1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Predikativlik və onun növləri



Yüklə 116,59 Kb.
səhifə38/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   34   35   36   37   38   39   40   41   ...   64
dilciliye giris imtahan suallari

71.Predikativlik və onun növləri
Predikativlik deyilənin məzmununun gerçəkliyə olan münasibətinin cümlənin əsası kimi dil vasitələri ilə ifadə edilməsidir. Predikativliyin ifadəsinin qrammatik vasitələri zaman kateqoriyası, şəxs kateqoriyası və modallıq kateqoriyası-dır.Predikativlik və mtonasiya cümlənin ümumi xarakterik əlamətləridir. Predikativliyin cümlənin semantik-sintaktik və kommunikativ xassəsi kimi öz növbəsində iki tərəfi vardır - formal-məntiqi və modal-məna tərəfləri. Bəzən bu xassələrə cümlənin iki aspekti kimi baxırlar: birinci xassəni predikativlik, ikincini modallıq adlandırırlar.
Semantık baxımdan predikstivlik cümlə modelinin mühakimə propozisiya kimi fikir forması ilə qarşılıqlı münasibətinin olmasında təzahür edir. Mühakimənin iki əsas komponenti — subyekt və predikat (və ya atributu) olduğu kimi, cümlənin də iki əsas üzvü vardır — mübtəda və xəbər.
Fikrin subyekt predikat formasının verbalizasiyası nominativ quruluşlu cüttərkibli cümlələri doğunur. Lakin cümlənin məna strukturu və onun məntiqi xarakteristikası bu halda eyniyyət təşkil etmir və ya passiv şəxsdir.Subyekt-predikat cüttərkibliliyi məcburi deyildir. Dillərdə təktərkibli, yəni formal baxımdan mübtəda və ya xəbər ilə üst-üstə düşən bir baş üzvlü cümlələr də olur.Cümlə strukturunun və mühakimənin eyni olmaması həm də onda təzahür edir ki, cümlə söz birləşmələrini bir vahiddə birləşdirə bilir, baxmayaraq ki, hissələrdən hər biri mühakimə forması ilə qarşılıqlı aidiyyətli ola bilər.Geniş cümlələrdə baş üzvlərdən başqa, ikinci dərəcəli üzvlər — tamamlıqlar, zərfliklər, təyinlər də olur. Predikativliyin modal-məna tərəfi söyləmin məqsədinin ifadəsində və söyləmin məzmununun qiymətləndirilməsində təzahür edir. Söyləmin məqsədlərinə görə cümlələr nəqli, sual və təhrik/təşviq (əmr) cümlələrinə bölünür.


72.Cümlənin aktual üzvlənməsi
Cümlənin aktual üzvlənməsi cümlənin komponentlərindən birinin məna cəhətdən xüsusi şəkildə nəzərə çarpdırılması və hissələr arasında yeni subyekt predikat münasibətlərinin qurulmasına deyilir.Cümlənin xüsusi şəkildə nəzərə çarpdırılan hissəsi söyləmin reması, qalan hissəsi isə söyləmin teması adlanır. Aktual üzvlənmə vasitələrinə söz sırası, sintaqmatik üzvlənmə və fraza vurğusunun qoyulması aid edilir. Məsələn, Sabah qonaq Rusiyaya qayıdacaqdır cümləsi intonasiya-məna üzvlənməsi yolu ilə cümlənin eyni mövqe modelinə, eyni leksik tərkibə, lakin müxtəlif aktual üzvlənməyə (məna üzvlənməsinə) malik olan dörd frazaya çevrilə bilər:
1. Sabah qonaq Rusiyaya qayıdacaqdır-Fraza vurğusunun birinci sözün üzərinə salınması və bu sözün durğu ilə cümlənin qalan hissəsindən ayrılması (yəni frazanın iki sintaqma bölünməsi) onu cümlənin məna strukturunda aktuallaşdırır, remaya, söyləmin nüvəsinə çevirir, eyni zamanda qalan hissə söyləmin temasına, xüsusi şəkildə nəzərə çarpdırılan komponentin məna fonuna çevrilir. Bu zaman zərflik aktuallaşmış olur. Cümlənin komponentinin intonasiya-məna çəhətdən ayrılması sözlərin yerinin dəyişdirilməsi ,cümlə üzvlərinin xüsusiləşməsi və parsellyasiyası ilə,ayırıcı,məhdudlaşdırıcı və qüvvətləndirici ədatların daxil edilməsi ilə müşayiət edilir.
2.Sabah qonaq Rusiyaya qayıdacaqdır-Fraza vurğusunun ikinci sözün üzərinə salınması və bu sözün durğu ilə cümlənin qalan hissəsindən ayrılması onu cümlənin məna strukturunda aktuallaşdırır,remaya çevirir.Mübtəda aktuallaşır.cümlənin formal-məntiqi strukturunda subyekt olmaqla o,söyləmin məna strukturunda psixoloji predikata çevrilir.
3.Sabah qonaq Rusiyaya qayıdacaqdır-Fraza vurğusunun üçüncü sözün üzərinə salınması və bu sözün cümlənin qalan hissəsindən durğu ilə ayrılması onu cümlənin məna strukturunda aktuallaşdırır,remaya çevirir.Bu zaman yer zərfliyi aktuallaşmış olur.
4.Sabah qonaq Rusiyaya qayıdacaqdır-Fraza vurğusunun dördüncü sözün üzərinə salınması və bu sözün cümlənin qalan hissəsindən durğu ilə ayrılması onu cümlənin məna strukturunda aktuallaşdırır,söyləmin remasına,onun psixoloji predikatına çevirir.Bu zaman xəbər aktuallaşmış olur,cümlənin formal-məntiqi və məna strukturları üst-üstə düşmüş olur.
Cümlənin bütün üzvləri eyni zamanda aktuallaşa bilər.Lakin mənanın aktuallaşması belə bərabər şəkildə paylanması şişirtmə olue.Aktual üzvlənməyə cümlənin tərkibində birdən çox söz olan bütün tipləri məruz qala bilər.



Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin