114.Polisintetik dillər Polisintetik dillərin (Amerikada hindu, Asiyada paleoasiya dilləri) əsas cəhəti cümlənin mürəkkəb bir söz olaraq qurulmasıdır. Yəni söz eyni zamanda cümlə olur. Hissələr həm sözün elementləri, həm də bir cümlə üzvləridir. Burada başlanğıc mübtəda, son predikatdır, qalan üzvlər, əlavələr ortaya daxil edilir. Humboldt bunu Meksika nümunəsi ilə izah edir: ninakakwa, burada ni – «mən», naka – «yedim» kwa – «ət». Çukot dilindən bir nüminə: tı-ata-kaa-nmı-rkın – «mən kök marallar öldürürəm», hərfən: «mən-yağ-maral-öldür-etmək», Beləliklə, inkorporlaşan dillər üçün aşağıdakı xüsusiyyətlər xarakterikdir: müstəqil sözlərlə yanaşı, bu dillərdə mürəkkəb komplekslər var, feil formasının tərkibinə obyekt, fəaliyyət şəraiti, bəzən mübtəda da daxil edilir. İnkorporlaşan dillər morfemin birləşməsi prinsipinə görə aqlutinativ, daxili formasına görə flektiv dillərə daha yaxındı
Polisintetik dillər-bu tipə daxil olan dillərdə qrammatik mənanın ifadəsi inkorporasiya yolu ilə olur.Yəni ünsiyyət vasitəsi kimi çıxış edən xüsusi növ siqmatik vahidlər müxtəlif köklərin birləşməsindən əmələ gəlir.Həmin kökləri müstəqil sintaqmatik vahid,söz-cümlə kimi birləşdirən və formalaşdıran köməkçi ünsürlər olur.Dillərin bu tipinə çükça,koryak dilləri misal ola bilər.Polisintetik dillərin əsasını təşkil edən inkorporasiya -bir birinə yanaşan məcmusu köməkçi ünsürlərlə formalaşdırılan köklərin birləşməsi yolu ilə sözün məhsuldar yaranma üsuluna deyilir.
115.Dil universaliləri Universali mənşəcə latın (universus) sözü olub, mənası “ümumi”, “hamı üçün” deməkdir. Dünya dillərində fərdi cəhətlərlə bərabər bir sıra ümumi qanunlar, əlamətlər, ənənələr vardır ki, bunlara ya bütün dillərdə, ya da dillərin çoxunda təsadüf edilir. Belə ümumi qanunauyğunluqlar dilçilik elmində dil universalisi adlanır.Dilçilikdə universaliləri qruplaşdırmaq, növlərə və tiplərə görə təsnif etmək üçün iki prinsip irəli sürülmüşdür:
a) məntiqi quruluşa görə təsnif;
b) məzmuna görə təsnif.
Mütləq universali.Hər hansı bir əlamətə görə bütün dillərə aid olan universalilər mütləq universali adlanır. Bunlara eyni zamanda tam universali də deyilir.Statistik universali. Bu növ universalilərə yarımçıq və ya natamam universali də deyilir. Bunlar da əksər dillərə aid edilir.Sadə universali.Sinxronik xarakterli universalilər sadə universali adlanır.Mürəkkəb universali. Diaxronik səciyyəli universalilər mürəkkəb universali adlanır.Diaxronik universali. Tarixi inkişafla bağlı olan ümumi dil hadisə və qanunları diaxronik universali adlanır.Sinxronik universali. Dilin hazırkı zamanda müasir vəziyyətdə mövcud olan universalilər sinxronik universali hesab edilir.