1. Dilçiliyin obyekti, predmeti və vəzifələri



Yüklə 116,59 Kb.
səhifə59/64
tarix05.12.2023
ölçüsü116,59 Kb.
#173257
1   ...   56   57   58   59   60   61   62   63   64
dilciliye giris imtahan suallari

111.Beynəlxalq süni dillər
Heç bir xalqın dilini kölgə altına almadan, dünya xalqlarının böyük əksəriyyətinin başa düşəcəyi bir dil yaratmaq ideyası süni beynəlxalq dillərin yaranmasına gətirib çıxartmışdır.Süni beynəlxalq dilin mövcud dilin (dillərin) sadələşdirilmiş variantı əsasında yaradılmasına Basic English(-British American Scientific International Commercial) nümunə ola bilər. Bu dil sadələşdirilmiş ingilis dilidir, leksikonunda məişət ve ticari məqsədlərlə istifadə olunan 850 söz vardır. Həmin dil 1932-ci ildə C.Orgen tərəfindən yaradılmışdır. Sonralar fransız və alman dillərinin belə sadələşdirilmiş variantları yaradıldı.
Bir neçe Avropa dili əsasında yaradılmış volyapük və esperanto süni dilləri daha geniş yayıldı. Volyapük dili 1880-ci ildə İ.M.Şleyer tərəfindən yaradıldı.Esperanto polyak həkim-poliqlot LM.Zomenhof tərəfindən yaradılmışdır.«Esperanto» sözü onun 1897-ci il ildə çıxmış Lingvo internacia kitabının müəllifi kimi ləqəbindən götürülmüşdür.Esperanto sistemi sadə və məntiqlidir.Bu dildə cəmi 16 qrammatik qayda və 40-a yaxın suffiks və sözönü vardır.Sözlər yazıldığı kimi oxunur.Bir hərf bir fonemi bildirir.Vurğu həmişə sözün sonuncudan əvvəlki hecasına düşür.Söz və forma dəyişmələri sadə yanaşma ilə həyata keçirilir.Nitq hissələri formadüzəldən affikslərlə tanınır.Cins forması yoxdur.Yalnız bir vasitəli hal formasınn hal göstəricisi vardır,qalan hallar sözönülər vasitəsilə düzəlir.

112.Samitlərin əlavə artikulyasiya əlamətləri: labializasiya, palatalizasiya və velyarizasiya


113.Affiksal morfemlərin növləri
Affikslər dilin qrammatik vasitələrinin mühüm tipidir. Kök və əsaslarla işlənərkən tutduqları mövqeyə görə affikslər prefikslərə və postfikslərə bölünür.
Postfikslər sözdə kök və ya əsasdan sonra gələn affikslərə deyilir. Onlar suffikslərə və fleksiyalara bölünür .Suffikslər sözdüzəldici və formadüzəldici ola bilər.Türk dillərində həm formadüzəldici,həm də sözdüzəldici şəkilçilər affikslər adlandırılır.
Prefikslər kök və ya əsasdan əvvəl işlənən affikslərə deyilir.Prefikslər qrammatik mənaların göstəricisi kimi,yəni formadüzəldici affiks kimi də işlənir.Hind-Avropa dillərində,bu nadir hallara təsadüf edilir.Prefikslər qrammatik mənaların göstəricisi kimi,yəni formadüzəldici affiks kimi də işlənir.Hind-Avropa dillərində bu,nadir hallarda təsadüf edili.Rus dilində isə felin bitmiş tərzinin bildirilməsində onlardan geniş istifadə olunur.



Yüklə 116,59 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin