1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Cümlə. Cümlənin konstruktiv əsası



Yüklə 116,59 Kb.
səhifə37/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   33   34   35   36   37   38   39   40   ...   64
dilciliye giris imtahan suallari

70.Cümlə. Cümlənin konstruktiv əsası
Cümlə dil və nitqin əsas kommunikativ vahididir, Cümlə model kimi dilə mənsubdur, onun realizasiyası isə nitqə mənsubdur. Cümlə eyni zamanda onda sözlərin, söz formalarının və söz birləşmələrinin fəaliyyət göstərdiyi mürəkkəb vahiddir, Başqa sözlə, cümlənin öz özlüyündə öz strukturu olsa da, o, minimal kontekstdir.
Cümlənin ikiqat aidiyyəti — dilə, onun sistemi və normasına, digər tərəfdən nitqə, konteksto və situasiyaya aidiyyəti — onu ikiaspektli vahid edir. Buna görə də cümləyə iki nöqteyi-nözərdən - konstruktiv və kommunikativ yöndən yanaşırlar. “Cümlə” termini özü də beləcə ikimənalı olur. Bu ikimənalılıqdan qaçmaq üçün müasir qrammatikada iki termin işlədilir. Bir tərəfdən, cümlə termini potensial şəkildə ünsiyyət aktına yönəlmiş dil vahidini bildirir, onu cümlə modeli, sxemi formulu da adlandırırlar. Digər tərəfdən, cümlə termini dil forması kimi konkret məlumat, konkret mətnlə bağlı olan nitq vahidini bildirir, Bu halda onun əvəzinə “söyləm”, “fraza” terminləri də işlədilir. Cümlə sintaksisinin predmeti söyləmlərin konrket məzmunu deyil, cümlənin ümumiləşdirilmiş semantikası, onun konstruktiv əsanı, onun genişləndirilməsi və aktuallaşdırılması qaydalarıdır.
Cümlənin konstruktiv əsası onun öz morfoloji ifadəsini tapması ilə, cümlədə felin olması ilə bağlıdır. Cümlənin fel əsası təkcə fel-xəbəri və mübtədanı deyil, həmçinin tamamlıq və zərfliyi onun zəruri komponentlərinə çevirir: Meşəbəyi təbiəti qayğıkeşliklə qoruyur. Onlar cümlənin konstruktiv əsasını, onun tabelilik əlaqələri -predikativ uzlaşma, idarə və yanaşma ilə bağlanan ilkin üzvlərini təşkil edir.
Cümlə üzvləri morfolofiləşmiş və morfolofiləşməmiş ola bilər. Zərf zərfliyin ixtisaslaşmış formasıdır, lakin zərfliyin mövqeyini bu zaman sintaktik adverbializasiyaya məruz qalan sözönülü, qoşmalı hal formaları da tuta bilər.Cümlə üzvlərinin ifadəsində bu morfoloji variantlılıq onun nəticəsində yaranır ki, cümlə modeli cümlənin yalnız morfolojiləşmiş üzvləri ilə deyil, həmçinin bu modelə xas olan sintaktik münasibətlər və əlaqələr ilə mühafizə edilən sintaktik mövqelərdən ibarətdir.


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin