1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-ci sual. Tarixi-tədqiqatlarda Hempel qanunlarından istifadə



Yüklə 69,82 Kb.
səhifə8/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   ...   4   5   6   7   8   9   10   11   ...   45
ttm

7-ci sual. Tarixi-tədqiqatlarda Hempel qanunlarından istifadə

Rasional davranış motivlərinin normativ qanunları nəzəriyyəsini görkəmli alman məntiqşunası Karl Hempel ( 1905- 1997) tərəfindən işlənmişdir. Karl Hempel ``The function of generel laws in history`` (1942) adlı elmi əsərində tarixi proses və hadisələrin baş verməsi alqoritmini özünün təklif etdiyi aşağıdakı normativ qanunlar əsasında əsaslanmağa cəhd etmişdir.



  1. A şəxsi S situasiyasındadır – və yaxud həmin hadisənin içərisindədir, onun iştirakçısıdır, şahididir və s.

  2. Bu zaman həmin şəxs ( yəni A) hadisənin rasional fəaliyyətdə olan iştirakçıdır.

  3. S tipli situasiyada iştirak edən ixtiyari kəs mütləq şəkildə ( yaxud böyük ehtimalla ) X işini görür, (yaxud X fəaliyyəti ilə məşğul olur, onu həyata keçirir)

  4. Onda A X-ı edir yaxud etmişdir.

Tarixçinin S situasiyasında iştirak edən ixtiyari şəxs mütləq şəkildə, yaxud yüksək ehtimalla X –ı həyata keçirir, yaxud X –lə məşğuldur mühakimədən arqument kimi istifadə etməsi artıq normativ qanun və ya trüizmdən yararlanması deməkdir. Trüizm ingiliscədən tərcümədə - truism- adi, orijinallıqdan məhrum.

Ümumiləşdirici normativ qanunlar həm konkret bir insana, həm də sosial qrupu şamil edilə bilər.

Normativ qanun izah edilməsi mümkün ola bilən hadisəni məntiqi mühakimə yolu ilə deduksiyalaşdırmağa kömək edir, imkan yaradır. ( allow). Lakin məntiqi yolla biz o şərtlə hadisələri deduksiyalaşdıra bilərik ki, biz hər hansı bir qeyri adi hadisə və ya situasiya ilə üzləşməyəcəyik. Hər bir normativ qanun idealizə yolu ilə (yaxud vasitəsilə) əslində abstraksiyalaşdırma deməkdir.

Məsələn belə bir mühakimə ilə normativ qanunun mahiyyətini izah edə bilərik ``Qalibiyyətli müharibə dövləti, höküməti gücləndirir, müxalifəti zəiflədir``. Məsələn K.Kavurun başçılıq etdiyi baş nazir olduğu Sardiniya krallığında onun uğurları İtaliyanın Sardiniya ətrafında birləşdirir, yaxud M.Tetçerin 1982-ci ildə həyata keçirdiyi ``Folklend böhranı`` conservatorların mövqeyini möhkəmlətdi və Bismarkın Sadovada Avstriya üzərində qələbəsi Almaniyanın Prussiya ətrafında birləşməsinə şərait yaratdı.

Deməli ümumi normativ qanunlar- aprior yəni tarixən dəfələrlə təkrarlanan həqiqət, birini iradəmizdən asılı olmayaraq təkrarlanan proseslər- ``Tarix təkrar olunur`` həqiqətlərdir. Gətirilən misallar aprior həqiqətin tarixdə dəfələrlə baş verdiyini, təsdiqləndiyini sübut edir.

Bir çox ümumiləşdirici normativ qanunlar təbiət qanunlarından doğur. Məsələn ``Otlaq yerinin, örüşlərin sahələri artdıqca, əkin yerlərinin sahəsi azalır, taxıl çatışmazlığı yaranır``. Belə qanunlara insana təbiətən xas instikntlərdə ( Özünü qoruma, qayğısına qalma, fizioloji tələbatlarını ödəmə və s ) aid etmək olar. Lakin tarix elmi belə təbii instinktləri tədqiqat üçün əsas saymadığına görə Ç.Darvinin cəmiyyətin də təbii seçmə yolu ilə inkişafını qəbul etmir.




Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin