35.Əsas morfonoloji təzahürlər
Morfonoloji təzahürlər fonologiya və morfologiyanın kəsişdiyi məqamlarda baş verir.Bu morfoloji cəhətdən şərtlənən fonoloji vasitələrin fəaliyyət qanunauyğunluqlarıdır.Morfonologiyaya sinxron qrammatik prosesləri müşayiət edən fonoloji qaydalar aiddir.Morfonoloji dəyişmələr qrammatik mənaların ifadəsinə xidmət edən dəyişmələr deyil,yalnız qrammatik prosesləro müşayiət edən dəyişmələrdir.Morfemlərin səs tərkibi,heca strukturu,morfemika düzümündəki hecalanma,səs dəyişmələri,fonetik hadisələr və bunların qrammatik semantikya münasibəti morfonologiyada öyrənilir.
Morfonoloji qaydalardan ən sadəsi morfonoloji dəyişmədən irəli gələn dəyişməyə əsaslana bilər.Bu baxımdan 3 qayda müəyyənləşdirilir:alternasiya(səs əvəzləməsi),eliziya(bir və ya bir neçə fonemin düşməsi),auqmentasiya(bir və ya bir neçə fonemin əlavə edilməsi).metataza(fonemlərin yerdəyişməsi).
Alternasiya -Azərbaycanda alternasiyaya samitlərin novlaşması və cingiltiləşməsi aid edilə bilər.
Eliziya və auqmentasiya-Onların tərkibində fonemlərdən biri və ya bir neçəsinin olması-olmaması ilə fərqlənirsə morfonoloji prosesin eliziya və ya auqmentasiya olması morfonoloji törəməliyin istiqamətindən asılıdır:Əgər əsas variantın eksponenti “daha tam” fonem tərkibinə malikdirsə,bu eliziyadır,variantların əks münasibətində isə auqmentasiya ilə qarşılaşırıq.Azərbaycan dilində auqmentasiya daha çox alınma sözlərdə morfem hüdudlarında məhdudlaşır.
36.Yazının növləri
Səsli nitq ilə müqayisədə yazı əlavə ünsiyyət vasitəsidir. Yazı fikri başqa tayfaya, gələcək nəsillərə çatdırmaq zərurətindən yaranmışdır. Öz funksiyasına görə yazının ən qədim növləri müraciətnamələr və başdaşı yazısı vəya kitabələrdir. İnsan cəmiyyətinin inkişaf etməsilə yazının artıq yaranmış növləri də inkişaf edir və təkmilləşirdilər, yeni yazı növləri yaranır, onun funksiyaları genişlənirdi.
Piktorqafiya. Yazı öz tarixinin başlanğıcını əşya simvolikasından götürür. Yazının ilk tarixi tipi piktorqrafiya, Yəni şəkli yazı olmuşdur. Piktoqramlar mağaraların, qayaların və daşların üzərində, heyvan büynuzları və sümüklərinin, toz ağacı qabığının üzərində əvvəlcə cızılır, sonra isə şəkil kimi çəkilirdi. Bəşər tarixinin müxtəlifliyini əks etdirən piktoqramlardakı təsvirlər özləri də müxtəlifdir.
İdeoqrafiya. Şəkil mahiyyətini itirərək piktoqramlar motivləşməyən işarəyə və bununla da zeoqrama (yunan, anlayışların yazılması) çevrilir. Bu o vaxt baş verir ki, dövlət və məbəd təsərrüfatını idarə etmək və onun hesabatım aparmaq üçün, qanunların və ayin mətnlərinin yazılması üçün yazıya ehtiyacı olan dövlət yaranır. Ən qədim ideoqrafik yazı sistemləri Misir, şumer, Çin, atstek, mayya ideoqrafik yazıları hesab olunur. Ən qədim ideoqrafik yazının analizi göstərir ki, ideqoram şəkil və piktoqram bazasında, xüsusilə də konkret anlayışları, məsələn, ev, insan, su kimi anlayışları bildirən zaman yaranmışdır. Məsələn, Misir heroqlif yazısı və şumer mixi yazısında
Fonoqrafiya.Piktoqram və ideoqramlardan fərqli olaraq hərf əşya-anlayış məzmununa malik olmur. Hərfin cmənaəsı sözü və ya onun bir hissəsini adlandırmaq üçün tələffüz edilməsi zəruri olan səs və ya hecaya işarədir, Yazının sözlərin tələffüzünü əks etdirən tipi fonoqrafiya adlanır. Fonoqrafiyanın iki əsas növü vardır: konsonant-səs (heca) yazısı və vokal-səs yazısı. Vokal-səs yazısına (və ya hərf-səs yazısına) ingilis və rus yazılarını misal göstərmək olar. Burada hərflər əsasən nitq səslərini bildirir. Heca yazısına hind yazısı devanaqari, ərəb və Efiopiya yazısı, yapon yazısı kanna və Koreya yazısı kunmun nümunə ola bilər.
Dostları ilə paylaş: |