1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-cü sual. Tarixi tədqiqatlarda abduksiya



Yüklə 69,82 Kb.
səhifə42/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   ...   37   38   39   40   41   42   43   44   45
ttm

42-cü sual. Tarixi tədqiqatlarda abduksiya

Hipotezaların qurulması və yoxlanılması zamanı deduksiya və induksiyanın bir-birilə qarşılıqlı surətdə istifadə olunması məntiq elmində abduksiya adlanır.

Abduksiya terminini ilk dəfə amerikalı alim, filosof Charles Sanders Pirs (1839-1914) tətbiq etmiş və elmə gətirmişdir.

Abduktiv elmi nəticənin əldə olunması zamanı deduksiya hipotezdən nəticənin çıxarılması işinə, induksiya isə çıxarılan nəticənin konkret faktlarla təsdiq və ya inkarı işinə xidmət edir.

Abduksiyanın sillogizmi belədir:

D – məlumatların (faktların, aparılan müşahidələrin, şahid ifadələrinin) cəmidir

H1 – D-ni aydınlaşdıracaq faktlardır (əgər H1 həqiqi hipotezadırsa)

H0 - D-ni izah edə, aydınlaşdıra bilməz (əgər H0 səhv hipotezadırsa)

H1-dən başqa heç bir hipoteza D-ni aydınlaşdıra bilməz.

Deməli, H1 hipotezası ya həqiqidir, ya da həqiqətə, elm tərəfindən qəbul edilən fikir və nəzəriyyələrə uyğundur. Deməli, hipotezanı ya təcrübə və eksperimentlərlə təsdiq etmək, ya da konkret elmi faktlarla inkar etmək mümkündür.

Hipotezanı təsdiq edən elmi proses verifikasiya (latınca versus – həqiqi, facio – edirəm deməkdir) adlanır. Hipotezanı inkar edən elmi proses isə falsifikasiya adlanır (falsus – yalan deməkdir).

Verifikasiya və falsifikasiyanın bir-biri ilə nisbəti metodologiyasını XX əsrin ortalarında alman (Avstriya) mənşəli Karl Raymond Popper özünün “Təklif və inkarlar. Elmi biliklərin inkişafı” adlı kitabında işləmişdir.




Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin