1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-ci sual. Tədqiqatın məqsəd və vəzifələri



Yüklə 69,82 Kb.
səhifə26/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   ...   22   23   24   25   26   27   28   29   ...   45
ttm

26-ci sual. Tədqiqatın məqsəd və vəzifələri

Tədqiqatın məqsəd və vəzifələri tədqiq olunan problemin aktuallığı ilə müəyyən olunur.

Ümumiyyətlə, məqsədyönlü fəaliyyət insan fəaliyyətinin ən mühüm cəhətlərindən biri və yaxud birincisidir. Təsadüfi deyildir ki, insan bu və ya digər elm sahəsi ilə məşğul olmazdan, yaxud hər hansı bir işə başlamazdan əvvəl beynində görəcəyi işi qabaqlayaraq, onun nəticələri barədə fikirləşir, planlar cızır. Məqsədinə çatmaq üçün səmərəli yollar axtarır.

Əsl elmi tədqiqat fəaliyyəti alimin elmi məqsədə doğru inamla irəliləməsi zamanı başlayır. Elə tədqiqatın məqsədini də alimin elmi axtarışlarının ümumi, yekun nəticələri haqqında aydın təsəvvürləri təşkil edir. Alimin elmi fəaliyyətinə dair ümumi düşüncələri, yaxın və uzaq hədəfləri öz əksini məhz aparılan tədqiqatın

məqsəd və vəzifələrində tapır. Ona görə də elmi tədqiqatın məqsədi lakonik, hərfi və lüğəti mənada mümkün qədər dəqiq sözlərlə ifadə olunmalıdır. Bir çox hallarda peşəkar alimlər elmi məqsədə çatmaq üçün nə etmək lazım olduğunu, öz tədqiqatlarının məntiqi qayəsindən çıxış edərək 5 və ya 6 bənddən çox olmayan elmi vəzifələrlə müəyyən edirlər. Bir qayda olaraq, bu vəzifələr tədqiqat işinin başlıqları ilə üst-üstə düşür, eyniyyət təşkil edir.

Məsələn, görkəmli tədqiqatçı Əlisöhbət Sumbatzadənin 1990-cı ildə işıq üzü görən Girişdən, on iki fəsildən ibarət olan “Azərbaycanlılar – etnogenez və xalqın formalaşması” adlı unikal tədqiqat əsərinin hər bir başlığı Vətən tariximizin ayrı-ayrı dövrlərinə dair yazılmış çoxsaylı problemlərinə sözün əsl mənasında işıq salır. Bu möhtəşəm əsərin I Fəsli “Tarix və etnosun kökləri”, II Fəsli “Manna və Midiya”, III Fəsli “Atropatena və Atropatena xalqının problemi”, IV Fəsli “Qafqaz Albaniyası və albanlar” və s. adlanır. Fəsillərin demək olar ki, hər biri 3-4, bəzən 6 yarımfəsildən, yaxud bölmədən ibarətdir. Bu fəsil və bölmələrin hər biri isə alimin qarşısına qoyduğu məqsədə çatması üçün müəyyən etdiyi vəzifələrdən ibarətdir.

Yuxarıda adları çəkilən fəsillərin hər biri, məsələn, Qafqaz Albaniyası, Atropatena dövlətləri K.Əliyev, T.Məmmədov, Manna və Midiya dövlətləri, S.Qafqay, İ.Əliyev, İ.Dyakonov və digər tarixçilər tərəfindən tədqiq edilmişdir. Bəs elə isə Ə.Sumbatzadə sözügedən tədqiqat əsərində öz qarşısında hansı yeni istiqamətləri qoymuşdur?

Bunu sözügedən əsərdə fəsillərin və yarımfəsillərin – bölmələrin adlarına diqqət yetirdikdə asanlıqla aşkar etmək olur. Məsələn, yuxarıda adı çəkilən III Fəsil “Atropatena dövləti” adlanan I və “Atropatena əhalisinin etnik tərkibi” adlanan III bölmələrdən ibarətdir. Müəllif hər iki bölmədə Atropatena dövlətini tədqiq edən çoxsaylı problemlərin sanballı monoqrafiyalarından iqtibas etdiyi çoxsaylı faktları gah qarşı-qarşıya qoyaraq müqayisə edir, gah gəldiyi qənaətbəxş fikirləri səbəb-nəticə əlaqələri üzrə təhlil edir, gah da mühüm elmi nəticələr əldə etmək üçün faktoloji materialları analiz, sintez kimi məntiqi əməliyyatlar tətbiq etməklə tez-tez ön plana çəkir.

Lakin, sözügedən tədqiqat əsərinin demək olar ki, bütün fəsillərində ayrı-ayrı tarixi dövrlərdə fəaliyyət göstərən Azərbaycan dövlətlərinin etnik tərkibi, onun formalaşmasına təsir göstərən obyektiv və subyektiv amillər aparıcı rol oynayır, sanki, qırmızı bir xətt kimi bütün kitabboyu keçir.

Elə sözügedən III Fəslin II bölməsi Atropatena dövlətində əhalinin etnik tərkibinə həsr olunsa da, müəllif artıq həmin fəslin I bölməsinin əvvəllərindən etnik problemin çözülməsinə dair cəhdlər edir. Müəllif Atropatena dövlətini tədqiq edən alimlərin əldə etdiyi nəticələri, elmi fikir və mülahizələri antik dövr müəlliflərinin problemə dair məlumatları ilə müqayisəli şəkildə təhlil edərək qarşısına qoyduğu vəzifələri yerinə yetirməyə çalışmış, istəyinə nail ola bilmişdir.

Belə ki, müəllif məhz belə bir iş üslubunu tətbiq etməklə ən qədim dövrlərdən XIX əsrə qədər Azərbaycan tarixinin və Azərbaycan xalqının etnogenezini çoxsaylı zəngin və etibarlı mənbələr əsasında elmi-obyektiv mənzərəsini əks etdirə bilmişdir.


Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin