1. Dilçiliyin obyekti, predmeti və vəzifələri



Yüklə 116,59 Kb.
səhifə49/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   45   46   47   48   49   50   51   52   ...   64
dilciliye giris imtahan suallari

93.Statistik metod
Hər bir elm bu və ya digər nəticələr çıxarmaq üçün istinad edilən faktlara malik olmalıdır. Lakin faktlarla yanaşı, bu faktların tədqiq edilməsi metodları da olmalıdır. Metod (yunanca: methodos —şərh etmə üsulu) tədqiq edilən predmet, hadisə, prosesin ən ümumi qanunauyğunluqlarına dair biliklərə əsaslanan təbiət və cəmiyyət hadisələrinə yanaşma, nəyinsə nəzəri tədqiqi və praktik şəkildə həyata keçirilmə üsuludur.
Statistik metod bu və ya digər dil vahidlərinin tezliyinin təyin edilməsinə əsaslanır. Bu metod leksikologiya sahəsində geniş tətbiq edilir. Statistik məlumatlar əsasında bu və ya digər dildə daha çox işlək olan sözlər müəyyənləşdirilir. Tezlik lüğətləri də beləcə tərtib olunur, Bu lüğətlər ilk növbədə bu və ya digər dilin öyrənilməsi zamanı sözlərin minimumunun müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyətə malikdir.Statistik metod müəyyən dildə onun vahidlərinin (fonemlər, leksemlər, qrammatik formalar) necə paylanmasını, bu vahidlərin hansı birləşmələrinin daha işlək olmasını müəyyənləşdirməyə imkan verir.
94.Dil işarələr sistemi kimi
Dildə işarə kimi ilk növbədə morfemlər,sözlər çıxış edir.Mətn yaratmaq və onu qavramaq üçün yalnız dil vahidlərinə-işarələrə deyil,həm də bu işarələrin uyğun şəkildə fəaliyyət göstərdikləri qaydalara yiyələnmək lazımdır.Ona görə də dilə işarələr sistemi və onların fəaliyyət qaydalarının sistemi kimi baxılır.Müəyyən işarələrin digərlərinə çevrilə bilməsi qaydalarını nəzərə almasaq,işarələrin fəaluiyyətinin iki əsas tipini ayırmaq olar:işarələrin sintaktikasına aid olan qaydalar və işarələrin praqmatikasına aid olan qaydalar.
Sintaktika işarələrin bir birilə birləşməsi üsuludur.Sinatktika qaydalarının xüsusi halı cümlədə söz sırası qaydalarıdır.Sintaktika müstəqil şəkildə müəyyən mənalar bildirə bilər.Praqmatika işarənin onu istifadə edən adamın məqsədindən asılı olaraq işlənməsi üsuludur.
İşarənin onun bildirdiyi əşyaya münasibəti xüsusi aspektdir.Belə əşya işarənin denotatı və ya referenti adlandırılır.İşarə bir qayda olaraq konkret əşyaya deyil,bütöv əşyalar sinfinə aid edilir.İşarələri konkret və mücərrədliyinə görə fərqləndirirlər:Söz konkret işarədir.İşarənin bildiriləni işarənin konkret və ya mücərrədliyindən asılı olmayaraq həmişə mücərrəddir.Denotata gəldikdə isə,mücərrəd işarə üçün denotat kimi adətən bütöv obyektlər sinfi çıxış edir.

95.Orfoepiya
Orfoepiyanın böyük ictimai əhəmiyyəti vardır. O, eyni sözün müxtəlif formalarda tələffüz olunmasına yol vermir. Ümumiyyətlə, düzgün tələffüz olunan dil vasitələri hər zaman fikrin asan və tez anlaşılmasına imkan yaradır. Bunun əsasında da insanlar bir-birini düzgün başa düşürlər. Şifahi ədəbi dilin normaları əsasında mövcud olan orfoepik qaydalar sisteminə orfoepiya deyilir. Orfoepiya termini yunan mənşəli “ortpos” (düzgün) və “epos” (nitq) sözlərindən əmələ gəlib, düzgün tələffüz mənasını bildirir.
Şifahi xalq nitqində fonetik proseslər ədəbi normanın qoyduğu məhdudiyyətlərdən kənara çıxır.Xüsusən dialektlərdə tələffüz normaları ədəbi tələffüz normasından uzaqlaşır: gəlriəm-gəleerəm.Buna görə də praktik dilçilikdə milli dilin normasına müvafiq olan tələffüz qaydalarının toplusu -oprofepiya mühüm rol oynayır.Orfoepiya fonetik proseslərə və ayrı-ayrı hərf birləşmələrinin oxunması qaydalarına əsaslanır.
Orfoepiyada əsas və üslubi variant anlayışı mühümdür.Ədəbi dilin xronoloji ,ərazi,natamam üslub isə danışığın cəldliyi,o qədər də dəqiq olmayan tələffüz ilə fərqlənir.


Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin