41-cü sual. Hipotezanın sübutu və inkarı
Hipotezanın qurulması aşağıdakı etaplardan (mərhələlərdən) ibarətdir:
Hələ haqqında tam və birmənalı fikir olmayan faktların seçilməsi. Bu faktlar haqqındakı məlumatlar əvvəlki nəzəriyyələrə uyğun olmadığına görə, yaxud mövcud nəzəriyyələrlə izah edilə bilmədiyinə görə onun yeni nəzəriyyələrlə izahına ehtiyac var
Mövcud faktları təsvir edən fikirlərin formulə edilməsi, aydınlaşdırılması yaxud əldə esilməsi
Əldə olunan bütün informasiyalardan nəticə çıxarmaq
Tədqiqatlar nəticəsində əldə edilmiş faktları elmi qanunlarla (təbiət və cəmiyyət) uyğunlaşdırmaq
İrəli sürülmüş fərziyyə və ya mülahizələr elmi-təcrübi yolla təsdiq edildikdən sonra həmin mülahizə və fərziyyədən irəli gələn əsas istiqamət və müddəaları elmi nəzəriyyə kimi formalaşdırmaq.
Məntiqi baxımdan yeni irəli sürülmüş heç bir mülahizə hələ nə gam təsdiq, nə də inkar olunmuş bir fikirdir. Başqa sözlə, hər bir hipoteza qeyri-müəyyən bir mülahizədir. Yuxarıda deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, hipoteza uğurlu elmi təsdiqini tapdıqdan sonra, mülahizə və fərziyyədən həqiqi elmi biliyə, elmi informasiyaya çevrilir. Lakin elmi tədqiqatlar hipotezanın doğruluğunu inkar edərsə, o zaman o, hətta mülahizə kimi mövcud olmaq hüququnu da itirmiş olur.
Məsələn, ilk dəfə atom məfhumunu elmə gətirən yunan alimi Demokrit onu maddəni təskil edən ən kiçik element, vahid hesab edirdi. Sonrakı elmi tədqiqatlar bu mülahizənin doğruluğunu sübuta yetirdi. Lakin “atom” sözünün yunancadan “bölünməz” anlamına gəlməsini isə Ernst Rezerfordun atom fizikası sahəsindəki tədqiqatları inkar etdi. Atomun müsbət yüklü nüvədən, mənfi yüklü elektronlardan təşkil olunduğu sübuta yetirildi. Sonrakı elmi kəşflər isə nüvənin özünün də proton və neytronlardan təşkil olunduğunu göstərdi. Daha sonrakı tədqiqatlar isə bu hissəciklərin elementar zərrəciklərdən təşkil olunduğunu aydin surətdə elmə bəyan etdi.
Bəzən elm tarixində hər hansı bir alimin şəxsi nüfuzu onun mülahizə kimi irəli sürdüyü fikrin hətta doğru olmadığı halda inkar edilməsinə bir sədd çəkmişdir. Məsələn, vaxtikən Li Kukun 50-60 dərəcə cənub enliklərindən cənubda hər hansı bir materikin mövcud olması haqqındakı fikirləri inkar etməsi 200 il Antarktidanın kəşfinə mane olmuşdur. Halbuki, 1819-cu ildə Lazarev və Belinhauzerin “Vostok” və “Mirnıy” gəmilərində Antarktidanı kəşf etməsi bu fikirləri alt-üst etdi. Sonralar, Piri Rəisin hələ 1513-cü ilə dair xəritəsində bu materikin dəqiq sahil xətləri göstərilməklə artıq sözügedən materikin təsvir olunduğu bəlli oldu.
Deməli hipotezaların söylənilməsi və onların qiymətləndirilməsi üçün heç bir universal formula yoxdur.
Dostları ilə paylaş: |