1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Dilin nominativ sintaktik tipi



Yüklə 116,59 Kb.
səhifə42/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   38   39   40   41   42   43   44   45   ...   64
dilciliye giris imtahan suallari

79.Dilin nominativ sintaktik tipi
Sintaktik tipologiya-qrammatik formaların və sintaktik əlaqə vasitələrinin müxtəlifliyinə baxmayaraq-cümlə və söz birləşməsində əks olunan məntiqi-semantik münasibətlərinin universallığına əsaslanır.Cümlələrin sintaktik tipologiyası müxtəlif əsaslar üzərində-cümlədə xəbərin forması,sintaktik əlaqə,məntiqi-semnatik münasibətlər üzərində durur.
Söz birləşmələri və cümlələrdə sintaktik əlaqələrinə görə bölünür: onları bütün sözləri ayrılan konstruksiyalara və əsasları inkorporlaşdıran konstruksiyalara bölürlər.
Dilin nominativ sintaktik tipi və ya sintaktik quruluşu ondan ibarətdir ki,subyektin ifadəsinin tipik forması adlıq haldadır,yəni nominativ;bu hal isə istər aktiv fəaliyyət gpstərən(hərəkəti icra edən )şəxs(agens),istərsə də passiv fəaliyyət göstərən(məruz qalan )şəxs(patsiens) ifadə edilir.

80.Erqativ dil tipi
Erqativ konstruksiyalarda hərəkətin icraçısının formalaşdırılması felin formasından asılı olur,subyekt yalnız adlıq hal ilə deyil,həm də erqativ hal ilə ifadə oluna bilər.Məsələn ,gürcü dilində Kats′-ma sahli aasena(Adam ev tikdi) cümləsində kats-ma mübtədası erqativ haldır,lakin Kats′-i sin movida(Adam evə gəldi) cümləsində kats′-i mübtədası adlıq haldadır.Kats′-i sahls asenebs(Adam ev tikir) cümləsində də subyekt adlıq halda ifadə edilmişdir.kats′-i -adlıq hal,sahls-tamamlığın halı kimi çıxış edən yönlük təsirlik hal.
Hal formalarının işlənməsi fel forması ilə,bu halda isə onun zaman forması ilə şərtlənir : xəbər-fel indiki zaman formasına(və ondan törəyən digər zaman formalarına)malik olduqda cümlə nominativ konstruksiya modelində qurulur; fel-xəbər aoristdə olduqda (və ya eyni zamanlar qrupunun formasına malik olduqda )subyekt erqativ hal ilə,obyekt isə adlıq hal ilə ifadə olunur.


81.Dillərin morfoloji tipləri
Dilçilikdə əsasən dillərin morfoloji təsnifatından istifadə olunur. Bu, onunla izah edilir ki, morfolofi sistem dilin ən dayanıqlı yarısudur, bundan başqa, həm də dillərin morfolofi tiplərinin sayı məhduddur və onlar sistematikaya salınması və təsnif edilməsi mümkün olan dayanıqlı əlamətlər toplusuna malik olur.
Morfolofi təsnifat sözün quruluşunda köklər və affikslərin qarşı qoyulmasına əsaslanır. XIX əsrin ortalarında alman komparativisti A.Şleyxer (1821-1868) Şleqel qardaşları və V.fon Humboldtun müşahidələrini ümurmiləşdirərək hesab edirdi ki, köklər mənanı, affikslər (suffikslər) isə münasibəti ifadə edir. Üç morfoloji tip olduğu göstərilir: kök (təcridedən) tipi, aqqlütinativ (iltisaqi) tip və flektiv tip. Dilin quruluşu sintetik və analitik olur, —Humboldtun ayırdığı polisintetik dilləri Şleyxer dilin aqqütinativ (iltisaqi) formasının variantı kimi qiymətləndirirdi.
Şleyxerin morfolofi təsnifatı öz əsası ilə bu gün də saxlanır, lakin ona bəzi dəqiqləşdirmələr daxil edilmişdir və edilməkdədir. Bu təsnifata ən mühüm dəqiqləşdirməni E.Sepir (1884-1939) etmişdir. Sepirə görə, dilin tipoloji xarakteristikası əlamətlərin üç növünə -anlayış,texnika və sintezləməyə istinad etməlidir.Dil tipi bu üç növün kəsişən əlamətlərinin məcmusudur.



Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin