1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Sözlərin nitq hissələrinə görə təsnifi prinsipləri



Yüklə 116,59 Kb.
səhifə35/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   31   32   33   34   35   36   37   38   ...   64
dilciliye giris imtahan suallari

66.Sözlərin nitq hissələrinə görə təsnifi prinsipləri
Nitq hissələri iki əsas sinfə bölünür: əsas sözlər və köməkçi sözlər .Əsas sözlər cümlə üzvü ola bilər və ayrı-ayrı anlayışları bildirir.Bu anlayışlar əsas sözlərin mənasıdır. Bu sözlər analitik formalar, söz birləşmələri və cümlələr düzəldə bilir.Beləliklə, əsas sözlərlə köməkçi sözlər arasında fərq funksional-qrammatik fərqdir: onlar təyinatı, məna tipi və sözdüzəldici xassələri ilə fərqlənirlər.
Əsas nitq hissələri adlar və fellərdir.Onlar cümlənin zəruri komponentləridir.Onların sözdüzəldici və sözdəyişdirici modelləri,morfoloji xüsusiyyətləri olur.Adlar əşyaları və onların daimi əlamətlərini bildirir.Buna görə də onlar isimlərə və sifətlərə ayrılır.İsimlər əşya bildirir və cümlədə mübtəda və tamamlıq mövqeyində çıxış edir.Sifətlər əşyanın əlamətini bildirir,cümlədə və söz birləşməsində ismin təyinedicisi kimi çıxış edir.Onların xüsusi sözdüzəltmə affiksləri və müqayisə dərəcələri vardır.
Saylar leksik baxımdan qapalı qrup olmaqla,bəzi dillərdə xüsusi nitq hisssəsi kimi çıxış edir.
Fellər hal və hərəkət bildirir.Təsriflənən və təsriflənməyən fellərə ayrılır.Fellər zamana görə dəyişən hərəkət bildirərək cümlədə xəbər mövqeyində çıxış edir.Buna görə də zamana və şəxsə görə dəyişə bilir.Felin təsriflənməyən formalarına feli sifət,infinitiv,cerund,feli bağlama daxildir.
Isim və sifətin sözönülü və sözönüsüz formaları əsasında yaranan leksik-qrammatik söz qrupu zərf adlanır.Zərflər təsriflənmir,hallanmır,xüsusi sözdüzəltməyə və hərəkət və ya halın əlamətini bildirən zərfliyin sintaktik funksiyasına malik olur


67.Sintaktik vahidlər
Sintaktik kateqoriyalar dilin qrammatik quruluşunun kateqoriyaları kimi sintaktik vahidlərdə — söz birləşməsi, cümlə, sintaktik kontekstdə təzahür edir. Cümlədə təfəkkürün məntiqi formalarının, qrammatik formaların və sözlərin leksik-qrammatik qruplaşmalarının birləşməsi həyata keçirilir.
Sintaktik kateqoriyalar sintaktik vahidlərin üzvlənməsində, onların təsnifatında və sistematikasında müəyyənləşir. Sintaktik kateqoriyaları formal qrammatik və semantik-sintaktik əsasda müəyyənləşdirmək olar. Formal-qrammatik əsasda uzlaşma və koordinasiya, ad (isim) birləşmələri və feli birləşmələr, təktərkibli və cüttərkibli cümlələr, bağlayıcılı və bağlayıcısız mürəkkəb cümlələr kimi sintaktik kateqoriyaları ayırmaq olar. Semantik-sintaktik əsasda cümlənin baş və ikinci dərəcəli üzvləri, determinantlar, atributiv və adverbial söz birləşmələri, obyekt söz birləşmələri müəyyənləşdirilir. Funksional-semantik prinsip əsasında cümlənin ifadə məqsədlərinə görə tipləri - nəqli, sual və təşviq/təhrik cümlələri müəyyənləşdirilir.


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin