1-ci sual. Tarixi tədqiqat metodları fənninin predmeti və vəzifələri


-ci sual. Tarixi tədqiqatlar zamanı arxivlərdə işin təşkili



Yüklə 69,82 Kb.
səhifə36/45
tarix02.01.2022
ölçüsü69,82 Kb.
#40143
1   ...   32   33   34   35   36   37   38   39   ...   45
ttm

36-ci sual. Tarixi tədqiqatlar zamanı arxivlərdə işin təşkili

Tarixi tədqiqatlar zamanı tədqiqatçıların ən çox üz tutduğu yer arxivlərdir. Arxivlər özlərində bu və ya digər problemə dair son dərəcə mühüm informativ bazanı ehtiva edən sənədlərin qorunub saxlandığı təşkilatlar, müəssisələrdir. Arxivlərdə qorunan sənədlər dünya və vətən tarixinə dair son dərəcə rəngarəng, müxtəlif dövr problematika və istiqamətlərə malikdir. Məhz buna görə də tarixi tədqiqatlar zamanı arxivlərə üz tutan hər bir tədqiqatçı ilk növbədə özü üçün ciddi

iş alqoritmini təşkil etməlidir. Arxivdə işin alqoritmi aşağıdakı qaydada qurula bilər:

1. Arxiv materialları ilə tanışlıq özündə arxivin fondlarının sistemli siyahısını, fondların həcmini, sənədlərin ümumi məzmununu, yerləşdirilməsini əks etdirən bələdçi kitabçası ilə tanışlıq. Məhz bələdçi ilə tanışlıq tədqiqatçıya tədqiq etdiyi mövzuya dair məlumatları əks və əxz etdirən sənədlərin toplandığı arxiv fondunu müəyyən etməyə imkan yaradır.

2. Fondların tərtib olunmuş siyahıları əsasında hansı fondda hansı sənədlərin öyrənilməsi müəyyən edilir. Bu mərhələ ilk növbədə, sənədlərə dair sorğu sənədlərinin öyrənilməsi ilə başlanılır. Çünki, bu təsvir – sorğu kitablarında informasiyanın əsas məğzi, mahiyyəti, elmi əhəmiyyəti öz əksini tapır. Burada, həmçinin fondda saxlanan işlərin başlıqları, onların yerləşdirilməsi, nömrələri və s. bu kimi mühüm məlumatlar da öz əksini tapır.

3. İş qovluqları ilə tanışlıq, onlardan istifadə olunması qaydaları və ardıcıllığına riayət olunması. Qeyd etmək yerinə düşərdi ki, hər hansı bir iş qovluğu, ilk növbədə, bu və ya digər problemə dair ilkin arxiv materiallarının, elmi dəlillərin, fakt və arqumentlərin üzə çıxarılmasına imkan yaradır. Tədqiqatçı bu informativ bazanın mahiyyət və istiqamətlərini elmi-obyektiv müstəvidə təhlil edərkən ictimai proses və hadisələrin baş vermə səbəblərini diqqətlə araşdırmaq, xronoloji çərçivənin sərhədlərini genişləndirmək kimi yeni imkanlar əldə edir.

Arxiv sənədləri ilə işin təşkili alqoritmi, eləcə də kitabxanalarda problemin tarixşünaslığına dair materialların toplanması, müqayisə və analizi tədqiqatçıya problemin öyrənilmə səviyyəsini, aktuallığının hansı istiqamət və formalarda əsaslandırılmasını da müəyyən etməyə imkan verir.

4. Arxiv sənədlərindəki məlumatlar təhrifə və dəyişkənliklərə demək olar ki, məruz qalmadıqlarına görə tədqiqatçıya öz tədqiqatına dair düzgün elmi istiqamətləri müəyyən etməyə, elmi-obyektiv nəticələr çıxarmağa da ciddi surətdə yardım etmiş olur.




Yüklə 69,82 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin