1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-ci sual. Tarixi tədqiqatlarda modelləşmə



Yüklə 69,82 Kb.
səhifə43/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   ...   37   38   39   40   41   42   43   44   45
ttm

43-ci sual. Tarixi tədqiqatlarda modelləşmə

Model dedikdə digər obyektlə bu və ya digər şəkildə uyğunluq təşkil edən, hər hansı bir xassə və xüsusiyyətləri ilə həmin obyektlə eyniyyət təşkil edən əşya, hadisə nəzərdə tutulur. Model uyğunluq təşkil etdiyi obyektin - əslində isə orijinalın sadələşmiş forması, nümunəsi, oxşarıdır.

Elmi, o cümlədən tarixi tədqiqatlar zamanı modeldən istifadə edərkən ona xas olan xüsusiyyət və cəhətlər obyektə - orijinala şamil edilir. Deməli, modelləşdirmədən istifadə əslində öyrənilən obyektlə bağlı analogiya və müqayisələrin aparılması üsulları ilə idrak prosesinə, tədqiqatın səmərəli və optimal olması məqsədlərinə xidmət edir.

Təsadüfi deyildir ki, model sözü latıncadan tərcümədə modulus sözündən olub – ölçü, nümunə anlamını verir.

Modelləşdirmə - belə demək mümkündürsə, idrakın, ağlın, dərk etmənin imkanları ilə dərk edilə bilən və dərk edilə biləcək ətraf aləmin sonsuzluğu, nəhayətsizliyi arasındakı fundamenyal ziddiyyəti, fərqi aradan qaldırmağa yönəldilən əqli həmlədir, yaxud cəhddir.

Modelləşdirmə zamanı ağılla dərk edilə biləcək obyekt arasındakı fərq müqayisə edilən modellərin sadələşdirilməsi yolu ilə həyata keçirilir. Başqa sözlə, modelləşdirmə zamanı ağıl və beynin imkanları ilə öyrənilən obyekt arasındakı sadələşmənin aparılması tədqiqat zamanı hər iki obyektə xas həqiqətlərin, mühüm obyektiv cəhətlərin üzə çıxmasına, aşkarlanmasına xidmət edir. Məhz bu səbəbdən də tədqiqatçı modelin xırdalıqlarına çox varmır, onun sonsuz detalları arasında “itib-batmır”. Məsələn, kütləvi prosesləri öyrənən tarixçi üçün həmin prosesdə iştirak edən ayrı-ayrı şəxslərin fərdi xüsusiyyətləri elə də böyük önəm kəsb etmir. Tədqiqatçını bu zaman daha çox tez-tez rast gəlinən, mahiyyətcə daha böyük önəm kəsb edən detallar maraqlandırır. Məsələn, II Dünya müharibəsinin gedişi zamanı baş vermiş Proxorovka döyüşünü öyrənən tədqiqatçı üçün ayrı-ayrılıqda hər bir tankçının manevr xüsusiyyətlərindən daha çox, bütövlükdə bu döyüşün taktiki cəhətləri daha çox maraqlandırır.

Model həmişə orijinaldan “kasıb” olur. Elə bu xüsusiyyət də onun idrak prosesindəki rolunu artırır. Bütün nisbi elmi həqiqətləfi model hesab etmək olar. Məhz bu baxımdan model istilahını çox zaman nəzəriyyə anlayışı ilə eyniləşdirirlər. Çünki əslində hər bir elmi nəzəriyyə əslində bir-birilə sıx bağlılıq təşkil edən bir neçə modelə istinad edərək yaradılır və ya mövcuddur.


Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin