1. Dilçiliyin obyekti, predmeti və vəzifələri


Etimologiya. Xalq etimologiyası



Yüklə 116,59 Kb.
səhifə51/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   47   48   49   50   51   52   53   54   ...   64
dilciliye giris imtahan suallari

98.Etimologiya. Xalq etimologiyası
Etimologiya — sözün mənşəyini öyrənən dilçilik sahəsidir. Cəmiyyətin ictimai iqtisadi təcrübəsi olub, dərk etmənin mənbəyi, hipotez və nəzəriyyənin həqiqilik meyarıdır.Etimologiya –yunan.etymologia – həqiqət deməkdir.
1)cəmiyyətin ictimai iqtisadi təcrübəsi olub, dərk etmənin mənbəyi, hipotez və nəzəriyyənin həqiqilik meyarı
2)sözlərin mənşəyini öyrənən tarixi dilçilik sahəsi.
Etimologiyada sözlər və ya dil vahidləri qohum, yaxud qonşu dillərin oxşar vahidləri ilə tutuşdurulur, qanunauyğunluq əsasında ayrı-ayrı sözlərin milli mənsubiyyəti, inkişaf yolu, fonetik və məna dəyişmələri müəyyən edilir.Etimologiyada sözlər və ya dil vahidləri qohum, yaxud qonşu dillərin oxşar vahidləri ilə tutuşdurulur.
Xalq etimologiyası hadisəsi də sözün daxili formasının yenidən canlanması faktı ilə bağlıdır.Xalq etimologiyası yalançı etimologiya,mənşənin yanlış izahı,yəni sözdə əsalində onda olmayan daxili formanın müəyyənləşdiriklməsidir.Bu daha çox alınma sözlərdə olur: onlarda ana dili morfemlərini görməyə cəhd göstərilir.

99.Leksik mənanın əsas tipləri
Sözün leksik mənası ümumdil sistemin elementləridir.Leksik mənanın aşağıdakı tipləri vardır
1)Əşya,məfhum,hadisə və əlamətin gerçəkliklə əlaqədar olmasının xarakterinə görə həqiqi və məcazi mənalar.Həqiqi mənalı söz birbaşa əşyaya işarə edir.Sözün köçürmə mənası həqiqi mənası ilə müqayisəli assosiasoyası ilə şərtlənir
2) Semantik əsaslandırma dərəcəsinə görə sözün törəmə və törəmə olmayan mənaları əmələ gəlir
3) İfadə etdiyi funkasiyanın xarakterinə görə nominativ,ekspressiv,sinonim mənalar
4)Nominasiyanın üslubuna ,gerçəkliyin əşyası ilə əlaqəsinin xarakterinə görə əsas və qeyri-əsas mənalar
5)Leksik birləşmənin imkanına və ya sözlər arasında sintaqmatik münasibət görə müstəqil və ya qeyri-müstəqil mənalar
5)Leksik və qeyir-müstəqil mənalararasında sözləri iki qrupa bölmək olar : frazeologizm və sintaktik şərtləndirilmi mənalar
Sözün obyektiv gerçəkliyi dərketmə prosesində əşya ilə əlaqəsinə əsasən leksik mənanı iki tipə ayırmaq olar : əsas nominativ məna və törəmə məna


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin