1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-cı sual. Tarixi komparativliyin sferaları



Yüklə 69,82 Kb.
səhifə18/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   ...   14   15   16   17   18   19   20   21   ...   45
ttm

18-cı sual. Tarixi komparativliyin sferaları

Tarixi komparativliyə yanaşmanın (ingiliscədən compare sözü müqayisə anlamına uyğun gəlir.) üç əsas aspekti, istiqaməti mövcuddur.

Bir tarixi mədəni cəmiyyətin çərçivəsi daxilində aparılan müqayisə. Belə müqayisə ciddi yanaşma üslubu ilə seçilir.. yəni belə bir müqayisə tədqiq olunan obyekt və ya hadisənin eyni məkanda, eyni zamanda mövcud olmasını və elə bir yaxınlığını mövcud olmasını tələb edir ki, həmin onlar bir birinə daima təsir göstərə bilsinlər. Başqa sözlə eyni vaxt və məkanda bir birilərinin inkişaf dinamikasına bilavasitə təsir göstərərək, yaxın nəticələrin əldə olunmasına şərait yaratsınlar. Belə çıxır ki, eyni tarixi mədəni cəmiyyətin çərçivəsi daxilində cərayan edən hadisələr sinxron şəkildə demək olar ki, oxşar və yaxud çox böyük ümumi xüsusiyyətlərə xas səbəb və nəticə əlaqələrinə də malik olmalıdırlar.

Məsələn IX əsrin II yarısında Azərbaycanda Ərəb Xilafətinin dağılması, nəticəsində feodal dövlətlərin meydana gəlməsi buna ən gözəl nümunədir. Artıq qeyd olunduğu kimi sözügedən dövrdə Azərbaycanda meydana gələn Sacilər, Salarilər,Şəddadilər, Şirvanşahlar, Rəvvadilər dövlətlərininin meydana gəlməsi Ərəb xilafətinin zəifləməsi, hakimiyyəti altında iri ərazilərdə siyasi nəzarətini tədricən itirməsi ilə bağlı idi. Müsəlman və xristian dünyasının sərhəddində son dərəcə mühüm geostrateji və geosiyasi ərazidə yerləşən Azərbaycanın hərbi siyasi baxımdan güclənməsində son dərəcə maraqlı olan ərəblər məhz buraya nüfuzlu türk sərkərdələrini göndərir, onlara iri əraziləri iqta olaraq bağışlayırdılar. Varlı Azərbaycan torpaqlarında qısa zaman kəsiyində iqtisadi cəhətdən güclənən bu sərkərdələr isə, tezliklə siyasi baxımdan da müstəqil olmağa can atırdılar.

Əslində eyni siyasi strukturu, yaranma səbəblərinə, inkişaf dinamikasına malik olan bu dövlətlərin hamısı üçün eyni xüsusiyyətlər xasdır.

Onların demək olar ki, hamısı Azərbaycanı vahid siyasi iqtisadi məkanda birləşdirdikləri üçün vətənimizin sosial iqtisadi və hərbi qüdrətininin artmasında son dərəcə mühüm rol oynamışlar.

Ona görə də bu dövlətlərin hər hansı birini və ya bir neçəsini tədqiq edən tarixçi alimlərimiz, o cümlədən M.Şərifli `` Azərbaycanda IX əsrin II yarısı XI əsrdə meydana gələn feodal dövlətləri`` adlı əsərində məhz sözügedən tarixi müqayisə üsulundan geniş istifadə etmişdir.

Və yaxud intibah dövrünün elmini, ədəbiyyatını, memarlığını tədqiq edən tədqiqatçılarımız bu üsuldan geniş bəhrələnmişlər. Məsələn, intibah dövrünün memarlıq abidələrini öyrənən C.Qiyasi XİI XII əsrlərdə inşa edilən sənət nümunələrini məhz bu müqayisə üsulundan yararlanaraq tədqiq etmişdir.

İkinci dünya müharibəsindən sonra faşizm rejimindən qurtulan Qərbi və Şərqi Avropa dövlətlərinin yaxud SSRİ-nin işğal zonasına daxil olan Şərqi və Mərkəzi Avropa dövlətlərinin siyasi taleyi sözügedən müqayisə üsuluna ən gözəl əyani nümunədir.


Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin