1. Dilçiliyin obyekti, predmeti və vəzifələri



Yüklə 116,59 Kb.
səhifə39/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   35   36   37   38   39   40   41   42   ...   64
dilciliye giris imtahan suallari

73.Tema və rema
Mətn komponentlərinin aktual üzvlənməsi, yəni tema – rema əvəzlənməsi mətnin semantikasının öyrənilməsində böyük rola malikdir. Tema cümlələr arasında semantik bağlılıq yaradır, nəticədə bir cümlədə qeyri-müəyyən olan sonrakı cümlədə müəyyənləşir. Bu ardıcıllıqda hər bir cümlədə verilən yeni informasiya remanı təşkil edir.
Tema və remanın hər bir cümlədə formal əlamətləri söz sırası və intonasiyadır. Ədəbi dil normalarına müvafiq qurulmuş sadə nəqli cümlələrdə adətən tema əvvəl, rema sonra işlənir; temada ton nisbətən yüksək olur, rema isə məntiqi vurğu ilə, nisbətən aşağı tonda tələffüz edilir.
Mətnin qurulma texnikası belədir ki, hər bir nitq aktı temadan remaya doğru irəliləyir, çünki danışıqda, yazıda məqsəd tema deyil və tema danışana da, dinləyənə də məlumdur. Əsl məqsəd temanı nəzərə çarpdırmaqla həmin tema haqqında yeni mə`lumat verməkdir. Yeni məlumat cümlənin kommunikativ əsasıdır, nüvəsidir, məqsəd onu çatdırmaqdır. Rema (“predikat” deməkdir) adlanan bu hissə fikrin inkişafına, irəliləməsinə, dərinləşməsinə, dinləyicinin, oxucunun yeni məlumatla təmin edilməsinə səbəb olur və nəticədə temanın situasiyadan, danışanın, yazanın məqsədindən asılı olaraq, yeni əlamətləri açılmış olur. Rema vasitəsilə tema – təbiət hadisələri, müxtəlif proseslər, şəxs və əşyalar, ayrı-ayrı faktlar, zaman, məkan, şərait və s. haqqında yeni məlumat verilir, müxtəlif məsələlər dəqiqləşdirili
74.Aktual üzvlənmə vasitələri
Aktual üzvlənmə bir mənalı olaraq cümlənin semantik funksional cəhətdən müxtəlif formada istifadəsi faktını əks etdirir. Bununla yanaşı, o həm də cümlənin strukturu ilə sıx bağlıdır, çünki o cümlənin strukturu vasitəsilə öz ifadəsini tapır. Aktual üzvlənmə ünsiyyətin bütün aspektlərini özündə ehtiva edən mexanizmlərdən biri kimi çıxış edir. Aktual üzvlənmənin mürəkkəb təbiətə malik olması faktı ilə əlaqədar olaraq, ona bir sıra alimlər müxtəlif formada yanaşmışlar.
Aktual üzvlənmə komponentlərinin ən geniş formada ifadəsi söz sırası ilə bağlıdır. Söz sırası bir sıra faktorlardan - dilin quruluşu, onun tipologiyası, qrammatik qaydaları və s. asılı olaraq, cümlə üzvləri arasında qrammatik münasibətləri ifadə edə bilər; məlumatın fikri mərkəzini ;məlumatın kommunikativ mərkəzini, yəni remanı müəyyənləşdirə bilər; cümlə üzvləri arasında əlaqə yarada bilər.Cümlənin aktual üzvlənməsində artiklın da rolu əvəzsizdir. İngilis dilində remanın leksik və sintaktik göstəriciləri vardır: qeyri-müəyyən və ya sıfır artikl, remanı ifadə edən müxtəlif konstruksiyalar və s. Artiklın köməyi ilə eyni bir cümlə tema və remanın yeri dəyişə bilər. Müəyyən cümlə üzvünün aktuallaşması eyni zamanda müxtəlif qrammatik və leksik elementlərin köməyi ilə də baş verə bilir. aktualizatorlarını aid edir. Leksik mənaya malik sözlər də aktual üzvlənmə komponentlərinin, xüsusilə, remanın ifadəsində özünəməxsus rol oynayır. . O leksik mənaya malik olan sözlər - ədatlar (only, even), Azərbaycan dilində isə yalnız, ancaq, məhz, bircə, təkcə ədatları vasitəsilə ifadə oluna bilər.
Hər bir dildə cümlənin aktual üzvlənməsinin siqnalizə imkanı verən müxtəlif vasitələr mövcuddur. Bu vasitələrə söz sırası, məntiqi vurğunu, intonasiyanı, ədatları, artiklı, hissəcikləri və s. aid etmək olar. Bu və ya digər vasitənin nitqdə işlənərək aktual üzvlənmənin bir komponentini ifadə etməsi hər bir dilin qrammatik strukturundan asılı olaraq dəyişir. Aktual üzvlənməni bütün dillərə tətbiq etmək olar, amma, bu və ya digər dilin sintaktik tipinə bələd olmaq lazımdır.



Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin