29.Kombinator fonetik proseslər: assimilyasiya, dissimilyasiya Nitq zəncirində səslərin öz görkəmini dəyişməsi fonetik (səs) proseslər adlanır. Fonetik proseslərə qonşu səslərin artikulyasiyasının başlanğıcı və sonunun qarşılıqlı təsiri səbəb olur. Buna görə də fonetik proseslər kombinator proseslərə və mövqe ilə bağlı proseslərə ayrılır. Kombinator fonetik proseslər əsasən samitləri əhatə edir. Əsas kombinator proseslər assimilyasiya, dissimilyasiya və akkomodasiyadır.
Assimilyasiya qonşu samitlərin rekursiyası və ekskursiyasının bir-birinə qarşılıqlı təsiri, qonşu samitin ekskursiyası və ya rekursiyasının bir-birinin üzərinə qoyulması nəticəsində baş verir .Nitq səsinin artikulyasiyasında üç faza vardır: ekskursiya — lat. excursio “irəli çıxma” başlanğıc, davamlılıq və rekursiya — lat, recursus “qayıdış” . Assimilyasiya qonşu səslərin artikulyasiyanın hansı komponentindəsə uyğunlaşmasıdır, Çox vaxt samitlər cingiltililiyi-karlığı və qalınlığı-incəliyinə görə uyğunlaşırlar.
Assimilyasiya tam və yarımçıq (natamam), proqressiv (irəli) və reqressiv (geri) olurlar.Tam assimilyasiya zamanı uyğunlaşan səs uyğunlaşdığı səslə tam eyni olur.Natamam assimilyasiya zamanı artikulyasiyanın yalnız bir komponentində uyğunlaşma baş verir.
İstiqamətinə görə assimilyasiya irəli və geri (proqressiv və reqressiv) olur. Geri assimilyasiya zamanı sonrakı samitin ekskursiyası əvvəlki samitin rekursiyasının üzərinə düşür. Proqressiv və ya irəli assimilyasiya zamanı əvvəlki samitin rekursiyası sonrakı samitin ekskursiyası üzərinə düşür:
Dissimilyasiya Zamanı (o, assimilyasının əksidir) qonşu samitlərin artikulyasiyasında fərqləşmə baş verir.Akkomodasiya qonşu sait və samitlərin bir-birinə qarşılıqlı təsiridir .
30.Mövqe ilə bağlı fonetik proseslər Mövqe ilə bağlı əsas fonetik proseslərə vurğusuz samitlərin reduksiyası sait harmoniyası, cingiltili samitlətin sözün sonunda karlaşması, sözün əvvəlində səs artırılması və ya, əksinə, səs düşməsi aiddir,
Söz vurğusunun meydana gəlməsi yalnız vurğulu deyil, həm də vurğusuz saitlərin meydana çıxmasına səbəb oldu.Vurğusuz saitlər reduksiyaya ,yəni səsin zəifləməsinə və keyfiyyətinin dəyişməsinə məruz qalır.Reduksiya kəmiyyətcə və keyfiyyətcə ola bilər.
Kəmiyyətcə reduksiya zamanı vurğusuz saitlər davamlılıq və gücdə itirərək,öz tembrini saxlayır.Bu ukrayn dili üçün xarakterikdir.(a),(o),(e) saitləri vurğusuz mövqedə öz keyfiyət xarakteristikalarını saxlayaraq,yalnız kəmiyyətcə dəyişir.
Keyfiyyətcə reduksiya zamanı vurğusuz saitin nəinki davamlılığı və gücü, hətta tembri də dəyişir. Reduksiyanın gücü hecanın vurğuya nəzərən vəziyyətindən qalın-incə əhatədən və hecanın örtüklü qapalı olmasından asılıdır.
Sinharmoniya (saitlərin harmoniyası) mövqe ilə bağlı fonetik proses kimi türk və fin-uqor dilləri üçün xarakterikdir və dilin iki xüsusiyyətinə əsaslanır. Birinci xüsusiyyət ondan ibarətdir ki, söz bu dillərdə kök ilə başlanır və suffikslər ona ardıcıllıqla qoşulur, məs: ev-lər-imiz-in. İkinci xüsusiyyət saitlərin ön və arxaya sıraya görə qarşı qoyulmasıdır, ona görə də sözdə eyni sıradan olan saitlər işlənir:evimiz, bağlarda, üzümçülərdə. Alınma sözlər də əsasən sinharmoniya qanununa tabe olurlar.