33.Fonemin perseptiv və siqnifikativ funksiyaları Fonem perseptiv və siqnifikativ funksiyalara malik olur. Nitq səsləri eşitmə orqanları vasitəsilə qavrandığından düşüncə faktı olur, danışanların dil düşüncəsində nitq səslərinin nümunələri (etalonları), onların ümumi təsəvvürləri olur, Xüsusi aparatlar nitq səslərinin çox əlamətini müəyyənləşdirsə də, onların heç də hamısı deyil, yalnız nümunə-fonemə müvafiq gələn, perseptiv funksiyaya, yəni qavrayışa çatdıra bilmə funksiyasına malik səslər qavranır.
Fonemlər bir-birindən yalnız akustik-artikulyasiya əlamətləri ilə deyil, həm də morfemləri və sözləri fərqləndirmək, onların işarələnməsində iştirak etmək, yəni siqnifikativ funksiyaya malik olmaq qabiliyyəti ilə fərqlənirlər. Məsələn, dar və tar sözləri ilk samiti ilə, diz və duz sözləri isə saiti ilə fərqlənir. Lakın siqnifikativ (mənafərqləndirici) funksiyaya malik olaraq fonemlər sözlərin yalnız səs cildini fərqləndirir və yalnız bu mənada mənanın ifadəsində iştirak edirlər.Sözlərin müxtəlif səslərdən ibarət olmalarından daha çox,müxtəlif anlayışlar ifadə etmələrinə görə fərqlənirlər:ona görə də dez,doz,dəz və s.səs cildləri Azərbaycan dilinin fonemlərindən ibarət olsalar da,söz deyillər.Səs cildi(fonetik səs) və anlayışın prinsipial şəkildə üst-üstə düşməməsi sözlərin çoxmənalılığı,sinonimlik və ononimlik hadisələrində aydın ifadə edilir.
34.Fonotaktika anlayışı Fonotaktika fonologiyanın bir bölməsi kimi söz və morfemlərin tərkibində
fonemlərin müxtəlif mövqelərdə birləşməsini məhdudlaşdıran qaydalardır. Fonotaktika fonetik məhdudiyyətlər vasitəsilə hecanın, samitlər qrupunun və
saitlərin ardıcıllığının yol verilən strukturunu müəyyən edir. Fonetik məhdudiyyətlər
ciddi şəkildə dildən asılı olur.Hər dildə xüsusi fonotaktik qaydalar mövcuddur. Onlar fonem və allofon qaydalarına bölünür. Fonem qaydaları hansı fonemlərin birləşə bilmələrini,hansıların isə birləşə bilməmələrini (kombinator qaydalar), bu və ya digər fonoloji mövqelərdə fonemlərin işlənməsinə hansı məhdudiyyətlər qoyulduğunu (mövqe qaydaları) müəyyən edir.Azərbaycan dilində sözün ilk hecasının anlautunda /ı/ və /ğ/ səslərinin işlənməsinə yol verilmir. Əsil azərbaycan sözlərinin ilk hecasının anlautunda /r/ və/j/ işlənə bilməz. Bütün bunlar mövqe qaydalarıdır.
Allofonik taktika isə bu və ya digər birləşmə və mövqelərdə fonemlərin hansı variantlarının (allofonlarının) işlənməsini müəyyən edir. Məsələn, rus dilində burun samitlərinin olduğu birləşmələrdə saitlər nazallaşır, yəni öz nazallaşmış variantlarında, Azərbaycan dilində auslautda /q/ fonemi /ğ/ allofonu, /k/ fonemi isə /y/ allofonu ilə çıxış edir.
Tonal fonotaktika qaydaları da vardır. Tonal dillərin əksəriyyətində bu qaydalar
allofonik xarakter daşıyır, yəni müəyyən tonal əhatədə ton öz müvafiq variantında
çıxış edərkən həmin qaydalar tonların qarşılıqlı əlaqəsinin qanunauyğunluqları,
eləcə də mövqedən asılı olaraq (ilk heca, sonuncu heca və s.) tonun variantının
seçilməsi qaydaları kimi realizə edilir. Bəzi tonal dillərdə tonların qarşılıqlı
əlaqəsinin fonoloji qaydaları da vardır. Bu qaydalara görə, tonlar müəyyən mövqedə
birləşə bilə / birləşə bilməyə və ya hecanı xarakterizə edə / etməyə bilər.