40-ci sual. Tarixi tədqiqatlarda hipoteza
Hipoteza biliklərin inkişaf forması olub, əsaslandırılmış fərziyyə, yaxud güman ehtimal, təsəvvür edilmiş fikir deməkdir. Latıncadan hipoteza - güman ehtimal, təsəvvür edilmiş fikir, yaxud fərziyyə mənalarını ehtiva edir. Lakin mütəxəssislər bu sözünlatıncadan əvvəl yunan dilindən götürüldüyünü düşünür. Yunanca hypo – hər hansı bir obyektin nədənsə aşağıda yerləşən; və thesis – tədqiq olunmuş fikir deməkdir.
Beləliklə, hipoteza tədqiq olunmağa ehtiyacı olan bu və ya digər fikir, yaxud mülahizədir.
Başqa sözlə hipoteza təsdiqi hələ çox zəif, aşağı səviyyədə olan, bunun üçün də həqiqiliyi sübuta ehtiyac, təsdiq olunması zəruri olan ehtimal və ya fərziyyə, fikir və ya mülahizədir. Əalində insan düşüncəsi son dərəcə rəngarəng, hüdudsuz və dərin olduğuna görə hər zaman nəyisə fikirləşməsi, hər hansısa bir obyekt və ya hadisə haqqında mülahizə və fərziyyə irəli sürməsi tam normal və qanunauyğun bir haldır.
İnsan düşüncəsi ən həssa cihaz və müasir qurğulardan belə qat-qat iti sürətlə hadisələri qabaqlamağa, xəyali olaraq keçmişə “ekskurs” etməyə, gələcək proseslər haqqında futuroloji fərziyyələr söyləməyə, gördüyü hadisə və ya obyekt əsasında görmədiyi hadisə və obyektlərə dair rekonstraktiv “modellər” qurmağa qabildir. Həm insanın ətraf və mühit haqqında çoxlu bilik və məlumat toplamaq həvəsi, həm də nəzəriyyənin praktikadan daha irəli getmək imkanları insanları hipotezalar yaratmağa sövq edir. Digər tərəfdən ətraf aləm və bütövlükdə yaşadığımız dunya haqqında daima məlumatlanmaq ehtiyacı insan bəşər tarixinin ən qədim dövrlərindən, ilkin çağlarından bizi digər canlılardan fərqləndirmişdir. Bilik və məlumat əldə etmək ehtiyacı, istəyi sadəcə mürəkkəb bir instinkt deyil, sanki insanlıqla birgə doğulan, onu həmişə obyektiv bir surətdə müşayiət edən şərtsiz bir refleksdir. İnsan həmişə mövcud olduğu məkanı istiqamətlə müəyyənləşdirməyə can atır, təhlükəli və yaxud təhlükəsiz yerdə olduğunu bilmək istəyir. Insanı nəinki cari təhlükəsizliyi, həm də gələcəkdə üzləşə biləcəyi arzuolunmaz hadisələrdēn uzaq olmaq istəyi onu fikirləşməyə, fərziyyə və ehtimallar irəli sürməyə sövq edir.
Dostları ilə paylaş: |