44-cı sual. Modelləşmənin növləri
Ümumiyyətlə, ixtiyari idrak aktını modelləşmə kimi qəbul etmək olar. Bir çox hallarda modelin sistem kimi müəyyənləşdirilməsi, digər sistem haqqında informasiyanın əldə edilməsi məqsədini daşıyır. Bu mənada modelləşməni mürəkkəb obyektin bir çox mücərrəd xüsusiyyətlərini daha sadəsi ilə əvəz edə bilən süni sistem də adlandırmaq olar. Məhz belə bir əvəzləmə öyrənilən, tədqiq edilən obyekt haqqında qiymətli məlumatın əldə edilməsini təmin etdiyinə görə informativ (informasiyalı) model adlanır.
Qeyd etmək lazımdır ki, özünün daxili mənəvi dünyasından ayrı düşən informativ modelin də iki növü olur: 1. Predmetli maddi model; 2. Abstrakt model.
Predmetli maddi model orijinalın həndəsi, fiziki,
dinamik xüsusiyyətlərini yaradır. Məsələn, predmetli maddi modelin tətbiqi ilə tarixçilər qədim şəhərlərin, yaşayış məskənlərinin, ayrı-ayrı əşyaların (elə predmet istilahı da buradan yaranıb) modelini yarada – bərpa edə bilirlər.
Tədqiqatçılar bu metodla insanların kəllə qutusuna görə üz təsvirlərini də bərpa edə bilirlər.
mühakimə və yaxud riyazi formal, cədvəl, qrafik sxem, hadisələrin alternativ ssenarilərlə və digər üsullarla canlandırılmasına şərait yaradır. Bəzən belə modelləşməni təsviri model də adlandırırlar. Qeyd etmək vacibdir ki, orijinal obyektin canlandırılmasına, qurulmasına şərait yaradan, yuxarıda sadalanan üsul və vasitələrin hər biri ilə
digəri ilə qarşılıqlı şəkildə əvəzlənə bilir. Məsələn, ixtiyari sxemi, cədvəli, yaxud formulanı sözlə təsvir, ifadə etmək mümkündür. Deyək ki, F=ma formulanı sözlə ifadə etsək, qüvvənin kütlə və təcillə düz mütənasib olması kimi söyləyə bilərik. Başqa sözlə skalyar və vektorial kəmiyyət olan qüvvənin kütlə və təcil artdıqca çoxalması şəklində (və yaxud anlamında da) izah edə bilərik.
Başqa bir misala müraciət edək: abduksiyanın sillogizmində əgər H0 D-ni aydınlaşdıra bilmirsə, deməli, H0 səhv hipotezadır. Belə təqdirdə H1 -dən başqa heç bir hipoteza D-ni aydınlaşdıra bilməz. Deməli, H1 ya həqiqi, ya da həqiqətə çox yaxın, elm tərəfindən qəbul edilə bilēn hipotezadır.
Gətirilən misallarda model olaraq seçilən formula ilə bərabər işarələr də onların sözlə izahının mümkünlüyünü aşkar surətdə göstərməklə yanaşı, sözlə ifadə edilə biləcək fikrin də formula və ya işarələrlə ifadə edilə biləcəyini aydın surətdə göstərir. Eyni zamanda istənilən cədvəli sxemə, yaxud da sxemi cədvələ çevirmək olar.
Təsviri modeldən ən çox tarixi tədqiqatlarda istifadə edilir. Bu zaman keçmişə dair hər hansı bir humanitar tədqiqat sahəsinin, hətta ədəbiyyatın, ədəbi qəhrəmanların surətindən də istifadə etmək olar. Deyək ki, realist janrda yaradılmış hər hansı ədəbi əsərin qəhrəmanı tarixçi üçün həmin dövrə dair başqa bir tarixi qəhrəmanı təsvir etmək üçün model rolunu oynaya bilər. Yaxud hər hansı bir ədəbi qəhrəmanın həyat tərzi digər tədqiqatçı üçün həmin tarixi dövrün ab-havasını təsvir etmək üçün model rolunu oynaya bilər.
Dostları ilə paylaş: |