35-cı sual. Tarixi tədqiqat metodları
Tarixi tədqiqat metodları tarixi inkişafın istər ayrı-ayrı dövrlərində, yaxud konkret zaman kəsiyində, istərsə də ictimai inkişafın ilk mərhələlərindən başlayaraq bu günümüzədək davam edən bəşər tarixinin elmi-obyektiv müstəvidə hansı üsul və metodlarla tədqiq olunması problemləri ilə, o cümlədən ictimai hadisələri doğuran obyektiv və subyektiv səbəblərin daxili struktur mexanizmlərini, bu səbəbləri yaradan amillərin məkan və zaman xüsusiyyətlərini öyrənir. Məsələn erkən tunc dövründə ulu əcdadlarımızın tuncu kəşf etməsi təkcə həmin dövr üçün deyil, sonrakı dövrlərdə də metallurgiyanın inkişafında misilsiz rol oynadı, böyük önəm kəsb edən yeni xəlitənin kəşfi təbii ki, həmin ixtiraya təkan verən, onun həyata keçməsini reallaşdıran bir çox amillərlə sıx surətdə bağlı idi. Bəs hansı obyektiv amillər tuncun ixtirasına səbəb olmuşdur? Təbii ki, bu suala cavab tapmaq üçün sözün gedən dövrün məkan və zaman xüsusiyyətlərini diqqətlə nəzərdən keçirilməli, öyrənilməlidir. Məkan dedikdə təbii ki, ərazinin, daha doğrsu bu böyük kəşfin baş verdiyi ərazini, yaxud əraziləri nəzərdən keçirmək, təbii-geoloji xüsusiyyətlərinə, bu xüsusiyyətlərin erkən tunc dövründə yaşayan insanların zehni və fiziki imkanlarına, vərdiş və bacarıq potensialına nə dərəcədə uyğun olub, olmamasına xüsusi diqqət yetirmək lazımdır. Məhz bu kimi spesifik xüsusiyyətlərin öyrənilməsi sözügedən hadisənin zaman parametrlərini, qanunauyğunluqlarını kompleks şəkildə nəzərdən keçirməyə imkan verir. Belə ki, erkən tunc dövründən əvvəlki eneolit və neolit dövrlərində insanlar bir çox elmi-praktik nailiyyətlər əldə etmiş, neolit inqilabı dövründə daşları cilalayaraq deşməyi saxsı qablar hazırlamağı, toxuculuqla məşğul olmağı, o cümlədən eneolit dövründə daş əmək alətləri ilə yanaşı ilk metaldan- misdən istifadə etməyə başlamışdı. Bəs niyə insanın istifadə etdiyi ilk metal mis idi? Bu ilk növbədə istər aktiv seysmik zonalarda yerləşən cavan dağlarda, istərsə də geoloji baxımdan nisbətən qoca dağlarda, sabit platformaların sərhəd zolağındakı dağlarda mis yataqlarının zənginliyi ilə və eyni zamanda aşağı tempratur dərəcəsində - 600°-də əriməsi, asan emalı ilə bağlı idi.
Elmi metodlar hər bir elmdə olduğu kimi ümumelmi və xüsusi metodlardan ibarətdir. Məntiqi aksiomalar, postulatlar və qanunauyğunluqlar ixtiyari ümumelmi, o cümlədən xüsusi tarixi idrak metodlarının əsaslarının işlənilib hazırlanmasında mühüm əhəmiyyət kəsb edir. Ümumelmi və fəlsəfi paradiqmalar, konsepsiyalar ümumelmi metodlarla qarşılıqlı şəkildə fəailiyyət göstərərək zaman və məkan çərçivəsində onlarla bir yerdə inkişaf və intişar edir. İctimai idrakın kamilləşdirilməsində nəsillərin əvəz olunmasına böyük önəm kəsb edir.
Ümumelmi metodlar empirik (yunanca empiria tərcümə deməkdir) və nəzəri (yunanca theoreo nəzərdən keçirmək deməkdir) metodlardan ibarətdir. Empirik metodlar dedikdə: 1) Müşahidə - tədqiq edilən obyekti birbaşa müdaxilə etmədən passiv surətdə öyrənməkdən və həmin obyekt haqqında keyfiyyətli, dəyərli məlumatları toplamaqdan ibarətdi. 2) Ölçü götürmək – müşahidənin nəticələrindən bəhrələnərək kəmiyyətcə dəyərli məlumatların əldə edilməsi deməkdir. 3) Eksperiment – tədqiq edilən obyektə fəal surətdə müdaxilə edərək artıq baş vermiş dəyişikliklər və yaxud inkişaf dinamikası üzərində təcrübələr aparmaqdır. Eksperiment real və xəyali şəkildə ola bilər. Xəyali eksperimenti nəzəri model də adlandırırlar.
Nəzəri metodlar dedikdə ilk öncə ümumiləşdirmə, analiz, sintez, abstraksiya, müqayisə, induksiya, deduksiya, sistemli yanaşma, formalaşdırmaq, alqoritmləşdirmək, modelləşdirmək və s. nəzərdə tutulur.
Empirik və nəzəri ümumelmi metodlar bir-birilə qarşılıqlı əlaqədədirlər. Bu metodların hər birində bu və ya digər şəkildə digər metodların elementləri öz əksini tapmışdır.
Tarixi tədqiqatın əsas metodlarını ilk növbədə tarixin idrakında abstraksiya, müqayisəli-tarixi metod, tarixi hadisələr arasında səbəb-nəticə əlaqələri arasında analiz və sintezin aparılması, tarixi hadisələrin tiploji təsnifatının aparılması tarixi-sistemli analiz, struktur-diaxron analiz və s. bu kimi metodlar təşkil edir. Hər bir əsas tarixi tədqiqat metodu özündə ümumelmi metodların bir sıra kompleks xüsusiyyətlərini, o cümlədən məntiqi prosedurları, məsələn məntiqi prosedura olan bu analogiya bir çox ümumelmi müqayisə metodlarının əsasını təşkil edir, yaxud ümumelmi müqayisə metodunun prinsipləri, əsasları üzərində tarixi tipologiyalaşdırma metodu işlənib hazırlanmışdır.)
Elmi-tarixi nəzəriyyə və konsepsiyalar yeni xüsusi tarixi metodların işlənib hazırlanması və artıq istifadə edilən metodların korrektliyini təyin etmək, o cümlədən adı çəkilən metodların köməyi ilə əldə edilən nəticələrin adekvatlığını qiymətləndirmək üçün əsas rol oynayır.
Dostları ilə paylaş: |