Dərslik (əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri)



Yüklə 4,08 Mb.
Pdf görüntüsü
səhifə1/52
tarix09.02.2017
ölçüsü4,08 Mb.
#7965
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   52

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
 
 
 
 
 
 
 
MƏDƏNİYYƏT  
TARİXİ  
VƏ  
NƏZƏRİYYƏSİ 
 
Dərslik 
(əlavə olunmuş və redaktə edilmiş ikinci nəşri) 
 
 
 
 
 
 
 
Dərslik Azərbayjan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası  
«İnjəsənət və musiqişünaslıq» bölməsinin 07.10.2005-ji il tarixli  
əmrilə təsdiq edilmişdir (protokol № 01) 
 
 
 
 
 
 
 
 
 
 
BAKI - 2010 

 
2
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
 12 oktyabr 2005-ci il tarixli, 700 №-li qərarı ilə təsdiq edilmişdir 
 
Rəyçilər:  AMEA-nın «Memarlıq və İncəsənət» İnstitutunun şöbə müdiri, AMEA-nın 
müxbir üzvü, sənətşünaslıq doktoru, professor   
 İNQİLAB KƏRİMOV; 
 
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının  
professoru, filologiya elmləri doktoru  
                 GÜLTƏKİN SULTANOVA
 
Bülbül ad.Bakı OİMM-nin direktoru, fəlsəfə elmləri doktoru, professor 
NİGAR CƏRULLA qızı; 
 
Azərbaycan Dövlət Neft Akademiyasının  
professoru, fəlsəfə elmləri doktoru 
                 ŞƏHRƏDDİN MƏMMƏDOV 
 
Elmi redaktor :  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının «Humanitar və ictimai 
elmlər» kafedrasının müdiri, Əməkdar İncəsənət Xadimi, filologiya elmləri namizədi,  
 
professor VALİDƏ İMRAN qızı MƏMMƏDOVA 
 
Mədəniyyət tarixi və  nəzəriyyəsi. Ali məktəblər üçün dərslik 
M.J.MANAFOVA,  N.T.ƏFƏNDİYEVA  və  S.A.ŞAHHÜSEYNOVANIN ümumi 
redaktəsilə. Bakı: Sabah nəşriyyatı (2008), 2010, 876 səh.  
 
İSBN 5-86106-104-1 
 
Dərslik mövcud proqram əsasında yazılaraq mədəniyyətin nəzəri problemlərini və dünya 
mədəniyyətinin əsas dövrlərini əhatə edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 
əməkdaşlarının hazırladığı bu dərslik tələbələr, magistrlar, aspirantlar, tədqiqatçılar, müəllimlər və 
müvafiq problemlərlə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.  
 
2008
029
4901000000

Qrifli nəşr. 
 
©M.J.Manafova, N.T.Əfəndiyeva, S.A.Şahhüseynova  
© Sabah, 2008. 
© Təkrar nəşri, 2010 

 
3
MÜNDƏRİCAT: 
 
Ön söz - Maral Manafova 
 
I BÖLMƏ 
MƏDƏNİYYƏTİN NƏZƏRİYYƏSİ 
 
1.1. Mədəniyyət tarixi və nəzəriyyəsinə giriş - M.Manafova 
1.2. Mədəniyyət anlayışına tarixi və müasir yanaşmalar – M.Manafova 
1.3. Mədəniyyət və sivilizasiya - M. Manafova 
1.4. Mədəniyyətin tədqiqində müxtəlif məktəb və nəzəriyyələr-M. Manafova 
1.5. Mədəniyyət və təbiət - M. Manafova 
1.6. Maddi və mənəvi mədəniyyət - M. Manafova 
1. 7. Mədəniyyətin funksiyaları - M. Manafova 
1.8. Mədəniyyətdə milli və beynəlmiləl cəhətlər. Mədəniyyətin inkişafında varislik 
qanunu - M. Manafova 
1.9. Mənəvi mədəniyyətin tərkib hissələri - M. Manafova 
1. 10.Estetik mədəniyyətin tarixi və kulturoloji aspektləri – Apdin Əlizadə 
1.11. Milli müəyyənlik və estetik mədəniyyət – A.Əlizadə 
1.12. Estetik mədəniyyətin inkişafında bədii irsin rolu – A.Əlizadə 
1. 13. Mədəniyyətin qorunması və müdafiəsi - M.Manafova  
1. 14. Mədəniyyətdə mentalitet problemi – M. Manafova  
1.15.Elitar və kütləvi mədəniyyət anlayışları. «Elitarizm» və «kütləvi cəmiyyət» 
nəzəriyyələri – M. Manafova 
1.16. Elitar və kütləvi mədəniyyət sosial-mənəvi fenomen kimi – M.Manafova  
1.17.Azərbaycan mədəniyyətinin inkişaf problemləri – M.Manafova  
1.18.Azərbaycanın mədəniyyət siyasəti – Yeganə Əliyeva 
1.19. Qloballaşma sosio-mədəni reallıq kimi – Y. Əliyeva 
1.20. Gender və mədəniyyət – Aygün Eyvazlı  
1.21. Mədəniyyətin gender aspektləri – A.Eyvazlı 
 
II BÖLMƏ 
MƏDƏNİYYƏT TARİXİ 
 
I FƏSİL 
İBTİDAİ İCMA VƏ QƏDİM DÖVR MƏDƏNİYYƏTİ 
2.1.1. İbtidai icma dövrü mədəniyyəti – M.Manafova 
2.1.2. Misir mədəniyyəti – M.Manafov 
2.1.3. Mesopotamiya mədəniyyəti – M.Manafova 
2.1.4. Fələstin, Finikiya və Suriya mədəniyyəti – M.Manafova 
2.1.5. Hettlərin mədəniyyəti – M.Manafova 
2.1.6. İran mədəniyyəti – M.Manafova 
2.1.7. Azərbaycan mədəniyyəti – M.Manafova 
2.1.8. Hindistan mədəniyyəti – M.Manafova 
2.1.9. Çin mədəniyyəti – M.Manafova 
2.1.10. Yaponiya mədəniyyəti – M.Manafova 

 
4
2.1.11. Koreya mədəniyyəti – M.Manafova 
2.1.12. Vyetnam mədəniyyəti – M.Manafova 
2.1.13.Şimali Amerika xalqlarının mədəniyyəti –Leylaxanım Atakişiyeva 
2.1.14.Cənubi Amerika mədəniyyəti – L. Atakişiyeva 
2.1.15.Mezoamerika mədəniyyəti – L.Atakişiyeva 
 
II FƏSİL 
ANTİK DÖVR 
2.2.1. Yunanıstan mədəniyyəti. Krit-Miken dövrü – Sədaqət Əliyeva 
2.2.2. Homer və arxaik dövr mədəniyyəti – S.Əliyeva 
2.2.3. Klassik dövr mədəniyyəti – S.Əliyeva 
2.2.4. Ellinizm mədəniyyəti – S.Əliyeva  
2.2.5. Qədim Roma. Etrussk mədəniyyəti – S.Əliyeva 
2.2.6. Romada Respublika dövrü mədəniyyəti – S.Əliyeva 
2.2.7. Romada imperiya dövrü mədəniyyəti – S.Əliyeva 
 
III FƏSİL 
ORTA ƏSRLƏR MƏDƏNİYYƏTİ 
2.3.1. Qərbi Avropa mədəniyyəti – Sevinc Şahhüseynova 
2.3.2. Roman və qotika mədəniyyəti – S.Şahhüseynova 
2.3.3. Bizans mədəniyyəti – S.Şahhüseynova 
2.3.4. Slavyan xalqlarının mədəniyyəti – Validə Məmmədova 
2.3.5. Qurani-Kərim: strukturu və mədəniyyətdə önəmi – Niyazi Mehdi  
2.3.6. Ərəb-müsəlman mədəniyyəti - M.Manafova 
2.3.7. İran mədəniyyəti – M.Manafova 
2.3.8. Orta Asiya xalqlarının mədəniyyəti -.M.Manafova 
2.3.9.Osmanlı imperiyası dövründə türk mədəniyyəti–Yeganə Eyvazova 
2.3.10. Azərbaycan mədəniyyəti – M.Manafova  
2.3.11. Hindistan mədəniyyəti – M. Manafova 
2.3.12. Çin mədəniyyəti – M.Manafova 
2.3.13. Yaponiya mədəniyyəti – M.Manafova 
2.3.14. Cənub-Şərqi Asiya dövlətlərinin mədəniyyəti: İndoneziya, Tailand, Kampuçi, 
Birma – Zərifə ƏliyevaAfət Mollayeva 
2.3.15. Koreya mədəniyyəti – M.Manafova 
2.3.16. Vyetnam mədəniyyəti – M.Manafova 
2.3.17. Monqolustan mədəniyyəti – Zərifə Əliyeva 
2.3.18. Avstraliya köçərilərinin mədəniyyəti – Tamilla Əhmədova 
2.3.19. Afrika mədəniyyəti (Quzey və tropik) – Dilarə Mehdi 
 
IV FƏSİL 
        YENİ DÖVR MƏDƏNİYYƏTİ 
2.4.1. İntibah mədəniyyəti – S.Əliyeva 
2.4.2. Şimali Avropa İntibahı – S.Əliyeva 
2.4.3. Barokko mədəniyyəti - S.Şahhüseynova 
2.4.4. Klassisizm mədəniyyəti – S.Şahhüseynova 
2.4.5. Avropada maarifçilik dövrü mədəniyyəti – Z.Əliyeva 

 
5
2.4.6. Rus mədəniyyəti tarixindən– Şəhrəddin Məmmədov 
2.4.7 XVII-XVIII əsrlərdə rus mədəniyyəti – M.Manafova 
 
V FƏSİL 
XIX-XX ƏSRLƏR MƏDƏNİYYƏTİ 
2.5.1. XIX əsr Qərbi Avropa mədəniyyəti – S.Əliyeva 
2.5.2. XIX əsr rus mədəniyyəti – M.Manafova 
2.5.3. Mərkəzi və Cənub-Şərqi Avropa mədəniyyəti – V.Məmmədova 
2.5.4. XX əsr Dünya mədəniyyəti – M.Manafova 
2.5.5.XX əsr rus mədəniyyəti. Rus sovet mədəniyyəti– Nigar Əfəndiyeva 
2.5.6. 20-ci illərdə rus ədəbiyyatı və incəsənəti – N.Əfəndiyeva 
2.5.7. 30-cu illərdə rus mədəniyyəti – N.Əfəndiyeva  
2.5.8. Böyük Vətən müharibəsi illəri və müharibədən sonrakı dövrdə rus 
mədəniyyəti – N.Əfəndiyeva  
2.5.9. «Mülayimlik» dövründə rus elmi və mədəniyyəti –  N.Əfəndiyeva  
2.5.10. Durğunluq dövründə rus mədəniyyəti – N.Əfəndiyeva 
2.5.11. 1985-1991-ci illərdə Rusiyada ictimai və mədəni  həyat – N.Əfəndiyeva 
2.5.12. XIX əsr Azərbaycan mədəniyyəti – Z.Əliyeva 
2.5.13. XX əsr Azərbaycan mədəniyyəti – N.Əfəndiyeva 
 
Ədəbiyyat 
 
 
  

 
6
 
 
ÖN SÖZ 
 
ADMİU-nun «Mədəniyyətşünaslıq» kafedrası  tərəfindən 2003, 2006-ci illərdə  nəşr edilmiş 
«Kulturologiya» və «Mədəniyyətin tarixi və  nəzəriyyəsi» adlı  dərsliklərdə müvafiq problemlər müəyyən 
dərəcədə öz əksini tapmışdır. Bu illər  ərzində  ərzində  fənnin proqramı  təkmilləşdirilmişdir. Bu baxımdan, 
hazırkı dərslik yeni, daha geniş proqram əsasında tərtib edilmişdir.  
Müasir tarixi şəraitdə dünya mədəniyyətinin öyrənilməsinin çox böyük əhəmiyyəti vardır. Bu gün 
dünyada gedən dərin sosial hadisələr, o cümlədən qloballaşma problemi bunu daha zəruri tələbata çevirir. Çünki 
Yer kürrəsinin bir hissəsində baş verən hadisələr tez bir zamanda hamıya məlum olmasa da, planetin bütün ölkə 
və xalqlarına təsir edir. Bu inteqrasiya bütün tarixi dövrlərdə olmuş və sakini olduğumuz müasir günlərdə daha 
geniş vüsət tapmaqdadır. Buna şərait yaradan ən başlıca amil radio, televiziya, peyk əlaqələri, internet və digər 
müasir texnologiyalardır ki, məhz bunların nəticəsində dünyada vahid informasiya məkanı yaradıla bilmişdir.  
Bəşəriyyət qarşısında iqtisadi, xammal, ərzaq, ekoloji, demoqrafik və digər bu kimi qlobal problemlər 
dayanmaqdadır. Bütün bunların həlli dünyanın iqtisadi, elmi-texniki, intellektual və mənəvi resurslarının bütün 
ölkə, xalq, hətta hər bir kəsin gücündən birgə razılaşdırılmış  şəkildə istifadəsini tələb edir. Ölkə, xalq və 
insanların birliyinə nail olmanın ən optimal vasitələrindən biri isə məhz mədəniyyətlərin bir-biri ilə əlaqəsi, bir-
birinə nüfuz edərək inteqrasiyasıdır. Digər xalqların mədəniyyətləri, onların özünəməxsus xüsusiyyətləri və 
cəhətləri ilə tanışlıq öz milli mədəniyyət və incəsənətinin daha dərindən dərki üçün çox böyük əhəmiyyət kəsb 
edir. Təkcə digər mədəniyyətləri öyrənməklə işi bitmiş hesab etmək olmaz. Burada həm də doğmalıq, yaxınlıq 
axtarmaq məqsədəuyğundur. Müasir sivilizasiya üçün zəruri və aktual olan mədəniyyətlərin dialoqu yalnız bu 
yolla mümkündür.  
Göründüyü kimi, dünya mədəniyyəti tarixinin, müasir mədəniyyətlərin rəngarəngliyinin, müxtəlif ölkə və 
xalqların mədəni özünəməxsusluğunun öyrənilməsi və mənimsənilməsi sayəsində bəşəri birliyə, hər bir fərdin 
özünüinkişafına, sivilizasiyanın irəliləyişi yollarında müasir qlobal problemlərin həllinə nail olmaq mümkündür. 
Bunsuz insanların planetar birliyi yarana bilməz.  
Hazırkı  dərsliyin tərtib edilmə  zərurəti məhz haqqında qeyd etdiyimiz bu mədəni-sosial tələblərdən 
doğmuşdur. Dərsliyin  əsas vəzifəsi tələbələri mədəniyyətin nəzəri problemləri, dünyadakı ölkə  və xalqların 
mədəniyyətinin tarixi inkişaf mərhələləri, həmçinin müasir vəziyyəti haqqında biliklərlə  təmin etməkdir. Bu 
vəzifədən çıxış edərək dərslik dünyanın bütün regionları, o cümlədən Afrika, Amerika, Şərq ölkələri 
mədəniyyətlərinin tarixi və müasir inkişafı prosesini də əhatə edir.  
Dərslikdəki materiallar tələbələrə mədəni-tarixi prosesin inkişaf xronologiyası məntiqi əsasında çatdırılır. 
Burada başlıca diqqət ölkə  və xalqların incəsənət, elm, təhsil,  əxlaq və  məişətinin tarixi inkişafı  və digər 
mədəniyyət sahələrinə verilir. Dərslik müəllifləri mədəniyyətin bu başlıca sahələrinə diqqəti gücləndirməklə 
tələbələrin dünyanın ayrı-ayrı ölkə  və xalqlarının mədəniyyəti haqqında aydın və konkret təsəvvürünün 
formalaşmasına çalışmışlar. Bu dərsliklə tanış olan hər bir kəs – istər tələbə, istərsə də mədəniyyətlə maraqlanan 
hər bir oxucu yaşadığı dünyanın mədəni xəzinəsi ilə yaxından tanış olmaq imkanı əldə edəcəkdir. 
Dərslik ixtisasından asılı olmayaraq bütün tələbələrin mədəniyyət haqqında ümumi biliklərinin 
zənginləşməsinə xidmət edəcəkdir. 
Əsasən incəsənət profilli təhsil müəssisələrinin dinləyiciləri üçün nəzərdə tutulan bu dərslikdən dünya 
mədəniyyəti ilə maraqlanan bütün insanlar faydalana bilərlər. 
Hazırki dərslik əlavələr edilmiş, redaktə olunmuş ikinci nəşridir. 
 

 
7
 
 
 
 
I  
 
BÖLMƏ 
 
MƏDƏNİYYƏTİN 
 
NƏZƏRİYYƏSİ 

 
8
1.1. «Mədəniyyət tarixi və Nəzəriyyəsi»nə giriş 
 
 
Mədəniyyətin tədqiqi çox qədim fəlsəfi  ənənələrə malik olmaqla bir sıra elm sahələri - arxeologiya, 
etnoqrafiya, psixologiya, tarix, sosiologiya üzrə  tədqiqatçıların diqqətini cəlb etmişdir. Lakin XX əsrdə bu 
sahənin ayrıca bir elm olmaqla, nəzəri obyekt kimi formalaşması mədəniyyət haqqında elmin təşəkkülünə təkan 
verdi ki, burada da ABŞ alimi Lesli Uaytın (1900-1975) xidmətlərini xüsusi qeyd etmək lazımdır. Hazırda 
kulturologiyanın təşəkkülü və formalaşması  mərhələsi mədəniyyət nəzəriyyəsinə üç movqedən yanaşmasını 
müəyyən edir. Bunlardan birincisi, kulturologiyaya mədəniyyəti öyrənən fənlərin kompleksi kimi baxır. Bu 
zaman mədəniyyət tarixi inkişaf mövqeyindən və sosial cəhətdən mövcudolma aspektindən tədqiq olunaraq 
mədəniyyət haqqında biliklər sistemini formalaşdırır. 
İkincisi, kulturologiyanı  mədəniyyəti öyrənən fənlərin xüsusi bir bölməsi kimi təqdim edən
kulturologiyaya fəlsəfi aspekdən yanaşmağı vacib bilən yanaşmadır. Əks mövqe də mövcuddur: mədəniyyətin 
fəlsəfəsi kimi o, mədəniyyətlərin rəngarəngliyini (tipologiyası, mədəni özünüdərketmə amili olmadan 
mədəniyyət haqqında biliklərin sistemləşməsi) oyrənir. 
Üçüncü yanaşma isə, kulturologiyanı müstəqil elmi fənn kimi tədqiq edir. Bu zaman mədəniyyət 
nəzəriyyəsinin sosial-humanitar biliklər sistemindəki mövqeyi təqiq olunur. 
Zənnimizcə, bütün bu elmi yanaşmaları ümumiləşdirməklə «Mədəniyyət nəzəriyyəsi»nin mahiyyətini 
onun mədəniyyəti dərindən və  hərtərəfli  şəkildə öyrənilməsi, məzmun və mahiyyətinin üzə  çıxarılması, hansı 
səviyyə və formalarda olması, tiplərinin öyrənilməsinin tədqiqi ilə izah etmək daha məqsədəuyğundur. 
Bəşər tarixində  mədəniyyətlər çoxluq təşkil edir: bir sıra mədəniyyət tipləri mövcuddur. Hər bir 
mədəniyyət özünün spesifik səmərəliliyi, bundan irəli gələn mənəviyyat, əxlaq və incəsənətində təzahür tapır. 
Mədəniyyətlər unikal və təkrarolunmazdır. 
Belə bir sual çıxır: mədəniyyətlərin inkişaf dərəcələrini necə qiymətləndirməli? Bəlkə bu mədəniyyətlərin 
eyni səviyyədə qəbulu məqbuldur? 
Qeyd etmək istərdik ki, bir çox kulturoloqlar məhz sonuncu nöqtədən çıxış edirlər. 
Lakin fikirimizcə, mədəniyyətin özünə xas qiymət və  dəyər meyarları mövcuddur. Ona görə  də, 
mədəniyyətin inkişaf səviyyəsi onun azadlığa, ləyaqətə olan münasibəti, şəxsiyyətin yaradıcı özünüreallaşması 
imkanları ilə müəyyən olunur. Bir mədəniyyətin digər mədəniyyətə  təsiri labüddür. Mədəniyyətlərin bu 
dialoqunun yeganə mənbəyi - insandır. 
Bu baxımdan «Mədəniyyət nəzəriyyəsi» fəslində  mədəniyyətin bəzi nəzəri məsələləri, xüsusilə, 
«mədəniyyət» anlayışının izahı, mədəniyyət və sivlizasiya, mədəniyyət və  təbiət, mədəniyyətdə mentalitet 
problemi, elitar və kütləvi mədəniyyət, habelə respublikada mədəniyyətin inkişaf problemləri nəzərdən keçirilir.  
 
1.2. «Mədəniyyət» anlayışına tarixi və müasir yanaşmalar 
 
 
Mədəniyyət nəzəriyyəsi «mədəniyyət» anlayışının tərifi və  şərhi ilə başlayır. «Mədəniyyət» anlayışının 
izahında ilk diqqət bu terminin çoxmənalılığı  və çoxəhəmiyyətliliyinə verilir. «Mədəniyyət» anlayışının tərifi 
yüzlərlədir. Həmin anlayışın tərifi öncə bu terminin mənşəyi ilə bağlıdır. «Mədəniyyət» anlayışının tədqiqi, 
onun həm elmi, həm də  həyati, praktiki mahiyyətinin dəqiqləşdirilməsi bir sıra elmlərin - antropologiya, 
arxeologiya, etnologiya, dilçilik, psixologiya, tarix, fəlsəfə, mədəniyyət fəlsəfəsi, mədəniyyətin sosiologiyası və 
digər sahələrin öyrənilməsi ilə də çox sıx bağlıdır. Bu elm sahələrinin tədqiqatçılarının fikirlərini eyni məxrəcə 
gətirən amillərdən birini, məhz «mədəniyyət» anlayışının təyinatının eyni məzmunda izahı təşkil edir. 
Beləliklə, «mədəniyyət» - latınca «kultura» (cultura) sözündən olub, işləmə, qulluqetmə, yaxşılaşdırma, 
həmçinin tərbiyə, inkişaf, tərəqqi deməkdir. Bu anlayışın mənşəyi isə «kolo», «kolere» (kolo, kolere) 
sözlərindən gələrək torpaqşünaslıqla məşğul olma, torpaqla işləmək, burada çalışmaq, «kultus» - «təzədən 
işlənmiş» mənalarını ifadə edir. Qədim latın dilində həmin söz məhz bu mahiyyəti kəsb edərək «aqri kultura» 
(aqri kultura) mənasını, yəni torpağı əkinə hazırlamaq fikrini izah edirdi. Bu fikri qətiləşdirməkdə bizə kömək 
edən əsas informasiya mənbəyi dövrümüzə gəlib çatan Mark Porsi Katonun kənd təsərrüfatı məsələlərinə həsr 
edilən eyni adlı «De aqri kultura» əsəridir. 
«Kultura» sözünə qədim romalılar özünəməxsus şəkildə tərif vermişlər. Digərlərindən fərqli olaraq onlar 
«kultura»ya insan fəaliyyətinin ümumiləşdirilmiş  tərifini vermişlər. Bu, fəaliyyətin müxtəlif sahələrini  əhatə 
etməklə «texne», «mimesis», «paydey» təsəvvürləri ilə  əlaqədar idi. «Kultura»nı  hər hansı bir obyektin insan 
tərəfindən dəyişdirilməsi, yenidən yaradılması kimi qəbul edirdilər. Bu mənada «kultura» anlayışını  nəzəri 
termin kimi ədəbiyyata ilk dəfə b.e.ə. 45-ci ildə roma natiqi, ritorikanın görkəmli banisi, filosof Mark Tulli 
Siseron gətirmişdir. Onun «Tuskulan söhbətləri»  əsərində bu anlayış  məcazi mənada işlədilmişdir. Belə ki, 
Siserona görə, «kultura» insan zəkasının reallaşmasının özünəməxsus təzahürüdür. Kəndlilər torpağı becərib, 
ona qulluq edib, məhsul yığdıqları kimi, insanlar da beyinlərini hərəkətə gətirərək, ruhunu təkmilləşdirərək əsil 

 
9
mədəniyyət yaradırlar. Məhz bu xüsusiyyətinə görə M.T.Siseronun məşhur ifadəsi belə  səslənir: «Düşüncə 
mədəniyyəti- fəlsəfədir.»  
Tarixi inkişafın sonrakı mərhələlərində mədəniyyətin digər sahələrinə aid terminlər formalaşmağa başladı: 
«sivilizasiya», «təhsil», «tərbiyə», «tərəqqi», «inkişaf» və s. 
Qədim xalqlardan biri hesab edilən və Şərq sivilizasiyasının aparıcı dirəklərindən olan çinlilər və hindlilər 
də «mədəniyyət» anlayışını öz fəlsəfi nəzəriyyə  və  təlimlərinə müvafiq mənalandırmışlar. Belə ki, qədim 
çinlilərdə bu söz «jen», Hindistanda «dharma» anlayışı ilə, türklərdə isə «kultür» formasında ifadə olunur. Çox 
qəribədir ki, mənşəcə soy kökü türk olan bizim xalqın dilində «kultura» anlayışı «mədəniyyət» sözü ilə ifadə 
olunaraq ərəb dilindən gətirilib. Belə ki, ərəb dilində «mədinətun» anlayışı «şəhər» sözü ilə bağlıdır. Bu, xam 
vəziyyətində olanın insan əli ilə dəyişdirilməsi, təkmil formaya salınması mənasını verir. Bununla yanaşı, şəhər 
münasibətləri,  şəhərin həyat tərzi səhra  əhalisinin, bədəvilərin kobudluğuna, onların qaba həyat tərzinə qarşı 
istiqamətləndirilirdi. «Kultura», «mədəniyyət» anlayışlarının «şəhər» sözü ilə  əlaqələndirilməsi digər tərəfdən 
antik polislə bağlı idi. Belə ki, polis – qədim sivilizasiyada tərəqqinin sinonimi kimi işlənərək  şəhərin azad 
vətəndaşları kimi qəbul olunurdu. Onların əsas borcunu şəhərin qayda-qanunlarına tabe olmaq, onları qorumaq, 
xidməti işlərdə layiqincə qulluq etmək, xalq yığıncaqlarında yaxından iştirak təşkil edirdi. Belə  şəhərlərdə 
mədəniyyət «tərbiyə», «kult» (sitayiş ayin), «becərmə» mənalarını ifadə edirdi. Digər tərəfdən «kultura» 
ifadəsinin başqa etimologi mənalarından birini şərəf, sitayiş, kult təşkil etdiyindən onu, həm də «dini sitayiş» 
anlamında qəbul etmək zəruridir. «Kultura» sözünün dinlə, dini sitayişlə bağlılığına istinad edən bir çox 
müəlliflər, xüsusilə, müasir dinşünas alim A.Men belə hesab edir ki, hər bir mədəniyyətin tamamlanması üçün 
«inam» hissi və əqidəsi başlıca yer tutmalıdır. Bir çox müəlliflər isə, belə hesab edirdi ki, dini əqidəsi, inamı 
olmayanı  mədəni hesab etmək düzgün deyil. «Mədəniyyət» sözünün təhlilində bu fikirlərin hansının düzgün 
olub-olmamasından asılı olmayaraq bir fikir diqqətəlayiqdir ki, həmin anlayışın mahiyyətinin düzgün dərk 
edilməsində yuxarıda söylənənlərin hər birinin özünəməxsus obyektiv qiyməti vardır. 
İstər fəlsəfə tarixində, istərsə  də digər humanitar elm sahələrində «mədəniyyət»lə bağlı problemlərə 
toxunan tədqiqatçılar bu hadisəni ictimai-tarixi proses kimi təhlil edərək onun mahiyyət və məzmununun dərin 
şərhini vermişlər. Məhz elə buna görədir ki, müasir kulturologiyada «kultura» və ya «mədəniyyət»in yüzlərlə 
tərifi məlumdur. Bu, hər şeydən əvvəl həmin fenomenin çoxhüdudluğu, çoxaspektliliyi ilə izah edilir. 
«Mədəniyyət» anlayışının müasir anlamı ilk dəfə Almaniyada öz təsdiqini tapmışdır. Artıq XVIII əsrin 
axırlarında bu söz alman ədəbiyyatında iki mənada – birincisi, bilik və peşələrin köməkliyi ilə təbiət üzərində 
hökmranlıq, ikincisi isə, şəxsiyyətin mənəvi zənginliyini bildirirdi. «Kultura» sözünün bu mənaları yavaş-yavaş 
bütün Avropa dillərinə daxil oldu.  
Mədəniyyət fenomeninin müxtəlif aspektlərdən tədqiqi müasir kulturologiyada özünəməxsus yer tutan 
sahələrdən birinə çevrilmişdir. Bu tədqiqatları birləşdirən vahid amil onun tarixi proses kimi qəbul edilməsidir. 
Mədəniyyətin qeyri-biologi təbiətə malik olması və irsən əldə edilmiş ictimai əxlaq vasitəsilə həyata keçirilməsi 
fikri ilə bu sahə üzrə məşğul olan bütün tədqiqatçılar razıdır. Ümumiyyətlə, mədəniyyəti ictimai- tarixi proses 
kimi tədqiq edən kulturoloqlar bu fenomenə müxtəlif aspektlərdən yanaşmışlar ki, bunları da aşağıdakı kimi 
təsnif etmək mümkündür: 
Mədəniyyətə antropoloji mövqedən yanaşma bu fenomenin insan təbiətinin təzahürü kimi şərhini nəzərdə 
tutur. 
Mədəniyyətə  fəlsəfi-tarixi aspektdən yanaşma isə onun fəaliyyət prosesi kimi dərkini nəzərdə tutur. 
«Hərəkət», «fəaliyyət» reallığın, tarixin bilərəkdən dəyişdirilməsi kimi başa düşülür. Mədəniyyət haqqında daha 
geniş yayılmış  təsəvvür insan fəaliyyətinin nəticəsi ideyasıdır. Bu ideyanı müxtəlif aspektdən şərh edənlər də 
var. Belə ki, bəzi tədqiqatçılar mədəniyyəti yalnız yaradıcı  fəaliyyəti özündə  əks etdirən fəaliyyət növü kimi 
dəyərləndirirsə, bir qisim tədqiqatçılar isə, reproduktiv fəaliyyəti də (yenidən hazırlama, üzünü çıxartma, 
təkrarlama) mədəni fəaliyyət kimi qiymətləndirir. 
Mədəniyyət fenomeninə sosioloji yanaşma onun ictimai həyatın təşkili amili kimi başa düşülməsinə 
imkan yaradır. cəmiyyət mədəni dəyər və sərvətləri yaradır, onlar isə öz növbəsində həmin cəmiyyətin inkişafını 
müəyyənləşdirir; dil, inam, estetik zövq və tələbatlar, biliklər, peşəkarlıq, müxtəlif adət və ənənələr. 
Bütün bu ənənəvi yanaşmalardan başqa mədəniyyətin öyrənilməsində aksioloji (və ya dəyərləndirmə) 
yanaşma da tədqiqatçılıqda mühüm mövqe tutur. Mədəniyyətə bu mövqedən yanaşma həmin fenomenə 
müəyyən dəyər və sərvətlərin kompleksi kimi dərkini nəzərdə tutur. Mədəniyyətin strukturu və ona yanaşmada 
dəyərlərin rolu qiymətləndirici məqamlarına görə müstəsnalıq təşkil edir. Bunlar ideal təsəvvürləri ilə 
uyğunlaşdırılaraq insan həyatına məna verirlər. 
Beləliklə, mədəniyyəti aksioloji mövqedən dərk etmək bəşəriyyət tərəfindən məqsədyönlü yaradılmış, 
qorunmuş və inkişaf etdirilmiş dəyər və sərvətlər toplusunun tanınması deməkdir. 
 

 
10

Yüklə 4,08 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin