1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-ci sual. Tarixi tədqiqatlarda obyektivlik prinsipi



Yüklə 69,82 Kb.
səhifə6/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   2   3   4   5   6   7   8   9   ...   45
ttm

5-ci sual. Tarixi tədqiqatlarda obyektivlik prinsipi

Ümumelmi metodun əsasaını obyektivlik prinsipi təşkil edir. Tarix elmində bu prinsip öz xüsusi cəhətlərinə malik olub, tarixilik prinsipi ilə tamamlanır.



Mütləq obyektivlik dedikdə ilk növbədə hər hansı bir obyekti olduğu kimi, daha doğrusu kənar amillərin təsirindən asılı olmayaraq mövcud olduğu kimi dərk etməkdən söhbət gedir. Başqa sözlə mütləq obyektivlik dedikdə insanın şüurundan, iradəsindən mövcud olmayaraq baş verən cərəyan edən hadisələr, yaxud mövcud olan obyektlər nəzərdə tutulur, lakin bu prinsipə tam şəkildə hətta dəqiq elmlər də də əməl olunmur, çünki, ətraf aləm haqqında bilik və təsəvvürlər ilk növbədə insan şüurundan öz subyektiv təsvir və ya əks olunmaqdan sonra tapır. Ona görə də tədqiqatşı öz elmi yaradıcılığı boyu daima subyektivliyi aradan qaldırmağa cəhd göstərməlidir. Tarixi idrak prosesində obyektivliyi mürəkkəbləşdirən amillərdən biri, ilk növbədə tədqiqatçı ilə tədqiq olunan hadisə arasında böyük zaman və məkan fərqinin olmasıdır. Bəzən tədqiqatşı məkan problemini öyrəndiyi obyektin mövcud olduğu yerə getməklə aradan qaldıra bilir. Məsələn Qız qalasını tədqiq edən tədqiqatçı həmin abidənin dəqiq tikilmə tarixini və nə üçün tikildiyini, hansı məqsədlər üçün tikildiyini obyektiv surətdə müəyyənləşdirməkdə problemlərlə üzləşir. Belə ki, həmin abidənin e.ə VIII-VII əsrlərdə, XII əsrdə tikildiyini sübut edən tarixi faktlar mövcuddur. Abidənin müdafiə, yaxud astronomik müşahidə aparmaq məqsədilə (Qız yox göz qalası) tikildiyini (Qalanın pəncərələri Günəş sistemi planetlərinin düzülüşünə uyğun şəkildə yerləşdirilib, səmaya yönəlib və s.) sübut edən faktlar təbii ki, məsələnin çətinliyindən, problemin çözülməsi üçün ən müxtəlif mənbələrin diqqətlə toplanılmasını, ciddi surətdə müqayisə və analiz edilməsini tələb edir, çünki tədqiqatçının abidəni tikildiyi dövrə “səyahəti” mümkünsüzdür. Sözügedən abidəhaqqında məlumatlar isə mənbələrdə əksini tapan məlumatların obyektivlik dərəcəsindən çox aslıdır. Fikrimizə aydınlıq gətirmək üçün mənbələrdən istifadə əsasında ərsəyə gələn problemin tarixşünaslığına da nəzər salmaq vacibdir. Məsələn 1948-ci ildə nəşr olunmuş “Azərbaycanın qədim abidələri” adlı kitabda oxuyuruq: “Bu qala XII əsrdə tikilmişdir. Bu qala silindr şəklində olub çox yüksəkdir. Qalaya girmək üçün balaca bir qapı vardır. Bu qapıdan girdikdən sonra 160-a qədər pillə vasitəsilə qalanın üstünə çıxırlar. Qalanın üstü çox genişdir. Cəmi 50-60 il bundan əvvəl qala dənizin kənarında idi. Bu qalanın hərbi əhəmiyyəti olmuşdur. Qədimdə bu qalada yeddi tağ və səkkiz mərtəbə olmuşdur”(Qaziyev S. Azərbaycanın qədim abidələri. Bakı 1948. s.12-13). Bir sıra tədqiqatçıların fikrincə abidədəki yeddi tağ yerin və göyün yeddi təbəqəsinə, məqamı, yüksəlişin, dünya anlayışının, mövcudluğun mahiyyətinin dərki ilə bağlıdır. (Səkkiz duran iki sinusoidal təsvirdən, elementdən ibarətdir ki, bunlardan biri yerdən höyə ucalmanı, digəri isə eyni trayektoriya ilə göydən yerə enişi ehtiva edir). C.Qiyasi yazır: “Tikilmə çağı ətrafında mübahisələrin heyrətləndirici böyük zaman intervalı çərçivəsində aparılması baxınından memarlıq tarixi baxımından memarlıq tarixində Bakı Qız qalası ilə tutuşdurula bilən abidə yoxdur. Belə ki, onun yaşının Şumerlər dövründən başlandğını iddia edənlər də var”. (Qiyasi C. “Nizami dövrü memarlıq abidələri” Bakı 1991, səh.162). Memarlıq tarixinin görkəmli tədqiqatçısı sözügedən problemin mürəkkəbliyi ilə bağlı yazır: “Tarixi və funksiyası məsələlərində bu çaşqınlığın başlıca səbəbi Qız qalasının yazılı qaynaqlarla aparılmamasıdır”. (Qiyasi C. “Nizami dövrü memarlıq abidələri” Bakı 1991, səh.163).

Beləliklə, gətirilən misalda tədqiqatçı ilə tədqiq olunan obyekt və ya hadisə arasında zaman və məkan fərqliliklərinin yaratdığı problemlərin kiçik bir hissəsi aşkar surətdə görünür.




Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin