1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-ci sual. Tarixi tədqiqatda müasirləşdirmə



Yüklə 69,82 Kb.
səhifə27/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   ...   23   24   25   26   27   28   29   30   ...   45
ttm

27-ci sual. Tarixi tədqiqatda müasirləşdirmə

Hər bir dövrün tarixçisi isə keçmişdə baş verənləri öz dövrünün həqiqətlərinə, nəbzinə uyğun onu yenidən yazmalı, müasirləşdirməlidir.

Bu fikirlə barışmayan alman tarixçisi K.Manheym tarixi biliklərin obyektivliyi məsələsini müzakirə edərkən, həqiqi tarixi məlumatların əldə edilməsi şərtini irəli sürürdü. Onun fikrincə tarixçinin tədqiq etdiyi dövr ondan nə qədər uzaq olarsa, o zaman müasir quruluş və nəzəri pradiqmaların da onun elmi fikir və mülahizələrinə, əldə etdiyi nəticələrə təsiri bir o qədər az olar. Başqa sözlə desək K.Manheym tarixi tədqiqatlarda elmi obyektiv nəticələrin əldə edilməsi ilə, müasirliyi, tarixi müasirləşdirməyi bir arada qəbul etmirdi.

K.Manheymdən fərqli olaraq H.Berve e.ə II minilliyin sonlarında Yunanıstana axın edərək Peloponnesin (Cənubi Yunanıstan) cənub Şərqini Lakonikanı işğal edərək Sparta şəhərinin əsasını qoyan və özlərini spartalılar adlandıran doriləri orta əsrlərin cəngavər ordenləri ilə müqayisə etməyi çox sevirdi. Həm H.Berve, həm də digər alman tarixçiləri dorilərin asketik həyat tərzini, qələbəyə çatmaq üçün fiziki hərbi imkanlarını daima təkmilləşdirmələrini hətta faşist Almaniyası üçün də məqbul hesab edirdi. Onun fikrincə Orta əsrlər alnman cəngavər ordenlərinin öz üzvlərindən müharibəsiz döyüşkənlik əzmi, təhriksiz asketizm, faktiki qeyri bərabərlik şəraitində bərabərlik tələb etməsi prinsipi hərbi səfərbərlik və intizamlılıq baxımından həmişə müasirdir.

Spartadan zövq alan alman tədqiqatçılarının fikirləri ilə anqlo saks tarixi məktəbinin bir çox nümayəndələri də həmrəydilər. Onların fikrincə antik dövrdə yunan şəhər dövlətlərinin, ələxsus da Spartanın əlahiddə bir formada, müstəqil, güclü şəhər dövləti kimi fəaliyyəti və öz siyasi maraqlarını istər mövcud olduqları regionda, istərsə də onun xaricində unikal bir formada qoruyub saxlaya bilmələri nəinki orta əsrlər anql saksları üçün, hətta müasir Qərb dəyərləri üçün də xarakterik səciyyə daşıyır. Xüsusən Sparta şəhər dövlətinin tarixini müasirləşdirməyə cəhd edən bir çox ingilis və amerikalı tarixçilər onu Afinanın belə siyasi quruluşu və dövlət quruculuğundan üstün tuturlar. Məsələn məşhur ingilis tarixçisi H.Miçell Sparta şəhər dövlətinin e.ə V-IV əsrlər tarixini araşdırarkən sözügedən dövrdə burada heç bir ciddi sosial qarşıdurmanın olmadığı, ideal və harmonik cəmiyyətin fəaliyyət göstərdiyini heyranlıqla vurğulayır. Sparta şəhər dövlətinin ictimai siyasi quruluşunu, hərbi zəfərlərini tərənnüm edən H.Mitçell onu müasir qərb liberalizm ideologiyası ilə eyniləşdirir və bu zaman yunan terminlərini daha doğrusu antik dövrə dair terminləri müasir ingilis terminləri ilə əvəz etməkdən çəkinmir. Sparta tarixini müasirləşdirilməkdə ifrata varan H.Mitçell Sparta şəhər dövlətinin idarə olunmasını konstitusiyalı respublika ilə, herusiya və apelanı isə müasir parlamentlərdəki yuxarı və aşağı palata ilə eyniləşdirir.

Bir sıra ingilis və amerikalı tarixçilər tarixi müasirləşdirmə metodundan kənarda tarixin hətta bir elm kimi əhəmiyyətinin olmamasından bəhs edirlər. Yəni bir qisim tarixçilərin fikrincə uzaq keçmişdə baş verən və müasir dövrdə oxşarlıq təşkil edən tarixi hadisələrin müasirləşdirilməsi ilə bu elmin sosial faydalandığından söhbət gedə bilər. Əks təqdirdə tarix elmi ictimai münasibətlərin koordinasiyasında, ictimai təfəkkür və rəyin formalaşmasında heç bir əhəmiyyət kəsb etmir. Müasir amerikalı tarixçi C.Meylin, ingilis tarixçiləri C. Plam, D.Key və başqaları tarix elminə münasibətdə daha pessimist mövqedən yanaşaraq müasirləşdirmənin aparılmadığı tarixi tədqiqatların cəmiyyət üçün tamamilə faydasız və lüzumsuz olduğundan bəhs edirlər.

Bizim fikrimizcəə 1) tarix və müasirliyin nisbəti və əlaqəsi məsələsinə real keçmişlə, bu günün mahiyyət xüsusiyyətlərini elmi obyektiv müstəvidə araşdırmaqla müəyyənləşdirmək olar.

2) Uzaq və yaxın keçmişdə baş verən tarixi hadisə və proseslər hazırki elmi biliklərin nailiyyətləri səviyyəsində, ən optimal tədiqat üsullarının tətbiqi ilə müasirləşdirilə, yaxud analoji oxşarlığa əsaslanaraq müqayisə edilə bilər.

3) Uzaq və yaxın keçmişdə baş verən tarixi hadisə və proseslər müasir cəmiyyətin dəyərlər sisteminə etimad və ehtiram göstərilməklə müasirləşdirilə bilər. Deməli, tarixi keçmişin müasirləşdirilməsi müasir həyatın ictimai münasibətlərin maraq və tələblərindən, o cümlədən tarix elminin malik olduğu müasir vasitə və imkanlardan kənara aparıla bilməz.


Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin