1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-ci sual. Tarixi gerçəkliyin izahı və nəzəri dərk edilməsi



Yüklə 69,82 Kb.
səhifə45/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   ...   37   38   39   40   41   42   43   44   45
ttm

45-ci sual. Tarixi gerçəkliyin izahı və nəzəri dərk edilməsi

Hər hansı gerçəkliyin mövcudluq dərəcəsini müəyyənləşdirərkən burada həm obyektivliyin, həm subyektivliyin həmin gerçəklikdə eyni zamanda mövcud olmasını görürük. Əslində subyektivliyin hər hansı bir obyekt və ya hadisə haqqındakı informasiyada mövcud olmasının özü də obyektiv xarakter daşıyır. Yeni belə bir halın mövcudluğu bizim şüurumuzdan, istək və iradəmizdən aslı deyildir. Deyək ki, tədqiqatçı İbn Hardadbehin, yollar və ölkələr adlı kitabında mənbə kimi istifadə edərək massagetlər haqqında məlumat almaq istəyərkən onların masqat adlı yerdə yaşadıqlarını oxuyur: “Masget vilayəti Şabran və Samur arasında yerləşir, qədim zamanlarda burada masget tayfaları yaşamışlar.”

Təbii ki, müəllifin masgetlər haqqında, yaxud Bacərvandan (müəllif bu şəhərin Şirvan yaxınlığında yerləşdiyin və Xıdır Musa dağının (yaxud Xıdırzadə dağının) bu şəhərdə yerləşdiyini yazır) bəhs edərkən baqavanlar haqqında verdiyi məlumatlar ilk növbədə hıəmin müəllifin daxili dünyasın subyektiv məhsuludur. Beləliklə, İ. Kantın “Özündə Şey” adlandırdığı həqiqət, insan idrakı üçün həmişə əl çatma, axra qədər dərl edilməzdir.

Mahiyyət – sanki, zahiri cəhətdən müxtəlif tarixi hadisələri birləşdirə ortaq xüsusiyyət, məxrəcdir. Çünki, əslində bir-birinə oxşar və yaxud bir-biri ilə əlaqədar olan tarixi hadisələr - əslində eyni daxili mahiyyətin, yaxud mahiyyətcə eyni hadisəninmüxtəlif forma və variantlarda təzahürü, baş verməsidir.

Məsələn, Azərbaycan tarixində “erməni xisləti”, “erməni xəyanəti”, “daşnaklar” və s. bu kimi termin və ifadələr elədikdə tarixən bədnam qonşularımızın xalqımıza qarşı həyata keçirdikləri fitnəkarlıq nəzərdə tutulur və yaxud inqilabçı, obstrakt anlayışı ayrı-ayrı vaxtlarda və ölkələrdə konkret olaraq inqilabi həkatlarda iştirak edən bütün inqilabçıları birləşdirir, yaxud ehtiva edir.

Mövcud obyekti və ya hadisənin ixtiyari təyini aktında həmin mövcudluğun, yaxud varlığın bir-birilə qarşılıqlı əlaqədə olan iki komponentdən: məntiqi və qiymətləndirmə, dəyərləndirmədən ibarət olduğu bəlli olur. Mövcud obyekt və hadisəyə dəyərləndirmə pirizmadan yanaşma dedikdə, həmin obyektə elmiş ideoloji və ya şəxsi baxımdan mühüm və maraqlı olan detallar, məqamlar nəzərdə tutulur.



Məsələn, Hülakü hökmdarı Qazan xanın həyata keçirdiyi islahatların tədqiqi zamanı bu islahatların xarakterik cəhətləri , azərbaycan və Yaxın Şərq tarixində oynadığı rol, islahatların keçiriməsini zəruri edən daxili və xarici amillərin qarşılıqlı surətdə öyrənilməsi, həmin dövrün ictimai-iqtisadi və siyasi xüsusiyyətləri, Rəşidəddinin şəxsi xüsusiyyətləri və bir çox məqamlar nəzərdə tutulur. Və yaxud ixtiyari tarixi hadisənin səbəb-nəticə əlaqələrindən söhbət gedərkən, tədqiqatçının sözügedən hadisəyə nələrin səbəb olduğunu yəni baş verən səbəblərini araşdırmaq çox böyük əhəmiyyət kəsb edir.
Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin