1. Dilçiliyin obyekti, predmeti və vəzifələri



Yüklə 116,59 Kb.
səhifə31/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   27   28   29   30   31   32   33   34   ...   64
dilciliye giris imtahan suallari

56.Morfem anlayışı
Morfemlər dilin minimal vahididir.Sərbəst işlənə bilən söz və cümlədən fərqli olaraq,morfem sözün və söz formasının tərkib hissəsi kimi çıxış edir.Söz dilin nominativ vahidi,cümlə onun kommunikativ vahidi,morfem isə nizami vahididir;morfem qrammatik vahidlərin ifadə vasitəsidir.
Morfemlər dilin ikitərəfli vahididir:onlarda iki tərəf vardır-semantik(məzmun planı) və fonetik(ifadə planı).Morfemin semantik və fonetik tərəflərinin qarşılıqlı münasibətləri,onların variantlılığı müxtəlif cür ola bilər.Morfemin strukturunu dəqiq təsvir etmək üçün morf və sema anlayışları müəyyənləşdirilmişdir.
Morf morfemin konkret variantına deyilir.Sema morfemin semantik tərəfinin ən kiçik vahidinə deyilir.Morfemlər monosemalı(birmənalı) və polisemalı(çoxmənalı) olur.Fleksiya polisemalı şəkilçi,formadüzəldici suffiks isə monosemalı şəkilçidir.


57.Morfemin ifadə planı və məzmun planı
Morfemlər dilin ikitərəfli vahididir:onlarda iki tərəf vardır-semantik(məzmun planı) və fonetik(ifadə planı).Morfemin semantik və fonetik tərəflərinin qarşılıqlı münasibətləri,onların variantlılığı müxtəlif cür ola bilər.Morfemin strukturunu dəqiq təsvir etmək üçün morf və sema anlayışları müəyyənləşdirilmişdir.
Semantik və fonetik tərəflərin əlaqəsi nə qədər itirilə, dağıla bilərsə, dildə o qədər də ikitərəfliliyi pozulmuş morfemlər, məsələn, sıfır morfemləri yarana bilər. Sıfır morfemləri morfsuz, yəni maddi (fonetik) ifadəsiz morfemlərə deyilir.
Qrammatik mənaların göstəricisi kimi fleksiynanın olması ona gətirib çıxarır ki, bütün dəyişən sözlər qrammatik mənaları hətta bu və ya digər formanın ayrıca olaraq bu və ya digər səslə ifadə edilmiş fleksiyası olmadığı zaman da əldə edirlər. Rus dili üçün xarakterik olan sıfır fleksiyası bir sıra formaların əmələ gəlməsində müşahidə edilir. Ö, aşağıdakı qrammatik mənaları ifadə edə bilər:
- qrammatik cins mənası,
- kəmiyyət mənası
- hal mənası


58.Morfemin tipləri
Morfemlərin tipləri, Morfemlər onların dildəki təyinatına görə üç tipə bölünür: 1) köklər, 2) əsaslar, 3) affikslər.
Kök sözdüzəldici yuva əmələ gətirən bütün qohum sözlərin ümumi hissəsidir. Kök törədici əsas kimi işlənə və törədici əsasın tərkibinə daxil ola bilər.Kök təkcə sözdüzəldici yuvanın mərkəzində deyil, həm də leksik mənanın ifadəsi və formalaşmasını mərkəzində yerləşir. Ona görə də köksüz dil yoxdur, sözlər kökə bərabər ola bilər .Sözün zəruri hissəsi olaraq və çoxlu sayda sözlərdə təkrar edilməklə kök ən müxtəlif fonetik və semantik dəyişikliyə məruz qalır.
Əsas bilavasitə əlaqədə olan sözlərin və sözlərin formalarının ümumi hissəsidir. Əsas müəyyən sözün bir tərəfdən leksik mənasını, digər tərəfdən isə onun ümumi qrammatik mənasını ifadə edir. Törəmə morfem olmaqla əsaslar sözlərin və onların formalarının əmələ gəlməsində müstəsna rol oynayır.

Köklər və əsaslardan fərqli olaraq affikslər yalnız qrammatik mənaya malik olurlar, buna görə də onlar köklər və əsaslar olmadan mövcud ola bilməzlər.


Affikslər dilin qrammatik vasitələrinin mühüm tipidir. Kök və əsaslarla işlənərkən tutduqları mövqeyə görə affikslər prefikslərə və postfikslərə bölünür.
Postfikslər sözdə kök və ya əsasdan sonra gələn affikslərə deyilir. Onlar suffikslərə və fleksiyalara bölünür .Suffikslər sözdüzəldici və formadüzəldici ola bilər
Prefikslər kök və ya əsasdan əvvəl işlənən affikslərə deyilir.Prefikslər qrammatik mənaların göstəricisi kimi,yəni formadüzəldici affiks kimi də işlənir.Hind-Avropa dillərində,bu nadir hallara təsadüf edilir.



Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin