1. Dilçiliyin obyekti, predmeti və vəzifələri



Yüklə 116,59 Kb.
səhifə2/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   2   3   4   5   6   7   8   9   ...   64
dilciliye giris imtahan suallari

3.Dilin funksiyaları
1. Kommunikativ funksiya- ünsiyyətin ən mühüm vasitəsi dildir. O, ünsiyyət aləti kimi çıxış edərək kommunikativ funksiya yerinə yetirir, Dil ünsiyyət vasitəsi kimi həm ayrıca bir şəxsə, həm də bütövlükdə cəmiyyətə (sosiuma) xidmət edir. Dil ünsiyyət vasitəsi kimi ümumidir, Bu zaman o, iki sosial funksiya yerinə yetirir: inteqrasiyaedici və diferensiasiyaedici. İnteqrasiyaedici funksiyasını dil o zaman yerinə yetirir ki, o, millətlərarası və ya dünya miqyaslı ünsiyyət vasitəsi kimi istifadə edilir. Millətlər, xalqlar arasında ünsiyyət üçün istifadə edilməyən dil diferensiasiyaedici funksiyası yerinə yetirir. Bu isə bu və ya digər millət və ya xalqın ana dilidir.
2. Koqnitiv va akkumulyativ funksiyalar- Dilin ikinci əsas funksiyası ünsiyyətin məzmunu ilə şərtlənir. Məzmunu çatdırmaq ve saxlamağın ifadə vasitəsi vəzifəsini yerine yetirməyi dilin koqnitiv (və ya ekspressiv) funksiyası adlandırırlar.
Dilin bilikləri əks etdirmək ve saxlamaq funksiyası onun akkumulyativ funksiyası adlanır. Kommunikativ, koqnitiv və akkumulyativ funksiyalar dilin ən mühüm ünsiyyət vasitəsi kimi sosial funksiyalarıdır. Digər funksiyalar əlavə və ikinci dərəcalidir, onlar bütövlükdə dilə deyil, onun variant və üslublarına mənsub olur.
Dil vasitələrinin kontekste daxil olması dil üslubları ve nitq üslubları ilə tanışlığı tələb edir. Lakin onların heç biri ayrıca bir dil yaratmır; onlar dilin variantları və onun işlənməsi normaları olmaqla dilin üslubi funksiyalarını yaradırlar.
Dilin üslubları kommunikativ fəaliyyətin ayrı-ayrı sferalarına xidmət edir.Onlar dilin koqnitiv funksiyasının növlərinin bazası əsasında təsnif olunur: adi danışığın funksiyası məişət üslubunun əsasında, xəbər, məlumat funksiyası rəsmi-sənəd və elmi üslubun əsasında, təsir funksiyası publisistik və bədii üslubların əsasında durur. Hər bir funksional üslub daha kiçik növlərə ayrılır. Məsələn, elmi üslub elmi, elmi-populyar (kütləvi) və elmi-tədris üslublarına ayrılır.
Kontekst funksiyası mətnin tematik və məntiqi-kompozisiya strukturunda reallaşır, o, əsas ifadə tipləri ilə – təhkiyə, təsvir, mühakimə va isbat etmə ilə bağlıdır.


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin