1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-cü sual. Tarixi tədqiqatlarda müqayisə və əqli nəticə üsulları



Yüklə 69,82 Kb.
səhifə16/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   ...   12   13   14   15   16   17   18   19   ...   45
ttm

16-cü sual. Tarixi tədqiqatlarda müqayisə və əqli nəticə üsulları

Ətraf aləmdə mövcud olan nəticə və obyektləri bir-biri ilə müqayisə etmək, yaxud fərqləndirmək elə bizi əhatə edən aləmin dərk olunması üçün ən mühüm əqli-psixoloji vasitədir. Çünki, hadisə və obyektləri müqayisə etmək onları xəyalən yanaşı qoymaq, hansı xüsusiyyətlərə malik olduqlarını və bu xüsusiyyətlərdən hansıların bir-biri ilə eyni olmalarını aydınlaşdırmaq, üzə çıxarmaq deməkdir.

Tarixi tədqiqat prosesində də müqayisə üsulu tədqiqatçı üçün hadisələrin inkişaf dinamikasının istiqamıt və meyarlarını müəyyən etmək, onu doğuran obyektiv və subyektiv səbəblərin mahiyyətini obyektiv surətdə araşdırmaq baxımından son dərəcə böyük əhəmiyyət kəsb edir.

Belə ki, bəşər tarixində bir-biri ilə mahiyyət baxımından oxşar olan yaxud eyniyyət kəsb edən hadisələr həddindən ziyadə çoxdur. Tarixən imperiyaların yaranaraq güclənməsi, inkişafının pik nöqtəsinə çataraq zəifləməsi və daha güclüsü ilə əvəz olunması, yaxud ən iri imperiyaların, dövlətlərin satış bazarları, geostrateji əraziləri və təbii resursları ələ keçirərək, siyasi nüfuzunu genişləndirməsi uğrunda apardıqları amansız mübarizə və s. buna əyani sübutdur.

Tarixi tədqiqatlar zamanı hadisələri forma və məzmununa görə müqayisə edən tədqiqatçı belə hadisələrin təkrarlanmasını, başqa sözlə hadisəni doğuran səbəblərin nə üçün müxtəlif zaman və məkan çərçivəsində eyni ssenari üzrə baş verməsi qanunauyğunluğunu da kəşf etmiş olur.

Belə ki, bu vəya digər xüsusiyyətləri baxımından oxşar əlamətlərə malik olan hadisələr mahiyyət baxımından bir-birlərindən kəskin surətdə fərqlənirlər. Məsələn XX əsrin 20-30-cu illərində İtaliya, Almaniya və SSRİ-də meydana gələn faşist rejimləri zahirən oxşar əlamətlərə malik olsalar da, mahiyyətcə fərqli xüsusiyyətlərə malik idilər. Məsələn Hitlerin avtoritar rejimi alman xalqına qarşı irimiqyaslı represiyarla müşayiət olunmadığı halda Stalin rejimi bunun tam əksinə idi.

Bəzi tarixi hadisələr formaca fərqlənsələr də maiyyət baxımından eyniyyət kəsb edirlər. Məsələn Çində Mao Tsedun rejimi formaca SSRİ-dəki kommunizm rejimindən fərqlənsə də mahiyyətcə onunla bir çox oxşar xüsusiyyətlərə malik idi. Məhz bu fərqli xuüsusiyyətlər Den Syaopinə XX əsrin 80-ci illərində ölkənin sonrakı siyasi-iqtisadi taleyində ciddi rol oynayan islahatları həyata keçirməyə imkan yaratdı. Əslində qarışıq iqtisadi-siyasi modellərdən layiqincə bəhrələnən ÇXR-nın uğurlarının kökü də məhz həmin dəyişikliklərə yol açan, şərait yaradan rejimin müxtəlifliyindən irəli gəlir.

Bəzi tarixi hadisələr bir-birindən həm forma həm də mahiyyət baxımından prinsipial sürətdə fərqlənirlər. Tarixi tədqiqat prosesində bu fərqləri doğuran səbəbləri aydınlaşdırmaq üçün də müqayisə üsulundan istifadə olunur. Yəni məhz müqayisə üsulunun tətbiqi tədqiqatçıya tətbiq olunan proseslərin əsl mahiyyətini üzə çıxarmağa kömək edir. Tədqiqatçı ayrı-ayrı hadisələr arasında oxşar və fərqli xüsusiyyətləri üzə çıxarmaqla bəşər tarixinin ayrı-ayrı dövrlərində artıq mahiyyətcə oxşar olan hadisələri və onları doğuran səbəbləri də aşkarlamış olur. Bu əslində tədqiq olunan hadisənin analogiyasını üzə çıxarmaq deməkdir. Təsadüfi deyildir ki, yunan sözü olan “ analogiya” – uyğun, müvafiq yaxud kəsişən, üst-üstə düşən mənalarını ehtiva edir.

Tarixi tədqiqatların gedişi zamanı tarixçi analoji hadisələrdən iki cür istifadə edə bilər.


  1. Tarixçi hər hansı bir tədqiqat zamanı analoji hadisədən bir vasitə kimi istifadə edə bilər. Yəni tədqiqatçı bu və ya digər bir hadisəni tədqiq edərkən analoji hadisənin istər səbəb-nəticə, istərsə də ictimai-siyasi əhəmiyyətindən bəhrələnə bilər. Belə çıxır ki, analoji hadisələrin öyrənilməsi tədqiq olunan hadisə üçün bir açar, metodoloji istiqamət rolunu oynaya bilər. Tarixçi tədqiq etdiyi problemin istər ayrı-ayrı fraqmentlərini, istərsə də bütövlükdə inkişaf mexanizmini, modelini oxşar hadisələrin mücafiq parametrləri ilə müqayisə edərək gəldiyi qənaət və nəticələri əsaslandırmağa cəhd edir.

  2. Tarixçi analoji hadisədən təkcə tədqiqat vasitəsi kimi deyil, daha geniş məqsədlərlə istifadə edir. Məsələn analoji hadisələrin özünün tədqiqi tarixçi üçün təkcə bir vasitə, yardımçı element deyil, tədqiqatın məqsədini təşkil edir. Təbii ki, bu zaman analoji hadisələrin öyrənilməsi tarixçidən oxşar hadisələrin qanunauyğunluqlarını aşkarlayaraq üzə çıxarmasını tələb edir.


Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin