Hüseyn Kürdoğlu
Şərq həmişə vahid mütləqiyyət yox, vahid mədəniyyət və intibah yaratmaq üçün birləşib. Bu
mədəniyyətlərtn nəinki vahid ruhu, fəlsəfəsi, ovqatı, müəyyən dövrlərdə, hətta vahid üslubu və dili olub.
Qeyd etmək lazımdır ki, müasir insanın xarakterik obrazını yaratmaq üçün təsvir olunan obrazların bədii
xarakteri tutumlu olmalıdır. Ümumi kütlə, axın içərisindəki hər bir fərdin özünəməxsus, maraqlı taleyi və
fikirləri ola bilsə də ədəbi xarakterlər heç vaxt belə təsadüfi seçmələr əsasında qurula bilməz.
Ədəbi xarakterin güjü eyni zamanda axıb gedən həyat hadisələri içərisində insanın keçirdiyi psixoloci
halları, hərəkətləri yazıçının nə dərəjədə düzgün və dolğun təsvir etməsindən asılıdır. Ədəbi problemlərlə bağlı,
son dövrərdə aparılan diskusiyalarda təsvir olunan hadisələrin adiliyi (çox zaman primitivliyi), qəhrəmanların
kiçikliyi və təxminən əksərinin eyni səivyyədə olmasına diqqət yetirilir.
Bədii əsərlərdə geniş yayılmış «kiçik qəhrəmanlar» problemi də araşdırıjıların narahatlığına səbəb olur.
Belə qəhrəmanlar xarakterjə bir-birinə oxşayır, hətta bir-birini təkrarlayırlar. Onlar həyatda aparıjı mövqe tutur,
şəhərdən kəndə və ya kənddən şəhərə gəlib sarsılır, istehsalata qədəm qoyub köhnə düşünjəli adamların
təzyiqinə tuş gəlib əziyyətlərə düşür, sarsılır, hətta sadəliyinə görə çox zaman da «lağa» qoyulur, döyüşkənlik
göstərə bilmirlər.
Bədii əsər öz qəhrəmanlarını yetişdirərək onların səjiyyəsi ilə dövrün xarakterini təjəssüm etdirir. Lakin
heç də həmişə ədəbi qəhrəman dövrün, həyatın simasını janlandıra bilmir. Bəzən müəyyən maqamlarda
oyundan kənarda qalmış, sözünün ötkəmliyini, hökmünü itirmiş, hamı ilə razılaşa-razılaşa aldanmış adamlar
vasitəsiylə səjiyyələndirilsə də burada xarakterlər mühitin aparıjı qüvvəsi olmasa da, yazıçılar əsas diqqəti
həmin adamların xarakterindəki müsbət jəhətlərə yönəldirsə və bu müsbət məqamlarla həyata, insana düzgün
baxış müəyyənləşdirirsə burada aparıjı mövqe (qüvvə) təsəvvürdə yaradılmış olur. Mühitə münasibət
qəhrəmanların hərəkətləri ilə deyil, bədii nəiijə ilə üzə çıxır. Həyat hadisləri bədii-məntiqi nətijə ilə
qiymətləndirilir.
Siyasi sistemindən, dövlət quruluşundan asılı olmayarq bütün ölkələrin inteqrasiyaya, humanitar birliyə
getdiyi dünyamızda mədəniyyət, ədəbiyyat və injəsənət bayraqlarının həmrəyliyi xüsusilə labüd bir zərurətə
çevrilmişdir. Şəhriyar da daxil olmaqla, yer üzünün dahiləri- Homer və Şekspir, Dante və Puşkin, Firdovsi, Biruni
və Yasəvi, Nizami, Nəsimi və Yunis Əmrə, Nəvai və Füzuli məhz belə vəhdət və birlik idealının daşıyıjıları
olmuşlar.
Lakin, ayrı-ayrı dahilərin zor və şər vaxtı həmişə və çaldığı təlaş və həyəjan təbili, insanın şərəfi və qüruru
naminə qaldırdığı etiraz və haray səsi bu gün heç də həmişə və hər yerdə eşidilmir, yekdil ziyalı həmrəyliyinə,
ağlın və zəkaların mənəvi hərəkatına çevrilə bilmir. Fərdi və kütləvi biganəlik milli, dini, siyasi, bəşəri miqyaslar
alır və çox-çox xalqların başına gətirilən münasibətlərin hələ də davam etməsinə imkan yaradır. Xüsusən Şərq
ölkələrinə aramsız xariji müdaxilələr şəklində insan hüquqları tapdalanır. Vahid Allahın bəndələri dini, milli
fərqlərinə görə qarşıdurma həddinə gətirilir. Ənənəvi siyasi fitnəkarlığın beynəlxalq erməni, lobbisi dünya ijtimai
fikrini çaşdırmaq üçün dəridən-qabıqdan çıxır.
Son illər nəsrinin bir yaddaqalan xüsiyyəti də ondan ibarətdir ki, burada aparıjı qüvvə, müsbət xarakter,
qəhrəman hadisələrin aparıjısı kimi çıxış etmir; onun obrazı oxuju təsəvvüründə müəyyənləşir. Bu, ilk önjə
yuxarıda dediyimiz kimi, bədii nəsrdə psixoloci təsvirin üstünlük qazanmasından irəli gəlir.
Xarakterin təsvirində müşahidə olunan başqa bir jəhət də bədii əsərdə xırda hadisəçiliyin, bədii detallarla
mənalandırmanın çoxalması və kəskin sücetə meylin azalmasıdır. Obrazın xarakterini üzə çıxarmaq, onu
hərtərəfli janlandırmaq üçün hadisələrin dəyişməsi, sücet boyu münaqişənin getdikjə kəskinləşməsi, xarakterin
bu kəskinləşmə ilə müəyyənləşməsi kimi ənənəvilik indi yeni keyfiyyətlərlə əvəz olunur. Hazırda jiddi nəsrdə
54
detektivçilik və fantastik təsvir üsulllarının yerini psixoloci- emosional təsvir tutur, xarakter hadisələrdən çox,
münasibətlərdə üzə çıxır. Hadisələrin ənənəvi reportacvarı təsviri əvəzinə, indi psixoloci dəyərləndirmə və təhlil
üstünlük qazanır.
Bəzi tənqidçilər isə həmin obrazlardan tipik qəhrəmanlara xas «nümunəvilik» tələb edirlər. Bu obrazlar
əslində öz funksiyalarına görə o vəzifənin öhdəsindən gəlməyə qadir deyillər. Onlar ideal qəhrəman olmasalar
da, onları ədəbiyata yad təmayül kimi səjiyyəlndirmək də düzgün deyildir. Bu qəhrəmanların hər birinin özünə
məxsus fərdi taleyi və xüsusiyytələri vardır. Onların bir sıra jəhətləri bir-birinə bənzəyirsə, bunu müasir dövrün
xarakterindən, eyni jür həyat tərzindən doğan bir fakt kimi səjiyyələndirmək daha məqsədəuyğundur.
Doğrudur, ədəbiyyatda bəzən xırda qəhrəmanların, təsadüfi epizodların tipik xarakter və hadisə kimi
dəyərləndirilməsi, mənfi amillərin şişirdilməsi, dövr üçün o qədər də xarakterik olmayan əhvalat və adamların
ümumiləşdirilib jəmiyyət və xalq səviyyəsinə qaldırılması hallarına da təsadüf edilir.
Üzeyir Hajıbəyovun iki böyük dövrün klassiki kimi tarixə daxil olub: inqilabdan əvvəlki dövrün və
sosializm dövrünün! Lakin onun musiqi dühasında bədii-mədəni keçmişimizin bütün dövrləri əksini tapıb. İndi
artıq nəinki keçmişimizi, musiqimizi gələjəyini də Üzeyirsiz təsəvvür etmək qeyri-mümkündür. O, artıq xalqın
milli dühasının bir parçasına, tariximizin özünün müasirinə əbədi yol yoldaşına çevrilə bilmişdir.
«Leyli və Məjnun»dan «Koroğlu»ya qədərki yolda, üç əsrə bərabər bu üç on ildə ən müasir milli-peşəkar
Azərbayjan (həm də Yaxın Şərq) musiqisinin həm mənşəyi, həm də zirvəsi əks olunub. «Şeyx Sənan», «Rüstəm
və Söhrab», «Şah Abbas və Xurşudbanu», «Əsli və Kərəm», «O olmasın, bu olsun», «Arşın mal alan» -bu
əsərlər xalq musiqisinə sədaqətin, ağsaçlı müdrik bir folklor- muğam stixiyası ilə ən yeni dünya opera ənənəsi
arasında qaynağa, qovşağa doğru hərəkətin bir ifadəsidir. Poeziyada «Xəmsə»nin, dramaturgiyada «Təmsilat»ın
rolunu musiqidə Ü.Hajıbəyovun operaları oynamışdır. Onların məhz həyatda, xalqın ijtimai-mədəni tarixində və
taleyində xidmətini ən möhtəşəm sənət şedevrləri ilə müqayisə etmək mümkündür.
Əslində xəlqi, milli bədii şüur, intibah enercisinin Üzeyir miqyaslı nadir və universal simasına əvəz və tay
göstərmək çox çətindir. Öz fəaliyyət ehtiraslarının zənginlik və əlvanlığına görə XX əsrdə heç kəsi Üzeyir
Hajıbəyovla yanaşı qoymaq və belə demək mümkün deyil: «O olmasın bu olsun!» çoxəsrli bədii irsimizin
inkişafında Üzeyir milli bədii istedadın, sənətkarın və ijtimai xadimin tamamilə yeni tipini ifadə edirdi və XX
əsr ilk dəfə idi ki, milli tarixə həm də böyük musiqi əsri kimi daxil olurdu.
Həmin universal bədii dühada sanki iyirminji yüzillikdə bizim milli mədəniyyətin bütün sahələrdə gəlib
çatdığı zirvələr kəsişir: ijtimai-fəlsəfi fikirdə və dövlət təfəkküründə Nəriman Nərimanovun, bədii publisistikada
–Jəlil Məmədquluzadənin, komediyanəvisliklikdə Axundovun! İstinasız bütün sahələrdə şüur intibahının
musiqidə əksi, milli opera vüsətində simfonik, monumental ifadəsi –Üzeyir Hajıbəyov olur!
Ən qədim şey və folklor klassikamızı musiqi klassikasına o, çevirir. Muğam və Füzuli öz növbəti tarixi
rolunu, intibah missiyasını bu dəfə artıq müasir peşəkar musiqidə həyata keçirir.
Hadisə və münasibətlərin mürəkkəbliyi, obrazlar sıxlığı təsvir üsullarının daha effektli formalarına gətirib
çıxarır.
Əkrəm Əylislinin «dəhnə» povestində qoyulmuş problemlər və təsvir olunmuş qəhrəmanlar da bu
jəhətdən maraqlı görünürlərp. Əsərdə sücet adi bir hadisə ətrafında qurulur, uçəulmuş dəhnənin yenidən bərpası,
suyu sovulmuş arxa yenidən su gəlməsi kimi adi, kiçik bir hadisə ətrafında xarakterlrin izlənməsi və müəllifin
hadisə daxilində haşiyə çıxaraq qəhrəmanın bütün həyatını təsvir etməsi müasir nəsrin tələblərinə uyğundur.
Dəhnə öz şərti rolunu oynayaraq, qəhrəmanın xarakten nin açılması üçün bir vasitə olur, bu əhvalatla bağlı onun
daxili aləminə, yaddaşına gediş təşkil olunur, sonra isə əhvalatlar bir-birini əvaəz edir, daxili monoloqla yazıçı
təhkiyəsi üzvi surətdə birləşərək bir-birini tamamlayır. Müəllif bəzən ötəri çəkişmələrin və adi sözləşmələrin
təsvirinə yer versə də konfliktləri ijtimai yöndən mənalandırır, insanla onun mühiti arasında janlı əlaqə, körpü
yaradır. Şahsuvarın xaraktenini açmaq üçün Əkrəm şəhər-kənd, torpaq-təsərrüfat, rəhbər-kütlə və başqa qütbləri
təhlilə jəlb edir. xarakter həm xronoloci, həm də psixoloci yolla janlandırılır. Bir tərəfdən Şahsuvarın taleyi,
keçdiyi həyat yolu təsvir olunur, o biri tərəfdən dəhnə əhvalatı ilə bağlı başlanan daxili aləmin emosional-
psixoloci çalarları üstünlük qazanır.
Ümumiyyətlə, millətin və mədəniyyətin tarixləri bir-birindən heç vaxt ayrı olmayıb. İstiqlal və suverenlik
idealı həmişə əvvəljə ədəbi-mədəni fikirdə formalaşıb, yalnız sonra dövlət təfəkkürü, sosial-inzibati qurum və
siyasi recim gerçəkliyi kəsb edib. İndiki suveren Azərbayjanın da mənəvi memarları Axundovlar və Zərdabilər,
Əli bəylər və Ağaoğullar, Sabirlər və Javidlər, Nərimanovlar və Üzeyirbəylər, Jabbarlılar və Vurğunlar
olmuşlar. Onların içərisində Jəlil Məmədquluzadənin adı xüsusi yer tutur. XX yüzilliyin ən böyük şüarını hələ
əsrin əvvəlində hamıdan əvvəl, o, elan edib: «Vətən, vətən, vətən!» Millət, millət, millət! Dil, dil, dil!»
Bizim ədəbiyyatda ağlın dastanına zirvə- Nizamidir ; eşqin və qəmin fajiəsinə meyar Füzulidir; qeyritən
ağrısına, namus yanğısına timsal- Sabirdir; həm eşq, həm ağıl, həm də qeyrət üçün borjun, javabdehliyin
ölçüsünə əmsal Jəlil Məmmədquluzadədir! XX əsrdə onu «zəmanə özü, təbiət özü yaradır», üstəlik, tarix və
keçmiş də, orta əsrlər də XIX yüzil də Məmmədquluzadə də özünü yenidən dərk edir! Hətta bu gün də XXI
yüzilliyin astanasında da «Nə etməli?», «Nejə etməli?» suallarına ən yaxşı javabı Mirzə Jəlilin əsərlərində
tapırıq.
55
«Anamın kitabı»bütün dövrlərin «ana kitabı» olaraq qalır. «Kiçik adamları» və «artıq adamları»,
«ölüləri» və «diriləri», «saqqallı uşaqları» da millətə çevirən, xalqa öz «mən»ini genetik yox, milli səviyyədə
dərk etdirən ibrətli əsərləri bizə yaxın yüz ildə hamıdan çox və hamıdan kəskin Məmədquluzadə yazır. «Bir
millət gərək bir kitaba, bir amala tapınsın»- əsrin əvvəlinin bu Mirzə Jəlil təlimi doxsanınjı illərin də aktüal
fəlsəfi –elmi təlimi, «milli ideologiyası» olaraq qalır.
Ç.Aytmatovun «Əsrdən uzun gün» romanında da bir günün əhvalatı, adi dəfn mərasimi fonunda əsrimizin
ən jiddi problemlərinə, dövrün kəskin beynəlxalq ijtimai məsələlərinə toxunulur. Dəmir yolu fəhləsi Yedigeyin
düşünjələri, daxili monoloqu vasitəsi ilə yazıçı az qala bir əsrin hadisələrinə qiymət verir. Ən aktual problemlər
belə, qəhrəmanın düşünjələri süzgəjindən keçirilərək təhlil olunur. Bününla da yazıçı yüksək emosional
intonasiya ilə hadisələrin təhlilini verərək müasirlərimizin zəngin xarakterini açmışdır. Boranlı Yedigey obrazı
ilə yazıçı 20-ji yüzil kimi mürəkkəb dövrdə yaşayan narahat insanın dolğun xarakterini bütün injəlikləri və
fajiəviliyi ilə təsvir etmişdir. Bu əsərdə də publisistik pafos güjlüdür. Romanın publisistik tutumu heç də onun
bədii yükündən, çəkisindən az deyildir. Hadisələrin psixoloci təsvirində, xarakterlərin tamamlanmısanda, yazıçı
bədii detallardan ustalıqla stifadə edərək sənədli, real faktları qəhrəmanın duyğuları süzgəjindən keçirərək
məharətlə bədiiləşdirmişdir. Hətta mifik vasitələr, əhvalatlar belə qəhrəmanın psixikasına təsir edən real vasitə
kimi götürüldüyündən həm əsərə, həm də xarakterə bütövlük, tamlıq gətirmişdir. Xarakterdəki ziddiyyətlər onu
doğuran səbəblərlə birlikdə səjiyyələndirilmişdir.
Yuxarıda qeyd olunduğu kimi, son illərin bədii nəsrindəki xarakter bənzəyişlərini doğuran səbəblərdən
biri də obrazın ədəbi təjrübələr əsasında formalaşmasıdır. İnsan xaraktenini müəyyən edən bir çox jizgilər çox
zaman həyatdan deyil, ədəbiyyatın bəlli qəhrəmanlarından götürülür. Əsər ustalıqla işlənəndə bu jəhət əslində
ona daha da dolğunluq gətirməlidir, zəif işləndikdə isə qəhrəman özündən önjəliklərin köləsindən çıxa bilmir.
Tarix sübut etmişdir ki, qabaqjıl mədəniyyətlə möhkəm tellərlə bağlı olan, özündən əvvəlki əsrlərin
nəhəng simalarından hərtərəfli və mükəmməl öyrənən yazıçıların sənəti güjlü olur, belə sənətkarlar həyat və
mübarizə meydanında özünə layiq yer tuta bilir. M.Şoloxov rus mədəniyyətinin keçmişi ilə, xüsusən XIX əsr
rus ədəbiyyatı ilə olan əlaqəsindən danışarkən demişdir: «Elə yazıçılar var ki, onlara Tolstoy və Puşkin təsir
etmir. Vallah mənə bütün yaxşı yazıçılar təsir edir. bu yazıçıların hər biri özünə görə yaxşıdır. Bax, məsələn,
Çexov. Belə güman etmək olar ki, mənimlə Çexov arasında ümumi nə ola bilər? Lakin Çexov da təsir edir!
mənim və başqalarının nöqsanı bundadır ki, həmin yazıçılar bizə az təsir edir».
Buradan aydın olur ki, Səməd Vurğun nə üçün Nixami, Füzuli, Vaqif, M.F.Axundov, Sabir, Puşkin,
Qorki, Ostrovski və başqa böyük sənətkarlardan dönə-dönə və ilhamla bəhs etmiş, onlardan byrənməyə
çağırmışdır. Məhz bu jəhəti nəzərə alaraq S.Vurğun yazmışdır.
Unutmaq olmaz ki, doğrudan da biz
Böyük Sabirlərin varisləriyik.
S. Vurğun klassik Azərbayjan poeziyasının zəngin ənənəsindən nejə istifadə etmişdir? Bu zəngin irsə
əsaslanan Səməd Vurğunun yaradıjılığındakı novatorluq nədən ibarətdir?
1955-ji ilin aprelində Azərbayjan, Ermənistan, Gürjüstan Elmlər Akademiyalarının ijtimai bölmələrinin
birgə elmi sessiyasındakı nitqində S.Vurğun demişdir: «Mən həmişə belə bir fikirdəyəm ki, ədəbiyyatın əsil
inkişafı ən mütərəqqi və realist ənənələrin, estetik və bədii görüşlərin yeni tarixi şəraitdə ardıjıl və yaradıjı
inkişafı deməkdir».
S.Vurğunun keçmiş irsdən istifadə edərkən böyük sənətkarlardan həyat həqiqətlərinin real verilməsini,
gerçəklikdəki hadisələrin mahiyyətini, hansı yollarla işıqlandırmağı böyrənmiş və dövrün zamanın tələblərini
nəzərə almaqla onların yaradıjılığındakı humanizm, demokratizm, xəlqilik kimi nəjib jəhətləri inkişaf
etdirmişdir.
Sənətkarı yaraldan, yaşadan, ona yüksək hisslər və nəjib duyğular verən xalqdır. Hər bir böyük sənət
əsərinin mövzusu xalqın həyat və mübarizəsindən alınır. Belə əsərlərin yaşadan da xalq olur. Məhz buna görə də
Səməd Vurğun keçmiş irsə münasibətdə əsil xəlqilik məsələsini diqqət mərkəzində saxlayır və bu jəhətə xüsusi
fikir verməyi tələb edirdi.
Əlbəttə, sənətkar keçmiş irsdən öyrənərkən bu günün övladı olduğunu yaddan çıxarmamalı, texnologiya
əsrinin tələblərini rəhbər tutmalıdır. Bəşər fikrinin yaratdığı mədəniyyətin həqiqi və gözəl varisi olan müasir
mədəniyyət sənətkarı mütərəqqi, humanist inqilabi injəsənət və elm əsərlərinə məhəbbətlə yanaşır, hər jür qara
qüvvələrə və ijtimai bərabərsizliyə qarşı mübarizədə bu zəngin irsdən ehtiram və ehtirasla istifadə edir.
S.Vurğun yazır: «Müasir ədəbiyyat xalq idrakından, xalq mənəviyyatından danışdığı zaman, onun mənəvi
keçmişinə böyük bir hörmət və məhəbbətlə yanaşmalı tariximizin həyat və mübarizə səhifələrini ilham və ürəklə
vərəqləməlidir, lakin biz, tarixin uzaqlarına getdiyimiz zamanlarda belə, yenə öz əsrimizin övladı olduğumuzu
unutmalıyıq. İnkimşaf yalnız qabağa irəliyə getməkdir»
1
1
С.Вурьун. «биз вя тарихи кечмишимиз», «Ядябиййат» гязети, 27 ийул, 1945 ъи ил
56
Nizaminin, Füzulinin, M.F.Axundovun, M.Ə.Sabirin, J.Jabbarlının və başqalarının dahiliyi bunda idi ki,
onlar insana onun qüdrət və kamalına məhəbbət bəsləyir zəhmət adamını fiziki və mənəvi jəhətdən azad görmək
istəyirdilər.
Həmin sənətkarların böyüklüyü bir də bunda idi ki, onlar milli çərçivədə qapanıb qalmamış, dil və dini
fərqlərindən asılı olmayaraq başqa xalqlara da hörmət və ehtiramla yanaşmışlar. Yaranmışların ən qüdrətlisi, ən
şərəflisi, təbiətin ən mükəmməl əsəri insanı hesab edən dahi Nizami hamını azad görmək istəyir və deyirdi ki,
zənjinin dərisi qara olsa da ürəyi ağdır, təmizdir.
«Hər yerdə yükün ağırı yazıq yoxsulların boynundadır» deyən mütəfəkkir filosof M.F.Axundov insanları
hər jür zülmdən azad görmək istəyir, xalqların dostluq və qardaşlığını təbliğ edr, millətçilik yayan baxışları
jəsarətlə ifşa edirdi.
Məhz Azərbayjanın qədim və zəncin mədəniyyəti, xüsusən ədəbiyyatı ilə yaxından tanışlıq, bu
əbədiyyatın nəjib xüsusiyyətlərinə mükəmməl yiyələnmək S.Vurğunun dünyagörüşünün formalaşması, onun
böyük sənətkar kimi yetişməsində həllediji rol oynamışdır. «Yaxşılıq və həqiqi xalq sifətlərini öz yurdunda
anlamayan, öz ibtidai tərbiyəsində görməyən bir şəxs öz xalqının qədrini bilmədiyi kimi, başqasının da qədrini
dərk etməkdən məhrum olajaqdır. Sosializm şəraiti insanlara məxsus olan milli vüqar hisinin üfüqlərini qat-qat
genişləndirmişdir. Milli ideya məfkurəsi ilə silahlanmış bir insan, mən öz xalqıma nə dərəjədə xidmət edirəm?
Sualı ilə yanaşı, bütün insanlığa da nə dərəjədə o insan öz xalqının bütün dünya tarixində daha böyük şöhrət
tapmasına, daha çox hörmət qazanmasına xidmət etmiş olur. Xülasə olaraq, əsrimizin gənj insanı bütün dünyanı,
bütün bəşəriyyəti dərk etmək üçün yaşadığı torpağı, mənsub olduğu xalqı dərk etməli. Yalnız bu yolla da
insanlıq dərəjəsinə yüksəlməli, bütün xalqların mənəvi həyatının inkişafında iştirak etməlidir».
1
S.Vurğunun öz xalqının tarixinə açıq gözlə baxan, onun mədəniyyətində bəşər mədəniyyəti xəzinəsinə
daxil ola biləjək injiləri məharətlə seçməyi bajaran bir şəxsiyyət idi. O öz nəjib ruhunu, insanpərvər adətlərini öz
gənjliyində miras kimi yaşadan bir xalqı bəxtiyar xalq hesab edir, onu daha böyük gələjəyi olduğuna inanırdı.
2
Müasirlərimizin xarakteninin müəyyənləşdirilməsində keçmişə qayıdışlar, hadisə içərisində hadisələrin
təsviri son dövr nəsrimizdə daha çox müşahidə olunur. Bu jəhət və yenə yuxarıda qeyd etdiyimiz kimi, müasir
xarakteirn açılmasında mifik elementlərdən istifadə və s. Yusif Səmədoğlunun «qətl günü» romanında daha
qabarıqdır. Yazıçı xarakterin dolğun təsvirinə nail olmaq üçün bədii keçidlərdən, mifik metaforik vasitələrdən
ustalıqla istifadə edir, xarakteri bu günün və dünənin hadisələri fonunda geniş və inandırıjı təsvir etməyə nail
olur.
Şübhəsiz, tarix də sərvətdir, özü də milli-əxlaqi sərvətdir və yarım əsrdə unutduqlarımızın çoxu elə bu
sərvətlə bağlı olub. Vijdan və yaddaş-elmi dəyər və mənəvi sərvət kimi,humanitar təhlil və tədqiqatlarda heç də
həmişə iştirak etməyib.
Etiraf edək ki, lap dünənə qədər az qala qədim hun və uzaq Manna haqqında daha çox şey (fakt, sənəd,
həqiqət) bilirdik, nəinki ən yaxın tariximiz olan Azərbayjan Jumhuriyyəti haqqında ikinji tərəfdən, əslində
jumhuriyyət barədə heç qeyri-stereotip fərdi baxış, oricinal milli «təlim»də yaratmışdıq: əgər Azərbayjanın milli
dövlət qurujuluğu barədə müasir elmi fikir bu barədəki vulqar erməni millətçiliyinin məlum «konsepsiyasından»
mahiyyətjə fərqlənmirdisə, onu nejə «milli dövlətə dair milli təlim» saymaq olardı? Məhz Jumhuriyyəti və
M.Ə.Rəsulzadəni milli tarixdən və yaddaşdan silməklə biz yeni azərbayjançılıq təliminin və Azərbayjan dövlət
qurumunun banisi rolunu Stalinin adına yazmaq və beləliklə də onu qurama, saxta elan etmək üçün ən müasir
erməni millətçiliyinə əla şans, əlavə fürsət vermişdik!
İndi ijtimai elmlər qarşısında ehkamdan bu nankor neqativ yaddaşdan təmizlənməkdən vajib məqsəd
dayanmır. Məhz ehkamdan ayrılan müasir humanitar İntibah üç ünvana qayıtmaq əlaməti altında baş verir:
tarixə, ekologiyaya, bir də milli soya, kökə və təkrarsızlığa! Vahid ümumbəşəri tərəqqidə bu üç sabit, üç əzəli
istiqamətin üçünün də mənşəyi və ünvanı Demokratik Jümhuriyyətin istiqlal təlimində var. Yetmiş illik
yasaqdan və təhrifdən sonra indi bizə yenidən görünməyə başlayan yaxın milli tariximizin böyük həqiqəti-
Demokratik Respublikadır.
Demokratik respublika az yaşasada millətə müstəqillik nə olduğunu, azadlıq nə olduğunu öyrədə
bilmişdir. Həmin dövrün ziyalısı, yazıçısı, dövlət xadimidə Azərbayjan dövlətini təmsil etmişlər. Onlar keçmiş
ənənələrin saxlanılmasına, mədəni, bədii irsin qorunmasına çalışmışlar. Keçmişin bədii irsinin o jümlədən,
folklorun, xalq yaradıjılığının şair və yazıçıların əsərlərinin misilsiz rol oynadığı heç kimdə şübhə doğura
bilməz.
1
Бах: С.Вурьун. «Милли вцгар вя эянълик», «Коммунист» гязети, 1 октйабр, 1944-ъц ил
2
Ъ.Гулийев. Сямяд Вурьун йарадыъылыьында естетика мясяляляри. Б., 1966, с.22-23
57
1.13. Mədəniyyətin qorunması və müdafiəsi
Mədəni irsin mənimsənilməsi prosesi müəyyən xüsusiyyətlərə malikdir. Mədəni irsin rol və
əhəmiyyətinin dəyərləndirilməsinin müasir tendensiyası onları təkcə olduqları formada, ilkin vəziyyətlərində
saxlamaq, qorumaq deyil, həmçinin müasir həyatda onlardan istifadə etməyi bacarmaq təşkil edir.
Mədəni irs müasir mədəni hadisələrin funksiyalarını özündə cəmləşdirir. Bütün bunlarla yanaşı mədəni irs,
bədii dəyərlər köhnəlmə və deformasiyaya məruz qalır. Bu məruzqalma prosesinin ən əlverişli məqamlarından biri
mədəni irsin qorunması və müdafiəsinin təminidir. Bütün cəmiyyətlərdə bu prosesə diqqətlə yanaşılır. Bütün başqa
ölkələrdə olduğu kimi Azərbaycanda da mədəni irsin qorunması beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqə,
əməkdaşlıq nəticəsində həyata keçirilir. Belə ki, 1972-ci ilə Yuneskonun tərkibindəki ümumdünya mədəni və təbii
irsinin qorunması haqqında Konvensiya (1972-ci il) və Tarixi ansamblların qorunması üzrə tövsiyələr (1976)
hazırlandı. Konvensiyanın əsas nəticəsi beynəlxalq mədəni əməkdaşlıq sisteminin yaradılması oldu.
Komitənin ümumdünya mədəni irsinin siyahısına Azərbaycan memarlığının bir neçə abidə ansamblı və
abidəsi daxil edilmişdir. Bunlar aşağıdakılardır: Naxçıvanda Əcəmi yaradıcılığının şah əsəri Mömünə xatun və
Yusif ibn Küseyr türbələri, Bakıda Qız qalası, Şirvanşahlar sarayı ansamblı, Şəki Xan sarayı. Bu abidələrin
dünya mədəni irsinin siyahısına daxil olması həmin abidələrin sivilizasiyaların təsiri ilə əlaqələndirilərək onların
beynəlxalq səviyyədə müdafiəsini təmin edir.
Tarixi və mədəni sərvətlərin qorunması və müdafiəsi bir çox digər beynəlxalq aktların hazırlanmasını da
həyata keçirir. Bu mənada YUNESKO-nun sıx əməkdaşlıq apardığı təşkilatlardan biri də tarixi yer və tarixi
abidələrin qorunması üzrə Beynəlxalq şurası – İKOMOS-dur. Bu təşkilat 1965-ci ildə 88 ölkənin
mütəxəssislərinin səyi ilə yaradılaraq əsas məqsədi tarixi mədəni abidələrin bərpası və konservasiyasıdır.
İKOMOS-un təşəbbüsü ilə dünyada mühafizə işi ilə bağlı bir sıra təkmilləşdirici əhəmiyyət kəsb edən sənədlər
qəbul edilmişdir. Bunların arasında tarixi park və bağların qorunması üzrə Florenti Beynəlxalq Xartiya (1981),
Tarixi yerlərin müdafiəsi üzrə Beynəlxalq Xartiya (1987), Arxeoloji irsin istifadəsi və qorunması üzrə
Beynəlxalq Xartiya (1990) hazırlanmışdır.
Ümumdünya tarixi – mədəni irs məsələləri ilə məşğul olan və xüsusilə bərpa, konservasiya sahəsində
Benəlxalq tədqiqatlar aparan təşkilatlardan biri də Roma mərkəzidir (İKOMOS). Bu təşkilatın 80 ölkədən çox
nümayəndəsi mövcuddur. Bu mərkəz abidələrin qorunması, bərpası üzrə mütəxəssislərin hazırlanması,
tövsiyələrin tərtibinə nəzarət edir, elmi tədqiqatçıların fəaliyyətini əlaqələndirir.
Dostları ilə paylaş: |