40.Transkripsiya və transliterasiya
Transkripsiya hərf yazısının xüsusi növüdür. O, bu və ya başqa dilin, dialektin, fərdi nitqin səslərinin düzgün verilməsi üçün tətbiq edilir. Transkripsiya termini özü latın dilindəki transcipcio (hərfən borcun köçürülməsi) sözündən yaranmışdır. Transkripsiyanın yaranması səbəbi odur ki, müasir hərfi yazı səslənməni yalnız bəzi hallarda, orfoqrafiyanın fonetik prinsipi istifadə olunan zaman əks etdirir. Yazılış və oxunuş qaydaları üst-üstə düşmür.
Fonetik transkripsiyanın işarələri kimi müasir latın və kiril əlifbalarının hərfləri, eləcə də əlavə hərflər və diakritik işarələr çıxış edir. Latın əlifbasındakı hərflər əsasında Beynəlxalq fonetika assosiasiyasının (BFA) fonetik əlifbası — BFA transkripsiyası yaradılmışdır. Fonetik transkripsiyanın başlıca qaydası ondan ibarətdir ki, transkripsiya işarələri kimi qəbul edilmiş hərflər yalnız bir səs mənasına malik olur.Transkripsiya edilən işarələr, sözlər və ya mətn kvadrat mötərizəyə alınır,
Fonetik transkripsiya ilə yanaşı, fonetikada fonematik transkripsiya da mövcuddur. Fonetik transkripsiya sözlərin və frazaların tələffüzünü bildirirsə, fonematik transkripsiya onların fonem tərkibini göstərir.. Fonetik transkripsiya kvadrat mötərizə ilə, fonematik transkripsiya isə sınıq mötərizə ilə verilir.
Transliterasiya hərfi yazılışın bir dildən başqa dilə, bir qrafikadan başqa qrafıkaya köçürülməsədir. Translirterasiya alınma və kalka edilmiş sözlərin yazılması, xüsusi adların yazılması zamanı çox vacibdir. Şəxs adlarının transliterasiyasının çətinliyi ondadır ki, onları həm yazılışına, həm də tələffizünə görə transliterasiya etmək olar:Şekspir və Didro yazılışlarında mənbə dilin və vasitəçi dilin həm qrafika, həm də tələffüz xüsusiyyətləri nəzərə nəzərə alınmışdır. Məsələn, fransız oxunuş qaydaları Didero sözünü Didro kimi transliterasiya etməyə əsas verir.
41.Leksem anlayışı
Söz və leksem terminləri bir çox hallarda eyni bir dil faktını bildirirlər.Məsələn ev həm söz,həm də leksemdir,ilə,görə və s.sözdür ,lakin leksem deyildir.Leksem termini törəmə adlarda bildirə bilər.Leksem dilin fonetik və qrammatik xassələri ilə sıx bağlıdır.O sözün leksik mənası ilə səs cildinin vəhdəti kimi çıxış edir.
Leksem söz vəya leksem əsas sözdür,o əşyalara işarə edir və onlar haqqında anlayışları bildirir.,o cümlə üzvü kimi çıxış edə və cümlə yarda bilər.Sözlərin morfoloji və sintaktik xassələrini leksikologiya yalnız müəyyən dərəcəyə qədər öyrənir,çünki söz leksem kimi leksemin və sözün formasının vəhdəti olan söz forması kimi çıxış edərək dilin qrammatik quruluşu ilə bağlıdır.
Kitab təkcə leksem deyil,həm də ismin tək formasının adlıq halındadır.Sözün forması leksik mənanı saxlayaraq müxtəlif qrammatik mənalar ifadə edir.Leksik mənanın və sözün formasının vəhdəti söz forması adlanır.
Sözün formaları sadə və törəmə olduğu kimi,normativ vahidlər də sadə(sintetik) və törəmə (analitik) olur
Dostları ilə paylaş: |