106.Fonetik proseslər Mövqe ilə bağlı əsas fonetik proseslərə vurğusuz samitlərin reduksiyasl,sait harmoniyası,cingiltili samitlərin sözün sonunda karlaşması,sözün əvvəlində səs artırılması və əksinə səs düşməsi aiddir.
Söz vurğusunun meydana gəlməsi yalnız vurğulu deyil, həm də vurğusuz saitlərin meydana çıxmasına səbəb oldu. Vurğusuz saitlər redtuksiyaya (lat.: redüco -geriyə çəkirəm, tutub saxlayıram), yəni səsin zəifləməsinə və keyfiyyətinin dəyişməsinə məruz qalırlar. Reduksiya kəmiyyətcə və keyfiyyətcə ola bilər.
Kəmiyyətcə reduksiya zamanı vurğusuz saitlər davamlılıq və gücdə itirərək, öz tembrini saxlayır, Bu, ukrayn dili üçün xarakterikdir. {a}, {o}, {e} saitləri vurğusuz mövqedə öz keyfiyyət xarakteristikalarını saxlayaraq, yalnız kəmiyyətcə dəyişir, doğrudur, tərkibində {y} olan hecadan əvvəl {o} dodaqlanan olur/
Keyfiyyətcə reduksiya zamanı vurğusuz saitin nəinki davamlılığı və gücü, hətta tembri də dəyişir. Belə reduksiya rus dilində {o}, {a}, {ə} saitləri üçün xarakterikdir.Reduksiyanın gücü hecanın vurğuya nəzərən vəziyyətindən qalın-incə əhatədən və hecanın örtüklü qapalı olmasından asılıdır.
107.Konversiyanın əsas növləri Semantik-qrammatik sözdüzəltmənin xüsusi növü bir nitq hissəsinin başqa hissəsinə keçməsidir. Bu hadisə kozversiya adlanır, Konversiya zamanı sözün yaranması söz formasının, yəni onun paradiqmasının dəyişməsi yolu ilə baş verir: söz başqa nitq hissəsinə keçir və öz qrammatik və leksik mənasını dəyişir. Konversiyanın əsas növləri substantivasiya, adyektivasiya və adverbializasiya, yəni başqa nitq hissələrinin formalarının bazasında isimlər, sifətlər və zərflərin yaranmasıdır.
Konversiyanın əsasını sözün ikinci dərəcəli funksiyada işlənməsi təşkil edir. Məsələn, sifət mübtəda və tamamlıq funksiyasında işlənir, çıxışlıq hal forması zərflik funksiyasında işlənir. Lakin konversiya o vaxt müşahidə edilir ki, sözün leksik və qrammatik mənasının dəyişməsi baş verir, söz forması əvvəlki paradiqmasını itirərək və ya yenisini əldə edərək, əvvəlki paradiqmadan ayrılır, uzaqlaşır. Məsələn: ingilis dilində: dog “it” (paradiqma: dogs ( dog “izləmək” (paradiqmalar: dogging — dogged və s.). Konversiya affikslərin olmadığı və heç də bütün nitq hissələrinin sözün . formalarının inkişaf sisteminə malik olmadığı dillərdə daha geniş yayılmışdır.