1. Dilçiliyin obyekti, predmeti və vəzifələri



Yüklə 116,59 Kb.
səhifə36/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   32   33   34   35   36   37   38   39   ...   64
dilciliye giris imtahan suallari

68.Söz birləşməsi
Söz birləşməsi cümlənin bir hissəsidir, lakin o, cümləyə qədər də mövcuddur və cümlə üçün inşa materialı və törəmə ad üçün bazadır. Buna görə də söz birləşməsini sözlərin birləşməsindən və cümlənin törəmə üzvlərindən fərqləndirmək lazımdır. Sözlərin bu birləşmələri və bu tip söz birləşmələri adların əmələ gəlməsi və cümlələrin qurulması üçün istifadə edilə bilər.Söz birləşməsi sintaktik vahid kimi müəyyən sintaktik mənası olan sintaqmatik formadır. Söz birləşməsi söz formalarının bu və ya digər dil üçün xarakterik olan tip birləşməsidir.
Söz birləşməsi də sözlər kimi, əşya və hadisələri adlandırır. Məsələn: stol – stolun ayağı, roman – macəra romanı, ev – evin qapısı, bulaq – bulağın suyu və s.
Ayrı-ayrı sözlər kimi, söz birləşmələri də cümlə üçün tikinti materialıdır; məsələn: evin qapısı açıq idi. – cümləsi bir sözün (açıq idi) və bir söz birləşməsinin (evin qapısı) iştirakı ilə yaranmışdır. Bu cür oxşar cəhətlərə baxmayaraq söz birləşmələri sözlərdən əsaslı şəkildə fərqlənir:
1. Söz leksik, söz birləşməsi sintaktik vahiddir, yəni sözlər dilimizin lüğət tərkibində hazir şəkildədir, söz birləşməsi isə nitk prosesində sintaktik əlaqələrlə formalaşır.
2. Söz səslərdən, söz birləşməsi isə sözlərdən yaranır.
3. Sözün mənası ümumi və geniş olur.
Söz birləşmələri əsas və asılı tərəflərdən ibarət olur. Asılı tərəf əvvəl işlənir və sintaktik əlaqə üsullarından biri ilə (ikinci) əsas tərəfə tabe olur. Əsas tərəfin nitq hissələri ilə ifadəsinə görə söz birləşmələri iki böyük qurupa bölünür:1. İsmi birləşmələr;2. Feli birləşmələr

69.Tabelilik əlaqəsinin əsas növləri
Tabelilik əlaqəsinin əsas növləri uzlaşma, idarə, yanaşma, izafət və inkorporasiyadır. İlk üç əlaqə növü daha çox rus dili üçün xarakterikdir.
İzafət xüsusi konstruksiya kimi türk dilləri üçün xarakterikdir, ərəb və fars dillərində də təsadüf edilir, Bu konstruksiya iki isimdən ibarət olur və onlardan biri o birini təyin edir. İzafət gah idarə əlaqəsini, gah da sintetik uzlaşma əlaqəsini xatırladır (məsələn: dövlət universiteti).
Qapanma tabelilik əlaqəsinin bir növü kimi ondan ibarətdir ki, affiks və ya köməkçi söz semantik cəhətdən nüvə sözə aid olaraq, söz birləşməsinin birinci sözünə əlavə edilir və bununla da istər sadə, istərsə də mürəkkəb söz birləşmələrini bir bütövdə birləşdirir
İnkorporasiya (=qoşulma) paleoasiya dillərində və Şimali Amerika hüdudlarının dillərində tətbiq edilir. İnkorporasiya elə tabelilik əlaqəsidir ki, bu zaman affikslərin qoşulduğu əsaslar istər söz birləşmələri və cümlələri, istərsə də sözləri formalaşdırır. İnkorporasiya zamanı sözlərin əsası vahid morfoloji bütövdə birləşir. Bu bütöv inkorporativ kompleks adlanır, O, leksik-semantik cəhətdən bölünsə də, sözə, söz birləşməsinə bərabər deyildir, çünki morfoloji bütöv kimi formalaşdırılmışdır.
Yanaşma tabelilik əlaqəsinin əsas növüdür. O, dünya dillərində geniş yayılmışdır. Ondan hətta affikslər və sözdəyişdirici formalar olan dillərdə də istifadə olunur. Bu halda iki yanaşma növü göstərilir: dəyişməyən sözlərin yanaşması və dəyişən sözlərin söz formalarının yanaşması. Məsələn, ingilis dilində sifətlər cins, kəmiyyət və hal üzrə dəyişməyərək, substantiv söz birləşməsi tərkibində ismə yanaşır: the green tree, the large room, Türk dillərində də sifətlər isimlərə yanaşma əlaqəsi ilə bağlanır: Azərb. dil. qırmızı alma və s.



Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin