müqayisəli təhlildə aparılmamış, yəni tarixilik prinsipindən istifadə edilməmişdir. Əgər ``yüksək doğum``, yaxud ``aşağı doğum`` hallarının başvermə səbəblərini nəzərdən keçirsək, inkişaf etməkdə olan ölkələrdə əvvəllər də əhalinin yüksək artımı halların olmasının şahidi olarıq. Lakin həmin ölkələrdə əvvəllər əhalin sürətli doğumunun olmamasını nəzərə alsaq, onda məhz əhalinin yüksək artımı ilə sürətli artımı arasındakı xüsusiyyətlər yaxud həmin xüsusiyyətləri doğuran səbəbləri öyrənsək fərqi əhalinin sürətli artımını doğuran səbəblərə tibbi xidmətin və həyat səviyyəsinin yüksəlməsidir. Deməli, inkişaf etməkdə olan ölkələrdə demorqrafik xüsusiyyətin fərqli cəhətləri də elə həmin amillərdir.


Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin