61.Təkrarlar (reduplikasiyalar) Söz kökünün və ya əsasının sözdəyişdirici və sözdüzəltmə vasitəsi kimi tam və ya qismən təkrar edilməsi təkrar və ya reduplikasiya adlanır.
Əsasın adların cəm formasının ifadəsi üçün təkrar edilməsi İndoneziya dili və digər Avstroneziya dilləri,paleoafrika,eləcə də Çin,yapon,Koreya dilləri üçün xarakterikdir.İndoneziya dilində orang-orang “insanlar,adamlar”,kota-kota“şəhərlər”,lelaki “kişi”,Çin dilində sin-sin “ulduzlar”,buşmen dilində ka-ka “əllər”,tu-tu “ağızlar” adların cəm formasının təkrarla ifadə edilməsinə nümumə ola bilər.Azərbaycan dilində həm tam,həm də natamam təkrardan istifadə olunur.
62.Affikslərin əsas birləşmə üsulları: flektivləşmə və aqqlütinativləşmə Affikslər bir- birindən həm onların birləşmə texnikasına,həm də yerinə yetirdikləri funksiyalara görə fərqlənir.Sözün bütün bu formaları sözdəyişdirici əsasa affikslərin artırılması yolu ilə düzəlmişdir.
Fleksiya və ya sözdəyişdirici suffiks çoxmənalıdır,çünki bir neçə mənanın göstəricisidir;suffiks birmənalıdır.Flektiv formalardan fərqli olaraq,aqqlütinativ formalar bir sıra birmənalı suffikslərdən ibarət olur.Aqqlütinasiya zamanı söz suffikslərin bir-birinə yapışaraq,hər biri öz qrammatik mənasını ifadə edərək bir-birinin dalınca düzülməsi yolu ilə dəyişir.Fleksiyanın morfoloji variantları olur.Fleksiya əsas və ya kök ilə sıx bağlı olur.Ona görə də hər bir aqqlütinativ forma daha müstəqildir və affikslərlə mürəkkəbləşdirilmədən işlənə bilir.
Aqqlütinasiya zamanı kökün belə dəyişməsi və suffiks və kökün belə yapışması baş vermir.Kök bir qayda olaraq öz müstəqilliyini saxlayır,suffiks isə kökə birləşir və bu zaman assimilyasiya prosesinə və sait harmoniyasına uyğunlaşır.Aqqlütinativ tip dilin elə quruluşu adlanır ki,bu zaman sözün formaları və yeni sözlər birmənalı suffikslərin ardıcıllıqla birləşməsi yolu ilə yaranır.
63.Qrammatik kateqoriyalar Dilçilikdə həmcins qrammatik hadisələrin məcmusuna qrammatik kateqoriya deyilir. Bəzi qrammatika kateqoriyalar yalnız bir nitq hissəsinə aid olur (məsə-lən, zaman və felin məna növləri kateqoriyası yalnız felə aiddir), bəzi katcqo-riyalar iki nitq hissəsinə aid olur (məsələn, dərəcə kateqoriyası sifət və zərfə aiddir). Bəzi qrammatik kateqoriyalar isə eyni zamanda bir ncçə nitq hissəsinə aid olur. Belə qramm atik katcqoriyalar ümumi qrammatik kateqoriyalar adla-nır. Ümumi qrammatik kateqoriyaiar öz formal xüsusiyyətlərinə görə (kök vəşəkilçilərə aynlmaqlanna, şəkilçi qəbul etm ələrinə görə - ümumiyyətlə, dəyişmə xüsusiyyətlərinə görə) morfoloji kateqoriyalardır, lakin vəzifələrinə, funksiyalarına görə - sözlər arasında əlaqəlarına, sözlərin birləşmələrinə xidm ət ctdiklərinə görə sintaktik katcqoriyalardır. Bu nöqteyi nəzərdən də həm morfolo-ji, həm də sintaktik kateqoriya olm aq baxımmdan da onlara ümumi qram-m atik katcqoriya demək olar.
Qədim türk yazısı abidələrinin dilində dörd ümumi qrammatik kateqoriya vardır:
1. Kəmiyyət kateqoriyası;.
2. Mənsubiyyət kateqoriyası;
3. Hal kateqoriyası;
4. Xəbərlik kateqoriyası.