1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Dillərin quruluşuna görə tipləri



Yüklə 116,59 Kb.
səhifə43/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   39   40   41   42   43   44   45   46   ...   64
dilciliye giris imtahan suallari

82.Dillərin quruluşuna görə tipləri
Dillərin quruluşa görə təsnifində ənənəvi morfoloji bölgü öz gücünü saxlamaqdadır.Bütün dillər quruluşuna görə 4 müxtəlif qrupa ayrılır
1.Kök dillər
2.aqlütinativ dillər
3.Flektiv dillər
4.İnkorporativ dillər
Kök dillərə amorf,monosillabik ,cəzri,təcrid edilən və s.dillər də deyilir.Dillərin bu qrupu ,şəkilçisi olmayan,qrammatik vahidi yalnız leksik vahidlərdən,yəni köklərdən ibarət olan dilləri nəzərdə tutur.Bu dillərdə morfemin yalnız bir növü-kök morfemlər mövcuddur,şəkilçi morfemlər isə yoxdur.Kök dillərə nümunə Çin dilini göstərmək olar
Aqlütinativ dillərə aqlütinativləşən,iltisaqi,şəkilçili,şəkilçiləşən dillər də deyilir.Bu dillərdə bütün leksik-qrammatik ,yəni sözdüzəltmə və qrammatik,yəni sözdəyişmə əlaqələr,şəkilçi morfemlər vasitəsilə realizə olunur.Səciyyəvi xüsusiyyəti həmin dillərdə kök və şəkilçi morfemlər hər bir halda öz müstəqilliyini qoruyur.
Flektiv dillər sözün dəyişməsini nəzərdə tutur.Sözün dəyişməsi isə onun sonundakı şəkilçinin və ümumiyyətlə,sözün səs cildinin dəyişməsi ilə olur.Bununla əlaqədat fleksiyanın 2 növü var: xarici və daxili.Məsələn ; rus dili üçün xarici,ərəb dili üçün daxili fleksiya daha səciyyəvidir.
İnkorporativ dillər-bu tipə daxil olan dillərdə qrammatik mənanın ifadəsi inkorporasiya yolu ilə olur.Yəni ünsiyyət vasitəsi kimi çıxış edən xüsusi növ siqmatik vahidlər müxtəlif köklərin birləşməsindən əmələ gəlir.Həmin kökləri müstəqil sintaqmatik vahid,söz-cümlə kimi birləşdirən və formalaşdıran köməkçi ünsürlər olur.


83.Kök dillər və affiksal dillər
Kök dillərə amorf,monosillabik ,cəzri,təcrid edilən və s.dillər də deyilir.Dillərin bu qrupu ,şəkilçisi olmayan,qrammatik vahidi yalnız leksik vahidlərdən,yəni köklərdən ibarət olan dilləri nəzərdə tutur.Bu dillərdə morfemin yalnız bir növü-kök morfemlər mövcuddur,şəkilçi morfemlər isə yoxdur.Kök dillərə nümunə Çin dilini göstərmək olar.Kök dillərdə bütün qrammatik əlaqələr daha çox fonetik və sintaktik vasitələrlə həyata keçirilir.Həmin dillərdə özünü göstərən əsas qrammatik vasitələr söz sırası və intonasiyadan ibarətdir.Qrammatik mənaların ifadəsindəki məhdudluq bu dillərin fonetik quruluşunda bir sıra xüsusiyyətlərin yaranmasına səbəb olur.
Affikslər bir- birindən həm onların birləşmə texnikasına,həm də yerinə yetirdikləri funksiyalara görə fərqlənir.Sözün bütün bu formaları sözdəyişdirici əsasa affikslərin artırılması yolu ilə düzəlmişdir.
Fleksiya və ya sözdəyişdirici suffiks çoxmənalıdır,çünki bir neçə mənanın göstəricisidir;suffiks birmənalıdır.Flektiv formalardan fərqli olaraq,aqqlütinativ formalar bir sıra birmənalı suffikslərdən ibarət olur.Aqqlütinasiya zamanı söz suffikslərin bir-birinə yapışaraq,hər biri öz qrammatik mənasını ifadə edərək bir-birinin dalınca düzülməsi yolu ilə dəyişir.Fleksiyanın morfoloji variantları olur.Fleksiya əsas və ya kök ilə sıx bağlı olur.Ona görə də hər bir aqqlütinativ forma daha müstəqildir və affikslərlə mürəkkəbləşdirilmədən işlənə bilir.


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin