1. Dilçiliyin obyekti, predmeti və vəzifələri



Yüklə 116,59 Kb.
səhifə3/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   2   3   4   5   6   7   8   9   ...   64
dilciliye giris imtahan suallari

4.Dil ictimai hadisə kimi
Dil nə fərdi, nə də bioloji hadisədir. İnsan cəmiyyətdən təcrid ola bilməz, fərdi istər-istəməz ictimai münasibətləri əks etdirir.Dilin ictimai mahiyyəti onun heyvanların səs siqnalizasiyası ilə müqayisəsində daha aydın görünür. Heyvanlar insan orqanlarına bənzər orqanlara,o cümlədən beyinə malikdir. İnsan onları müəyyən səs siqnallarına öyrədə bilir. Lakin heç bir heyvan konkret situasiya xaricində anlayışları bildirmək üçün nə səs siqnalları qəbul edir, nə də verir. Heyvanlar arasına düşmüş uşağın da insan kimi nə danışa bildiyi, nə də fikirləşə bildiyi müşahidə edilmişdir.
Dilin ictimai təbiəti hər şeydən əvvəl onun xalqla - həmin dilin, onun normalarının, xüsusilə ədəbi-yazılı dilinin yaradıcısı və daşıycısı ilə əlaqəsində özünü göstərir. Ümumi dilin mövcudluğu dilin ictimailiyinin ali təzahürüdür. Dilin ictimailiyi onun sosial diferensiasiyasında, sosial və ərazi dialektlərinin olmasında da təzahür edir.
Dialekt öz-özlüyündə dil təşkil etmir, o, bu və ya digər dilin bir hissəsidir.Yerli dialekt bu və ya digər ərazidə yayılmış fonetik, leksik ve qrammatik xüsusiyyətlərin məcmusudur. Dialekt xüsusiyyətləri ədəbi norma sərhədləri xaricindədir. Lakin onlar bədii ədəbiyyatda personajların nitqində təsadüf edilə bilər. Belə sözlər dialektlizmlər adlandırılır.Leksik ve semantik dialektizmlər ele dialekt sözlər və mənalardır ki, onlar bədii əsərin mətninə yerli kolorit yaratmaq üçün, personajların nitq xarakteristikasını açmaq üçün daxil edilir.
Dilin ictimailiyi professional leksika və yalnız sosial qrupların nitqini xarakterizə edən deyil, həm də ümumi dilin, onun ədəbi-yazılı normasının tərkibi hissəsi olan terminologiyanın olmasında da təzahür edir. Dil ümumxalq mahiyyətlidir. Dilin dialekt və professional variasiyalarının olması onu ümumi xassələrdən məhrum etmir. İctimai təzahür kimi dilin müstəqilliyi dövlət dilinin və insanların dil əsasında birləşmiş qruplarının üst-üstə düşməməsində də özünü göstərir.
5.Dil və təfəkkür
Dil fikir mübadiləsi ve onları sonrakı nəsillər üçün saxlama aləti olaraq milli mədəniyyət forması kimi bilavasitə şüur və təfəkkürlə bağlıdır, «Fikir», «şüur> və < terminleri çox zaman sinonim kimi işlənir ve insanın şüurda obyektiv gerçəkliyin inikasından ibarət olan mənəvi fəaliyyətini bildirir. Lakin «şüur> termini xüsusi mnənada da işlədilir. Şüur, birincisi, insanın psixi fəaliyyətinin məcmusunu bildirir. Buraya insan zəkası, hissləri, iradəsi daxildir (təfəkkür isə düşünmə ve mühakimə etmə üsuludur). İkincisi, şüur insanın nəzəri və praktik fəaliyyətinin nəticəsi, insan, cəmiyyət, xalq tərəfindən öz varlığını və dünyaya münasibətini dərk etməkdir.Fikir təfəkkürün konkret nəticəsidir.
Təfəkkür düşünmək və mühakimə etmək, nəticə çıxarmaq ve qiymət vermek bacarığı kimi obrazlı, texniki ve məntiqi ola bilər. Obrazlı təfəkkür qavrayışın canlılığını, təsəvvür, anlayış və qiymətləndirməni nəzərdə tutur. O, öz ifadəsini poetik nitqdə, bədii əsərlərdə, təsviri incəsənatdə, musiqi, memarlıq və s.-də tapır.
Texniki təfəkkür obraz və anlayışı onların texniki təcəssümü ilə birləşdirir.Məntiqi təfəkkür anlayış və mühakimələrin düzgün işlədilməsinə ciddi əməl edilməsi üzərində qurulmuşdur.
Dil bütün təfəkkür növlərinin vasitəsi və alətidir. O, ilk növbədə lüğət tərkibi ilə şüuru maddiləşdirir və ifadə edir. Sözlər əşyalar aləminə və anlayışlar aləminə yönəlmişdir. Sözlər əşyaları adlandırır və bilikləri ifadə edir


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin