1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-cu sual. Tarixi tədqiqatın problemi və həlli yolları



Yüklə 69,82 Kb.
səhifə10/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   ...   6   7   8   9   10   11   12   13   ...   45
ttm

9-cu sual. Tarixi tədqiqatın problemi və həlli yolları

İstənilən elmi tədqiqat mütləq hər hansı bir problemin qoyulması ilə başlanır. Başqa sözlə, elmi tədqiqat işi hər hansı bir problemin tədqiqi ilə bağlı olub, həmin problemin çözülməsinə xidmət edir. “Problem” sözü yunancadan tərcümədə “tapşırıq”, “məsələ” mənasını verir.

Problem dedikdə, həlli tam bəlli olmayan, yaxud ümumiyyətlə məlum olmayan məsələlər nəzərdə tutulur. Elmi problemin qoyulması qaydalarını elmi tədqiqat üsullarının əsas metodlarından biri hesab etmək olar.

Elmi tədqiqatlar zamanı problemlərin, əsasən, inkişaf etmiş və inkişaf etməmiş kimi iki növünü müəyyən edirlər.

İnkişaf etməmiş problem dedikdə, əsasən, həlli yolları demək olar ki, mümkün olmayan problemlər nəzərdə tutulur. Əvvəla, belə problemlərin həlli alqoritmləri də, əsasən, az bəlli olur, yaxud ümumiyyətlə olmur.

İkincisi, hələlik həlli qəliz, müşkül problemlər müəyyən edilmiş elmi biliklər (nəzəriyyələr, konsepsiyalar və s.) əsasında, başqa sözlə desək, təfəkkür prosesinin qanunauyğunluqları əsasında meydana gəlir. Məhz bu mənada problemə, o cümlədən inkişaf etməmiş problemə hələlik tam bilmədiyimiz biliklər əsasındakı bilik kimi də yanaşa bilərik.

Üçüncüsü, belə müşkül problemlərə təfəkkürümüzdə meydana gələn ziddiyyətlərin ləğvinə yönəldilmiş tapşırıq kimi də yanaşa bilərik. Çünki, belə ziddiyyətlər tarixən mövcud nəzəriyyələrin, konsepsiyaların ayrı-ayrı müddəaları, prinsipləri arasında mövcud olmuş, yaxud sonradan elmi biliklərin daha da inkişafı, tərəqqisi ilə bağlı meydana çıxmışdır. Bəzən artıq tamamlanmış, bitmiş nəzəriyyələrin özlərində də yeni elmi faktların üzə çıxması ilə əlaqədar

Dördüncüsü, belə bir problem təfəkkürümüzün konkret hadisə, problem, obyektlə bağlı tələbatı ilə mövcud, məhdud imkanlar arasındakı ziddiyyətləri, boşluqları aradan qaldırmaq üçün mövcud olan tapşırıqdır. Lakin bu, eyni zamanda həlli görünməyən problemdir.

Yuxarıda sadalanan və dördüncüdən başqa ilk üç xüsusiyyətə malik olan problemlərə inkişaf etmiş problemlər deyilir. İlk üç xüsusiyyətlərlə bərabər, dördüncü xüsusiyyəti də özündə əxz edən problemə isə inkişaf etməmiş problemlər deyilir.


Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin