101.Söyləmin məqsədinə görə cümlə tipləri Cümlə dil və nitqin əsas kommunikativ vahididir, Cümlə model kimi dilə mənsubdur, onun realizasiyası isə nitqə mənsubdur. Cümlə eyni zamanda onda sözlərin, söz formalarının və söz birləşmələrinin fəaliyyət göstərdiyi mürəkkəb vahiddir, Başqa sözlə, cümlənin öz özlüyündə öz strukturu olsa da, o, minimal kontekstdir.
“Cümlə” termini özü də beləcə ikimənalı olur. Bu ikimənalılıqdan qaçmaq üçün müasir qrammatikada iki termin işlədilir. Bir tərəfdən, cümlə termini potensial şəkildə ünsiyyət aktına yönəlmiş dil vahidini bildirir, onu cümlə modeli, sxemi formulu da adlandırırlar. Digər tərəfdən, cümlə termini dil forması kimi konkret məlumat, konkret mətnlə bağlı olan nitq vahidini bildirir, Bu halda onun əvəzinə “söyləm”, “fraza” terminləri də işlədilir. Cümlə sintaksisinin predmeti söyləmlərin konrket məzmunu deyil, cümlənin ümumiləşdirilmiş semantikası, onun konstruktiv əsanı, onun genişləndirilməsi və aktuallaşdırılması qaydalarıdır.
Söyləmin məzmununa görə cümlələr təsdiq və inkar olur,təsdiqetmə ,arxayınlıq,inamlılıq və əksinə,inamsızlıq,şübhə və ehtimal mənasına malik olurlar.Bu mənalar modal sözlər və ədatların işlədilməsi ,eləcə də sadə və mürəkkəb cümlələrin xüsusi şəkildə qurulması ilə ifadə edilir.Məsələn ,əlbəttə və ya deyəsən sözlərinin daxil edilməsilə cümlə təsdiq və ya şübhə mənasıəldə edir.Cavab ,əbəttə,doğru idi; Cavab,deyəsən,doğru id
102.Nitq aktı Nitq aktı-müəyyən ünsiyyət şəraitində danışan və dinləyənin eyni məna ilə əlaqələndirdikləri artikulator-akustik ifadə forması ardıcıl və məqsədyönlü nitq parçasıdır.Nitq hadisəsi çox üsullarla müəyyən nitq aktının icrası kimi söyləmin şərhini təyin edir.
Ünsiyyətdə təkcə bir söyləm səslənmir.Ondan əvvəl və sonra gələn söyləmləri şərtləndirən hallara nitq məqamları deyilir.Əksər hallarda nitq aktları nitq məqamlarında həyata keçirilir.C.Ostinə görə nitq aktı 3 səviyyədə fəaliyyət göstərir
1.Lokutiv akt-Nitq aktı nəzəriyyəsində hər bir danışıq hərəkətinin nitqdə söz və söz birləşmələrinin müəyyən qrammatik ardıcıllıqla düzülməsi,tələffüzün bir hissəsi,obyekt və hadisələrə münasibətinə semantik strukturun reallaşmasıdır
2.İllokutiv akt- müəyyən gücə malik olub,təkcə ifadə olunan propozissiyanın mənasına deyil,həmin söyləmin müəllifinin kommunikativ məqsədinə işarə edir
3.Perlokutiv akt-Nitq aktı nəzəriuyyəsində danışıq hərəkıtinin bir hissəsi,danışanın öz söyləmləri ilə bilərəkdən nəzərə çatdırmaq istədiyi faktordur.